Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə...
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.
Sağlığında qiymət verin insanlara...
Hər kəs bilsin öz yerini necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır...
Bu nədəndir ölən kimi,
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlər də təmiz olur ölən kimi...
Yadlar belə əziz olur ölən kimi...
Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir...
Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm...
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara
XƏBƏR LENTİ
Yoqurtlu küftə (foto resept)
İlham Əliyevdən yeni təyinatlar
Tarif Şurası qəbul imtahanlarının qiymətini açıqladı
Məhərrəm ayında saça rəng qoymaq, saç kəsdirmək, kosmetikadan istifadə etmək olarmı?
Oberammerqau
Gülməli şəkillər
Kreativ qablar
Azərbaycan milli valyutası möhkəmlənir
Mömin bu dünyada niyə bəla çəkər?
Apple iki yeni iPhone-u təqdim etdi
Hamiləlikdə niyə kökəlmə baş verir?
Koronavirus barədə məşhur mif rədd edildi
İŞİD Fransanı "vurdu"
“BakuBus” avtobuslarının hərəkəti dayandırılır? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda reklama nə qədər pul xərclənilir?
Bu müəllimlər də imtahana çəkiləcək
Nazirdən repetitor xidmətinin bərpası ilə bağlı AÇIQLAMA
Mamont qalıqları tapıldı
Ay çörəyi (foto resept)
Gözümüzü qırpmasaq, nə olar?
Bir diş sarımsağı su ilə udsanız...
Azərbaycanda qeyri-adi hadisə: göydən qurbağalar yağdı
Məşhur həkim koronavirusdan danışdı: "Yeni ilə kimi...."
Ətli pirojnalar və suxarili pendir çubuqları
Arzu Əliyevanın "Hədəf Bakıdır" sənədli filminin Los-Ancelesdə premyerası keçirilib
Bu reklamlara qadağa qoyulur
Günün qoroskopu: insanlarla rahat dil tapacaqsınız
Günün qoroskopu: maraqlana biləcəyiniz işi tapmaq asan deyil
Bağlanan 2 bankın əmanətçilərinin NƏZƏRİNƏ!
Toyuqlu talaş börəyi (foto resept)
Alyaskada görünən nəhəng varlıq hər kəsi heyrətləndirdi -FOTO
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Daxili Qoşunların Ali Hərbi Məktəbinə tələbə qəbulu elan edilib
Uşaqlara dadlı və faydalı keks(foto resept)
Sabahın HAVASI
Tələbələrin başqa ixtisasa və məktəbə köçürülməsi başlandı
Ürək sağlamlığını qoruyan qidalar
Qızını alana 300 donuz vəd etdi-FOTO
Fransada hicaba icazə veriləcək?
1 sms yaz, 1000 dəqiqə danış! - FİNAL - QALİB SEÇİLDİ!
Zəncəfil pəhrizi
Pomidor və nar suyu ilə dərinizi qoruyun
Rəngli görmə
İşsizlərin diqqətinə: 11 mindən çox boş iş yeri var
Məşhur cütlük yenə susdu-FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-94
Rus dili - A
Bu il Bakıda XII sinfi bitirənlər də olacaq - 655 nəfər
Yaşa görə estetik əməliyyat
"Günəşli" neftçisinin meyiti ailəsinə verildi
- ŞƏRHLƏR