Atam həmişə şeir yazarmış. Qaçqın düşdükdən sonra atamın şeir yazdığını bildim. Onlardan bir neçəsini sizinlə bölüşmək istərdim...
Bənzəmir
Sıldırım qayalı meşəli dağlar,
Əfsus bizim dağımıza bənzəmir.
Alması var, heyvası var, narı var,
Bağlar bizim bağımıza bənzəmir.
Qızların başında nazik örpəyi,
Naxışlı corabı, zərli köynəyi,
Bənzəsə də danışmağı, gülməyi
Nazı bizim nazımıza bənzəmir.
Sərin bulaqları, gur çeşmələri,
Ovsunlar insanı gur meşələri.
Kol dibindən boylansa da gülləri,
Yazı bizim yazımıza bənzəmir.
Damğa götürməyəydim
Kömək eləmədi Laçına kimsə,
Tanımadıq, qardaş dedik iblisə.
Baş əyincə nadürüstə, nakəsə
Mamır olub daş üstündə bitəydim.
Köçkün damğasını götürməyəydim.
Anlamazlar cərgəsinə qoyulduq,
Nadanların qapısında qul olduq,
Evsiz qaldıq, ordan-ora qovulduq.
Yatdığım səngərdə yerə girəydim,
Köçkün damğasını götürməyəydim.
Elimdə, obamda olmuşduq ağa
Qaçqın olduq, təzim etdik qoduğa,
Üstümüzə çəmkirəndə qurbağa,
Yerimdəcə qara daşa dönəydim,
Qaçqın damğasını göturməyəydim.
Elin həsrətindəyəm
Qəlbimiz göynəyir, gözlər yaşarır,
Xəyal məni məndən alıb aparır,
Viran qalmış yurdumuza qaytarır,
Laçın boyda elin həsrətindəyəm.
Ocaq sönüb, qızınıram közümlə,
Dəli kimi danışıram özümlə,
Kaş ki gedib seyr edəydim gözümlə,
Dağdan axan selin həsrətindəyəm.
Ömür yaşamışıq cənnət içində,
Oynayıb qaçmışıq güllər içində,
Keçəllərdə, Dəyirman dərəsində
Bitən nərgizgülün həsrətindəyəm.
Ətri vardı təzə şumun, torpağın,
Ətri vardı hər bostanın, hər bağın,
Meşələrdə xışıldayan yarpağın,
Dağda əsən yelin həsrətindəyəm.
Bulaqları billurdan şəffaf idi,
Adamları sulardan da saf idi,
Qurban vermək Laçını dəhşət idi,
Laçınlı günlərin həsrətindəyəm.
Möhtacam
Könlüm qubarlıdır, kövrəlib dolub,
Bir həlim kəlməyə, sözə möhtacam.
Bağımız odlanıb, bağçamız solub,
Qor tutub sönməyən közə möhtacam.
Dərdlər qalaqlanıb, başım açılmır,
Dərmanım qəhətdir, neynim, tapılmır.
Gecələr uzundu, səhər açılmır,
Gözümə dikilən gözə möhtacam.
Düşdük biyabana, düşdük qürbətə,
Dözdük tənələrə, dözdük möhnətə,
Bir şirin söhbətə, şirin iffətə,
Ziya nur tökülən gözə möhtacam.
Çoxları söz verib, hasil olmayıb,
Şamlıqdadır, donuz hələ çıxmayıb,
Yenişə, yoxuşa nəfəs qalmayıb,
Üç arşın enində düzə möhtacam
Gündüzlər burada, gecə Laçında,
Kənd-kəsəyin dərdi-səri başımda,
Bir canım burdadır, bir canım orda
Heç bilmirəm oralıyam, buralı
Məndən sorma haralısan, haralı.
Tərlan idim, düşürdülər, sar oldum
Bəd əslə könül verdim, xar oldum,
Dil bilməzə, bimürvətə yar oldum,
Könül bağçam o vaxtdandır yaralı,
Məndən sorma haralısan, haralı.
Harda qaldı Almatayı, Horgədik ,
Yollarımız bağlı qaldı, getmədik.
Meyvələrin nübarını dərmədik,
Yurdumuzdan gen düşmüşuk aralı.
Vətəniydi Soltan Xosrov bəylərin,
Dağ cüssəli, dağ qüvvəli nərlərin,
Oylağıydı Koroğlunun, Nəbinin,
Hor Gədiyi, İsgəndəri, Qalalı
Məndən sorma haralısan, haralı.
Gün olurmu yaşarmaya gözlərim,
Çin çıxaydı yuxuda gördüklərim,
Gedəm kəndə, unudula dərdlərim,
Yəqin mənə yer saxlayıb Babalı
Məndən sorma haralısan, haralı.
Müəllif: Həsənov Səxavət
Hamınızın saf ürəklə oxuyaraq səmimi sözlərinizi gözləyirəm.
Ardı var...
XƏBƏR LENTİ
Məşhur müğənni deportasiya olundu
Ananın ixtira etdiyi cəza üsulu hər kəsi təəccübləndirdi
68 yaşlı bəy, 19 yaşlı gəlin - Toylarına heç kim gəlmədi - VİDEO
Stress saçları niyə ağardır?
Məşhur aktyor "Çukur"dan ayrıldı
90 yaşlı ekstrim həvəskarı dünyanın ən hündür “bungee jumping”indən tullanıb – VİDEO
Qız uşaqları üçün yay geyimləri
Məşhur tərzi: Jenny Cipoletti
Cindy Crawforddan enerji verən yaşıl içki
Bir sıra icazələr ləğv olundu - RƏSMİ
Bakıya od ələnəcək, bəzi rayonlara yağış yağacaq
İşsiz qalan gənc milyonçu oldu
Ulduzların qəribəlikləri
Berliner ponçik (foto resept)
Qolsuz bluzlar
Qat-qat xəmirdən küncütlü bulka (foto resept)
Qurban bayramı günündə bunu etmək olar?
Bilmədən etdiyim günah
Ən yaxşı 5 meyvə maskası
Hər bitkidə bir əlac var
Qəbələyə qar yağdı-5sm
Azərbaycanlı tələbələr ermənilərə yerini göstərdi
Spiral
Fitball - kiçikdən böyüyə
Hava haqqında - 19.11.2013
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
9 hərəkətlə arıqla!
Fıstıqlı dondurma (foto-resept)
Heraklion
Sabah bu yollar bağlanacaq
Məşhur aparıcı ana oldu-FOTO
Bakıda səbrsizliklə gözlənilən qar evlərin istiliyini apardı
Asiya salatı (foto resept)
Ərdoğan İmamoğlunu təbrik etdi
Kimlər koronavirusa yoluxmayacaq?- Məşhur alimdən açıqlama
Məşhurlarla dolu arxiv FOTO - 1998-ci il, eyni gəminin tayfaları
İsti havalarda dəri baxımı
"Xəbərlər"in aparıcısı efirdə şəhidlər üçün ağladı
Gözəl bilərzik modelləri (2)
Gülşənin 2,5 milyon dollarlıq möhtəşəm evindən görüntülər - FOTO
Ezgi Mola sevgilisinə sataşdı
Merve Boluğur yanındakı şəxsin kimliyi barədə açıqlama verdi-FOTO
"TANAP regionda sülhə yardım edəcək"
Vişnəli kisel(foto resept)
Yunan əfsanələrində həqiqət varmı?
Növbəti düşmən təxribatı ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ
Payızda “ikinci dalğa” təhlükəsi: Karantin yenidən sərtləşdiriləcək? - VİDEO
"Bakı 2015"də ilk
Günün ulduz falı
Gözəl tortlar
- ŞƏRHLƏR