Eşitmir
Aman Allah, qoru bizi bəladan,
Ata-oğul bir-birini eşitmir.
Görən hara gedir bu qanlı karvan?
Dəli Araz öz Kürünü eşitmir.
Tale küsər, qismətini gəc eylər,
Bel bükülər, ömür vaxtsız köç eylər.
Yerli, yersiz kişisini gic eylər,
Arvadlar da öz ərini eşitmir.
Zülfüqar, ölübdü nazı gözəlin,
Yoxdu dürlü-dürlü sözü gözəlin.
Gör necə dönüb ki, üzü gözəlin,
Nə xeyrini, nə şərini eşitmir.
Dünyada
"İşığı zülmətə, ömrü röyaya,
Çeşməni kölməyə dəyişmək olmaz!
Küllüyü bağçaya, bağı səhraya,
Düyünü ilməyə dəyişmək olmaz!"
Qəm yükü ağırdı, çəkə bilmirəm,
Günü-gündən artıb, çağlar dünyada.
Uçub könlüm evi, tikə bilmirəm,
Bu fələk gör kimi dağlar dünyada?
Bilmədim ki, kimlər məni çeynədi,
Yaralarım göz-göz oldu göynədi.
Tale gördüm, saplanmamış iynədi,
Kimlər gülər, kimlər ağlar dünyada?
Xəyal gəzdi gah dağı, gah aranı,
Açıq-aşkar gördüm ağı, qaranı.
Zülfüqar, qövr edən belə yaranı,
Kimlər məlhəm qoyub bağlar dünyada?
01.04.1997
Məni
Gəriləndə könül simi,
Tapılmadı duyan məni.
Səsinə qatdım səsimi,
Ağlatdı uyuyan məni.
Yandırdılar kömür kimi,
Əritdilər dəmir kimi.
Oxlov ilə xəmir kimi,
Gör kimlərdi yayan məni.
İstədim dəryada üzəm,
Qəfil suda sındı kuzəm.
Dağlara üz tutdum bu dəm,
Çaldı ilan-çayan məni.
Qopdu qəlbimin harayı,
Uçdu möhtəşəm sarayı.
Sadəliyin budu payı,
Kimdi indi sayan məni?
Parıltıma kor oldular,
Külüm düşdü, qor oldular.
Çevrilib nankor oldular,
Qalmadı ovlayan məni.
Becərdiyim vermədi bar,
Gen dünyamı eylədi dar.
Dövran dəyişdi, Zülfüqar,
Tez unutdu doyan məni.
Müəllif: Zülfüqar Zülfüqarov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uorlik cəbhədən yazdı
Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər - VİDEO
Azərbaycanda 25 min manata nömrə
İlin selfisi
Yanmış təyyarədən sağ çıxdı - Lotereyada 1 milyon dollar uddu - FOTO
Cüt səyahətin maraqlı tərəfi
Hamilələr üçün bandajı necə geyməli?
Tək-tənha
Günün ramazan təqvimi (29 iyun)
Putindən qorxulu qərar
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür
Qarabağ bizə Qəzzadan da yaxındır
Bakı bulvarında hansı yeniliklər olacaq?
Tramp: “Çin dilini öyrənməliyik”
Ən yaxşı çimərliklər hansılardır?
Süd vəzisi xərçənginə tutulma riski böyük olan qadınlar üçün yenilik
Ərdoğan Əhməd Cavadın şeirini səsləndirdi – VİDEO
NAMAZ-III DƏRS Təmizlik,Qüsul, Qadınlar haqqında əsas məsləhətlər
Yolumuz Şuşayadır - VİDEO
2017-nin yaz kolleksiyası
Bu məşhur cütlük də ayrıldı-FOTO
Ev şəraitində bantın hazırlanması
Gələn tədris ilində dərslər sentyabrın 15-də başlayacaq
"iPhone-6" bu cür olacaq? - FOTO
İlham Əliyevdən yeni ərazilərin işğaldan azad olunması ilə paylaşım
Məşhur rus müğənnisi yenə gündəmdədir-FOTO
Gənc model edam olunacaq-SƏBƏB
Məşhur serial yenidən çəkilişlərə başladı-FOTO
Hər kəsin rahibə bildiyi şəxs əslində....
Freyd və qadınlıq
Ben Afflek trillerdə çəkiləcək
Gözəl bədənə sahib olmaq istəyənlər üçün 5 idman növü
Stiv Cobs Google-u məhv etmək istəyirmiş
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Boyun düzləşməsi əlaməti
Gün ərzində enerjili olmaq üçün sadə vərdişlər
Qeyri-adi sürücülər
Uşaqlarınıza çoxlu balıq yedizdirin
Miniatür oyuncaqlar
Yaponlar yeni Mercedes-i dəyişdilər - FOTO
Hülya Avşar yenə TƏCCÜBLƏNDİRDİ-FOTO
Lavaş pizza (foto-resept)
Ramazan ayının 25-ci gününün duası
"Super Ay" dünyanın ən iri şəhərlərində belə göründü - MARAQLI FOTOlar
Ana südü və əmizdirmə
Tələbə qız şəkilləri sayəsində varlandı-FOTO
Beren Saat və Kənan Doğulu Tətildən qayıtdılar-FOTO
Medvedev: "Rusiya tənəzzülə uğraya bilər"
Sevgidən nifrətə bir addım
Hadisələrə baxış tərzimiz
- ŞƏRHLƏR