"Ruhi xəstə"
Onun irsən, doğuşdan ruhi xəstə olduğunu hamı bilirdi. Anası həm onu, həm də xəstə atasını xəstəxanaya verməyib, evdə qayğılarına qalırdı. Bir tibb bacısı kimi əlindən gələni onların xoşbəxtliyi üçün edir, onlara hamilik etməkdən vaz keçmirdi. Elə indi də qızının bu halında - hamiləliyində təslim olmur.
"Məqalənin qəhrəmanı" həm ruhi xəstə, həm də geyiminə baxmayan bir qızdır. 1983-cü il təvəllüdlü bu qıza kim "tamah saldı", onun günahına girib bir ehtirasa qurban etdi, hamilə qoydu?... Bu sualı onu ilk gördüyümdə özüm-özümə verdim və səbəbkarı, doğulacaq uşağın atasın lənətləməyə bilmədim düzü...
Fəridə çox baxımsız, geyimindən "cin hürkən", həm də ruhi xəstə idi. Ona tamah salan yəqin ondan da pis xəstədir! Kirli paltarları üst-üstə, zövqsüz geyinər, saçları daim pırtlaşıq olardı. Allah keçsin bu təsvirimdən və heç kəsə belə bir müsibət göstərməsin, ona gülmək, sizi onun halına güldürmək yox, sadəcə onu təsəvvür etmənizi istədim... Yanından keçənlərə sataşar, gülər, uşaqları qorxuzar, ona sataşanlara isə daş da atardı... Anası yazıq, neçə insanla üz-göz olur, camaata başa salırdı ki, "sataşmayın, Allahınız olsun, onu dəlixanaya aparmasınlar". Amma hamını başa salmaq olurdumu?... Bu qızı təsvir edəcək bir foto da tapa bilmədim... z şəklini isə qoya bilmərəm! Axı indi ana olmağa hazırlaşır bu həyatı belə dərk etməyən ruhi xəstə qız...
"Kimlərə qaldı dünya?"
Anasını iynə vurdurmaq bəhanəsi ilə gördüm. İlk sualım onu özündən çıxardı. Cavab vermək belə istəmədi. Uzaqlaşmaq istədim. Qadın göz yaşı içində idi..."Nəylə kömək edəcəksən məgər? Mən körpəyə qıya bilmərəm. Atasını (belə demək olarsa) ittiham edib məhkəməyə versək, pulla canını qurtatacaq. Bu bədbəxtin başına elə oyun açıblar ki, onun əməlini ancaq uşaq doğulsa, DNT analizi ilə sübut edə bilərik. Qızımın halı da ki, göz qabağında... Uşağı götürmədik, o da pulla günahını yuyacağına söz verib.. Hələ pul da verib yalvardı ki, uşağı saldıraq, eləmədim. Uşaq nə cür doğulacaq, nə olacaq aqibəti, Allah bilir". Atasının kim olduğunu demədi... Qadın seçimini naəlac da olsa etmişdi... Uşaq dünyaya gəlincə səbr etməkdən və pulu almaqdan başqa əlacı da yox idi...
İndi ata qayğısını maddi təminat əvəz edəcəkdi. Bu uşaq atasız doğulacaq yəqin ki... Hələ ruhi xəstə olmayacağı, sağlam doğulacağı da məlum deyil. Pul, pul, pul... Pul dünyası kimlərə qaldı gör?!.
"Hamilə ruhi xəstə"
İndi küçədə qarnı dəbərmiş, altı ayıq bu hamilə ruhi xəstəyə baxanların bəzisini də məni də narahat edən suallar narahat edir. "Atası kimdir, necə edib bu əclaflığı? Uşaq necə doğulacaq, onu hansı aqibət gözləyir? Aldıqları pulla evini təmir edən çarəsiz ana bu uşaqla (nəvəsi ilə) cəmiyyət içinə necə çıxacaq?" Suallar, suallar... Həyətdə hamilə ruhi xəstə bir qadın dolaşır... Suallar isə başımda tüğyan edir. Nə edə bilərəm ki? Sadəcə bu suallar tək mənim üçün çoxdur, ağır yükdür... Etiraf edim ki, gördüyün pisliklərə qarşı aciz olmaq çox çətindir. Əgər vicdanın, ruhun varsa, sən bu cür bəlaya göz yuma bilmirsən. Baxa da bilmirsən.
"Səbr... Hara kimi?"
Uşağın doğulmasını, doğulduqdan sonra "atasının" maddi təminatını gözləyən ruhi xəstə bir qız anası... Səbr edir... Dözür... O, qızının halından daha utanmır... Onu bu hala salanın kimliyi deməsə də sanki bütün aləmə qızının timsalında "Dəli mənim qızım deyil, xəstə o deyil, cəmiyyət xəstədir, ondan da pis xəstələr var" deyə səssizcə car çəkir... Sözlə yox, sadəcə qızına dikələn baxışlarla... Fəridə yenə də küçələrdə gəzir, hamilədir, ruhi xəstədir... Analıq nə olduğun anlayırmı? O özünə nə verə bilir ki, bu doğulacaq məsuma da nə verəcək?... Səbr... Nə vaxtadək?... Axı sonluğun heç cür xeyirli olma ehtimalı yoxdur. Ən yaxşı halda körpə sağlam dünyaya gəlsə də, onun taleyini düşünmək belə çətindir. Allah rəhm etsin. Barı sağlam olsun, özünə gün ağlaya biləcək bir ağılda, düşüncədə olsun... Bəlkə də bir dahi doğulacaq, bəlkə də bir alim. Amma ata-ana sevgisi bilməyəcəyi yəqindir! Həyatda daim "gözdəndüşmə" biri kimi nəzərlərin təqibində böyüyəcəyi yəqindir. Daha yaza bilmirəm... Gözlərim də, qəlbim də qan ağlayır. Allahdan xeyirli nəsibini diləmək, Allahdan hamımızı belə müsibətdən hifz eləməsini diləməkdən başqa heç nəyə gücüm çatmır.
XƏBƏR LENTİ
Bəstəboy kişilər daha yaxşıdır?
Appendisit və onun fəsadları
Sarkisyanın 2014-cü il xülyası
Həm ev tikən, həm ev yıxan internet
Rusiyada həbsxanalarda cəzaçəkmə qaydaları dəyişdirilib
Şaftalının faydaları
Göz ətrafını canlandırmağın 3 yolu
Saturnun peykində yaşamaq üçün hər şey
Yataq dəstləri
Eşqin tərifi - Sevgi
Müsəlman qadınlarından qeyri-adi aksiya
Arda Turandan etiraf: “Peşman deyiləm, amma səhv etmişəm”
Bakının mərkəzində qırmızı dairə?
İbrahimoviç Parisdən qovulur
Ağdamdakı Çay evinin 27 il fərqlə görüntüsü - FOTO
Koronavirus müxtəlif səthlərdə nə qədər yaşayır? - Araşdırma
Heyva cemi ilə tez hazırlanan piroq (foto resept)
Sabriyedən Emreyə təklif-"SURVİVOR"-FOTO
Ermənilər Azərbaycana gələsi olmadılar
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Kleopatranın gözəllik sirləri
İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlandı
Təşvişə səbəb olan “aslan” başqa heyvan çıxdı
Bakıya yağış və külək vədi
Güpürlü geyimlər
Günün qoroskopu: mövqelərinizdən geri çəkilməyin
Barak Obamadan İlham Əliyevə məktub
Uşaqlar üçün şokoladlı tortların bəzədilməsi
Film seyr edərkən yemək yeməyin!
Əsgərimiz ad günündə şəhid oldu
Çudu (foto-resept)
Paytaxtın ən böyük prospektində sürət həddi qaldırıldı
Bu dərdi biganə anlamaz!!!
"Şoko" çubuqları (foto resept)
Bu dondurmaların istehsalına qadağa qoyuldu - Təhlükə doğuranların adları
Prezidenti “öldürdülər”
Xoşbəxtlik ətrafımızdadır
Belə şəraitdə kəsilən ətləri almayın - Həyatınız üçün təhlükəlidir!
Kasilyas etiraf etdi
Bilmədiyiniz məlumatlar
Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ
Günün ulduz falı
Müsəlman qadınlarla bağlı İNANILMAZ YENİLİK
Yüksəkliklərin düşmən tərəfindən yenidən zəbt edilməsi xəbərlərinə RƏSMİ MÜNASİBƏT
Qadınların güclü olduğunu göstərən filmlər
Məşhur aktrisa hamiləlik FOTOsunu paylaşdı
Ermənistan işğaldakı ərazilərimizdə terror təşkilatı yaradıb - RƏSMİ
İnfeksiya otaqdakı insanlara belə yayılır
Şahzadələrin cazibədarlıq sirləri
Hindistanda virusa yoluxanların sayı bir milyonu ötdü
- ŞƏRHLƏR