Aysu üçün
Bizim balaca Aysu
Yaman maraqlı qızdı,
Eylədim onu arzu
İndi qışım da yazdı.
Aysu qızım neyləyir ?
Soruşmurlar bir məndən,
Mənə kömək eyləyir,
Axşamadək səhərdən.
Bir gün beləcə Aysu,
Oyanmışdı yuxudan,
Dedi: - Anacan, məgər,
Yaranmışam mən sudan ?
Aydan, sudan saf qızım,
Qucaqladım yavrumu,
Dedim: -Səndən, Aysunum
Bu dünyada ya varmı?
Sən yarandın nağıldan,
Həm aydan, həm də sudan.
Bu bir eşqin qayəsi,
Məhəbbət hekayəsi.
Ayın əksi sularda
Daha gözəl görünür,
Uşaqlar əfsanələr,
Nağıllarla böyüyür.
Ayla suyun eşqindən
Bir məhəbbət boylandı
Bax, elə həmin gündən,
Aysu qızım yarandı.
Əsgər balam
Gözlərəm telefon zəngini hər an,
Danışım səninlə, ay əsgər balam.
Sən bir igidsən ki, Vətənə gərək,
Səninlə öyünür, ucalır anan.
Məktəbli formanı sevirdim necə,
Məktəbi bitirdin, axı nə tezcə ?
Tələbə adını qazanan günü,
Sevincdən uçurdum, mən göylərdəcə.
Eyni məhəbbətlə sayıram, oğul
Sənin hər anını, hər dəqiqəni.
Hamıya fəxrlə söyləyirəm ki,
Oğlum da qoruyur, ana Vətəni.
Oğul, hər halını, hər əhvalını,
Yuxularımda bil, əyan görürəm.
İnan sənin keyfin olmayan günü,
Röyamda dünyamı talan görürəm.
Mənim əsgər balam, ürəyim balam,
Ana Vətəninə gərəyim, balam.
Nə vaxtdır istərəm Zəfər Marşını ,
Bir gün Qarabağda görəyin, balam.
İlləri ötürdüm quş sürətiylə,
Bəs niyə ötməyir , indi bu zaman ?
Sonsuz həsrət ilə, sonsuz sevgiylə,
Gözlərəm yolunu, gəl, əsgər balam.
(Pərvanə Alxaslı)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hamiləlik zamanı stomatoloji müalicə
Kralın 500 min dollarına görə qovuldu - FOTO
Oskar mükafatının iştirakçıları müəyyənləşdi
Bu yazıdan sonra qatığın suyunu atmayacaqsınız
İngilis dili-Gg (2)
Moruqlu tort (foto resept)
“Moody's” iqtisadiyyatı çətin vəziyyətə düşən ölkələrin adlarını açıqlayıb
Namaz dərsləri başladı
Türkiyə yeni spikerini seçdi
Pakistanlı jurnalist İlham Əliyevdən yazdı
Bu geyim sonsuzluq yaradır
13 qadını qətlə yetirən manyak koronavirusdan öldü
Tanınmış aktyor Ələsgər Məmmədoğlu vəfat etdi
Rus dili - Р‘
Göz ətrafı qırışları aradan qaldıran 2 təbii üsul
Parlaq saçlar üçün məşhurlardan super məsləhətlər
Uşaqlar televizora neçə saat baxa bilərlər?
Təkrar zəlzələ gözlənilirmi? – RƏSMİ AÇIQLAMA
Qızardılmış kartof ruleti(foto resept)
Bu film Rusiya tarixinin ən gəlirli filmi oldu
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Münasibətdə güclü qadınların xüsusiyyətləri
Elektrik sobasını təmizləməyin ən sadə yolu
Leonardo Di Kaprio: Bu roluma görə utanıram
Azərbaycanda maqnit qasırğası gözlənilir
Qış pəhrizi
Sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
Kraliça koronavirusdan belə qorundu-FOTO
Yaponlardan növbəti yenilik - Uçan ağaç!
Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA
Azərbaycanda koronavirusa kütləvi yoluxma: Araşdırma başlandı - YENİLƏNİB
Bir az da qadınlar haqqında
"Yasin" surəsini oxumağın gizli təsirləri
İran Xəzər sahilində AES tikəcək
Nifrətdən sevgiyə keçid
Ən gözəl məscidlər
"Rus turistlərin Türkiyəyə səfəri bərpa oluna bilər"
Daima düşünən insanlarda mövcud olan xüsusiyyətlər
Hava haqqında
Seda Sayan geyimi ilə diqqət çəkdi-FOTO
Corc Maykl haqqında İNANILMAZ FAKT
Ramazan ayının 18-ci gününün duası
Aleyna Tilki izləyicilərini qıcıqlandırdı_FOTO
Maşın saxlamağı bacarmayanlar
"Xəzərdə növbəti zəlzələlər baş verə bilər"
Tüstüsündə boğulduğumuz problem..
Prezidentin sərəncamı KİV-lərin məsuliyyətini artırdı
Azərbaycanda bu benzinin qiyməti bahalaşdı
Payız əhvalı
2 min 600 illik möhür aşkar edilib
- ŞƏRHLƏR