Uşaqlar
Çayda çimişirlər, durub baxıram,
Ördək balasıtək üzür uşaqlar.
Xəyalım sel olur, üzüb axıram
Utanmır, çıl-çılpaq gəzir uşaqlar.
Palçığa bələyib kiçik bədəni,
Qorxuzmaq istəyir gəlib-gedəni.
Deyəndə oyuna qatsanız məni,
Ağzını, gözünü büzü uşaqlar.
Bir qismi oynayır "oğru, şah, vəzir",
"Tapan" boylanaraq oğrunu gəzir.
Tapmasa, nə əzab versələr dözür,
Əmr edir "şah" ilə "vəzir" uşaqlar.
Görünməz
Arxa qazan, arxasıza dayaq ol!
Ömrün, günün kəsirləri görünməz.
Dərin düşün, açıq danış, oyaq ol!
Qaranlığın qəsrləri görünməz.
Yalan üzə çıxıb, böhtan çürüsə,
Yer üzünü xeyir işlər bürüsə,
Yüz fikir bir borcu silsə, kürüsə,
Pis günlərin həsirləri görünməz.
Kimi gülər, kimi ağlar, hay salar,
Əkiz çıxar xeyri, şəri saysalar.
Bu dünyanı yoğursalar, yaysalar,
Üzə çıxmaz, çox sirləri görünməz.
Zülfüqar, bu dünya belə yaranıb,
Tülək tərlanları çoxu sar aşıb.
Nə yuyulub, nə didilib, daranıb,
Yetimləri, yesirləri görünməz.
Ağlaram
Ata, qırx yaşın var, mənimsə əlli,
Bizi ayrı saldı zaman, ağlaram.
Bu sınıq qəlbimə yoxdu təsəlli,
Dəyişib bu dövran yaman ağlaram.
Arxada kim qaldı, bilə bilmədin,
Yolların bağlandı, gələ bilmədin,
Elində, obanda ölə bilmədin
Eylədin qəlbimi kaman, ağlaram.
Köməyin dəymədi, öz zəhmətimlə
Oxudum, ucaldım dəyanətimlə.
Zülfüqar neyləsin, de, indən belə?
Qalmayıb heç şeyə güman, ağlaram.
15.09.1988
Müəllif: Zülfüqar Zülfüqarov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Banklar məzənnələri yenilədilər
Aleyna Tilki paylaşımı ilə Gündəmdədir
Konfutsi İnstitutu AZƏRTAC üçün Çin dili tərcüməçiləri hazırlayacaq
Xərçəngin təbii müalicə üsulu tapıldı - VİDEO
İŞİD-ə qan udduran qadın
HAVA necə olacaq?- 3 fevral
"Yeşilçam"ın məşhur aktyoru öldü
Ribeyro Lənkərana gəlir
Bir az gülək
Ruslar Azərbaycan narından məhrum oldular
Sadə tutmac (foto-resept)
İki il əvvəl yoxa çıxan qadın dənizin ortasında tapıldı
Oğlaq və Oxatan bürcü uyğunluğu
Bu şəxslər təhsil haqqından azad olunur
Bred Pitt 20 ildən sonra ilk dəfə...-FOTO
"Medcezir" serialındakı ev satılır-QİYMƏT
Bu dəfə də "Eurovision"a onu göndərirlər - Video
Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlandı: Ölən var
Üç zəvvarımız öldü
"Ustad" dərgisinin 15-ci sayı nəşr edildi!
“Twitter” Ceyhun Bayramovun hesabını bərpa etdi - YENİLƏNİB
Putin peyvəndləmə tədbirləri ilə bağlı göstəriş verdi
Sobada soğan halqası (foto resept)
Məşhurların Helloun kastyumları-FOTO
İlon Mask dünyanın ən varlı adamı oldu
Dünyanın ən qəribə masajı
Kələmli qarğıdalı salatı (foto resept)
Eynəkli xanımların makiyaj xətaları
Bəzi sabunların faydaları (I hissə)
40 dəqiqəyə Sumqayıta getmək üçün az qaldı
Bakıda Beynəlxalq Təhsil və Karyera Sərgisi başladı
Uşaqları zəhmətə necə təşviq etməli?
Əsəblərimizi necə cilovlayaq?
2018-in estetik trendi; təbiilik
Vanilli pudinq (foto-resept)
Bakı Dövlət Universitetinin yeni tələbə şəhərciyi belə olacaq
Bu çiçəkləri ilk dəfə görürsünüz
İdeal sevgili
2013-cü il məzun gecəsi paltarları
Işın Karaca etiraf etdi
Şimşək çaxacaq, yağış yağacaq
Dünyanın ən gözəl 6 kitabxanası
2020-ci ilin 6 dəbli rəngi
Milçəklərlə danışıram... mənə deyir, ananı öldür - 18 yaşlı rəssamın DƏHŞƏT DOLU HƏYATI
Qarabağda zəncirvari savaş
Bu nasazlıqlara görə 50 manat cərimə oluna bilərsiniz
Türkiyə Lavrovu ölkəyə buraxmadı
117 yaşlı qadın yeni rekorda imza atdı
Fahriye Evcen kökəlməsi barədə yazdı-FOTO
Putin Baydeni nəyə görə təbrik etmədiyini açıqladı
- ŞƏRHLƏR