Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.
Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə od ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
"Hələ uşaqsınız… nə yaşınız var…"
Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…
Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
"Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dəyməyə".
Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.
Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –
Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
"Deyəsən, gedənlər qayıtmayacaq" –
Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.
Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…
1971
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Tatlısəs evlənir-FOTO
Azərbaycanda şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verildi - RƏSMİ
Hamiləlikdə bel ağrısı
Günün qoroskopu:Hisslərinizə uymayın!
Yumurtadan göbələk (foto resept)
"Apple" yeni sensor yaradır
Tanış olun: yeni Jaguar
Bank açıqladı, dollar bahalaşdı
Hadise karantindən yazdı
Gün ərzində 20 dəqiqə
Serenay Sarıkaya və Cem Yılmaz ayrılıq xəbərlərini belə cavabladılar
Nazənin bu kanalda aparıcılıq edəcək
Sabahdan hava dəyişir
Orta məktəb dərsliklərinə yeni mövzular daxil ediləcək
Ezgi Mola 2 milyonluq təklifi rədd etdi
Bədən uyuşmazlığı nədir?
Mövsümi məhsullar ucuzlaşdı
Tutuquşu sahibəsini oğrudan xilas etdi
İşias - kimdən yan keçib?
Yaz-yay tətili üçün gəzməli yerlər
Ölən kaskadyorun ailəsinə 8,6 milyon ödəndi-FOTO
Böyrək kistası
AQTA-dan çörək AÇIQLAMASI
İşdə mürgü vurub, pul almaq istəyənlər üçün... - "Laylay, bala, laylay"
Böyrəyinizi itirmək istəmirsinizsə, oxuyun
Qırışlara qarşı maskalar
İsrail 74 məscidi viran qoydu
HAVA necə olacaq? -1 APREL
"Dostun sənə vurduqda sən də onu vur, yoxsa..."
“Medcezir”in ulduzu çalışdığı teatrdan qovuldu-SƏBƏB
Addım sayan qarışqalar
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Uşaqların sosial-psixoloji inkişafı-23
Gökhan Türkmən müğənniləri məhkəməyə verdi
Hərbidən möhlət gözləyənlərə şad xəbər!
İnternetin insan münasibətlərinə mənfi təsirləri
Adobe Photoshop (dərs 19)
Pendirli kartof salatı (foto-resept)
Yağış yağacaq
Milli Şura rəqəmlərlə manipulyasiya edir?
BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr
Meteorit istəyən var?
Koronavirusa qarşı ƏN TƏSİRLİ qidalar - Tanınmış həkim açıqladı
Xına ustası peçenye bişirərsə
Əmək kitabçaları tarixə qovuşur
Hörgülü boyunluqlar
Ramazan ayının 11-ci gününün duası
Qaməti necə düzəltməli?
Nadir BMW M5
Qadın.Netlilərin ilk makiyajı - 1

- ŞƏRHLƏR