Aişə orta məktəbin ikinci sinfinə qədər müvəffəqiyyətlə oxudu. Gəlirləri az olduğu üçün atası onu məktəbə daha çox göndərə bilmədi. İki il sonra qonşularının Fransada işləyən kiçik oğlu Rəcəb bəyin qızlarıyla evlənmə istəyini də bir şans hesab edərək qəbul etdilər. Sadə bir toy edildi. Və Sirkəçidən qalxan bir qatarla 1980-ci ilin dekabr ayında Aişə qürbətə yola düşdü.
Rəcəb bəylə arvadı arasında on yaş fərq vardı. Əvvəllər çox çətinlik çəkməsinə baxmayaraq, qürbətin mərhəmətsizliyi ilə ərinin anlayışsızlığı Aişəyə çox təcrübələr qazandırdı.
Evliliklərinin beşinci ilində oğlu dünyaya gəldi. Aişə hamilə olana qədər əri onu günahlandırırdı. "Sən sonsuzsan, səni boşayacağam" deyərək Aişəyə söyləmədiyi söz qalmamışdı.
Amma sonralar müalicə zamanı qüsurun Rəcəb bəydə olduğu aşkar edilmişdi. Müdirin təzyiqləri, ağır işlərdə işləməsi Rəcəbin əsəblərini gərginləşdirmişdi. Təzyiqlər təkcə iş yerində qalmır, ailə həyatına da təsir edirdi. Ərinin stressdən yata bilmədiyi gecələrdəAişə də yuxusuz qalırdı... Xaricdə yaşamaq və bu şəkildə pul qazanmaq asan deyildi. Aişə bunları düşünərkən ağrılı xatirələri də ürəyindən çıxara bilmirdi.
Dörd yaşındakı oğlunun kresloda yatdığını və havanın soyuq olduğunu görən Rəcəb bəy:
- Xanım, uşaq yatmışkən mağazaya gedib gələk - dedi.
Aişə bir an üçün tərəddüd edərək öz-özünə dedi: "Birdən uşağa bir şey olsa? Yox, kişini durduğu yerdə yenə hirsləndirməyim. Qürbət həyatı onsuz da səbrini tükədib. Hər halda tez gedib gələrik. Hava da çox soyuqdur".
Rəcəb bəy arvadının öz-özünə danışdığını görüb :
- Nəsə dedin?
- Yooox... Öz-özümə danışdım. Hava da çox soyuqdur. Heç olmazsa uşaq üşüməz...
- Mən də eyni şeyləri düşünmüşdüm...
Evləri çox da rahat deyildi. Gedəcəkləri mağaza isə avtomobillə on dəqiqəlik məsafədə idi. Tələsə-tələsə evdən çıxdılar. Bazarlıq təxminən iki saat davam etdi. Yol bir avtomobil qəzası ucbtından bağlanmışdı. Aişənin içində bir sıxıntı vardı...
Ərini də narahat etməmək üçün ordan-burdan danışaraq zaman qazanmağa çalışırdı. Bir az irəlidəki qəza yerinə gedən təcili yardım maşınının səsi, polis maşınları da onlara yaxşı təsir bağışlamırdı. Nəhayət, yol açıldı. Hər ikisi də dərin nəfəs aldı. Və qəzasız-bəlasız evlərinə gəldilər. Maşından düşərkən Rəcəb bəy arvadına:
- Sən tez yuxarı qaç. Bəlkə uşaq oyanıb... - dedi.
Aişə evin açarlarını ərindən götürməyi unutduğunun fərqinə varıb geri döndü: "Tərsliyə bax... Açarları götürmək yadımdan çıxıb..." deyərək ərindən açarları götürdü və təkrar üçüncü mərtəbəyə çıxdı. Qapını açanda balaca Əlinin əlində böyük bir bıçaq vardı. Təzə alınmış dəri kresloları bu bıçaqla istifadə edilə bilməyəcək hala gətirmişdi. Rəcəb bəy içəri girəndə dəliyə döndü. İri əlləriylə kiçik Əlini döyməklə kifayətlənmədi... Onun əllərini bərk-bərk iplə bağlayaraq hamamın içinə atdı. Və qapını bağladı:
- İndi kresloları kəs görüm, necə kəsirsən! - deyə qışqırdı.
Sərt və öz özünü idarədən çıxmış ərinin qışqırığı qarşısında Aişə için-için ağlayaraq titrəyirdi: "Kreslonu həmişə ala bilərik, amma uşağıma, tək övladıma bir şey olsa... Mən nə edərəm?" deyirdi ürəyində. Anasından kömək gözləyən kiçik Əlinin baxışlarını unuda bilmirdi. Aişə bütün həyatına təsir edəcək bu anı əsla unuda bilməyəcəkdi...
Aradan üç saat keçdi. Qapının arxasından səslər gəlirdi. Sonra qapının zəngi çalındı. Qonşuları Dayansın bəy və Aypara xanım kiçik uşaqları Fərhad ilə ziyarətlərinə gəlmişdilər.
- Rəcəb bəy, qonaq qəbul edərsinizmi?
Aişə çox sevindi. Ağlından "Uşağım indi xilas olacaq..." deyə keçirdi və ürəkdən:
- Buyurun, buyurun! - dedi.
Qonşularının altı yaşındakı oğlu Fərhad anasına:
- Ana, mən Əli ilə oynamaq istəyirəm - dedi.
- Doğrudan, Əli haradadır, bizim uşaq onunla oynamaq istəyir.
Rəcəb bəy və Aişə əvvəl bir-birlərinə baxdılar.
Sonra Aişə dözə bilmədi:
- Biz uşağı yatmış halda evdə qoyub mağazaya getmişdik. Biz orada olanda yuxudan oyanıb. Bizi tapa bilməyib mətbəxdən böyük bir bıçaq götürərək üzərində oturduğunuz yeni dəri kresloları kəsik-kəsik edib. Ərim hər görəndə əsəbiləşməsin deyə mən bir az əvvəl üzərlərinə ədyal örtdüm.
Aypara xanım:
- Sonra nə oldu?
- Bəyim çox əsəbiləşdi.
Aişə gözyaşlarını tuta bilməyərək:
- Əvvəl yaxşıca döydü... Sonra... Sonra əllərini bağlayaraq hamamın içinə atdı - dedi.
Dayansın bəy:
- Nə vaxt olub?
Rəcəb bəy:
- İki-üç saat olar.
Aypara xanım:
- Yəni üç saatdır ki, Əli hamamdadır? Sizdə heç insaf yoxdurmu?
Aypara xanım və Dayansın bəy hamama tərəf qaçdılar.
Aypara xanım:
- Üstəlik kiçik, körpə balanın üzərinə qapını kilidləmisiniz... Bu necə ola bilər?.. Təəssüflər olsun sizə...
Aypara xanım Rəcəb bəyə dönərək:
- Sonra da xanımına təzyiq edərək bu vəziyyətə salmısan. Uşağının bu halı qarşısında qorxudan səssiz qalacaq qədər. Sən necə adamsan!..
Dayansın bəy xanımına əliylə toxunaraq səssizcə:
- Çox irəli getdin. Ağır danışma. Onsuz da başları dərddədir...
Hamam otağının qapısı açılanda kiçik Əli hamamda yatırdı. Aişə içəri atıldı və uşağı bağrına basdı. Əlləri gömgöy idi... Oyanan Əlinin əllərini qonaqlarla birlikdə açdılar. Amma dəqiqələr keçməsinə baxmayaraq, əlləri təbii rənginə qayıtmırdı.
Dayansın bəy:
- Uşağı tez xəstəxanaya aparmaq lazımdır. Qanqrena ola bilər - dedi.
Aişə və Rəcəb bəy qonşularının bu sözləri qarşısında donub qalmışdılar. Hamısı iki maşınla xəstəxanaya getdilər. Təcili tibbi yardım xidmətində bütün müdaxilələrə baxmayaraq, kiçik Əlinin iki əli birdən kəsilmişdi. Xəstəxana işçiləri də hadisə qarşısında göz yaşlarını tuta bilməmişdilər.
Kiçik Əli bundan sonra oyuncaqlarını iki əliylə tutaraq oynaya bilməyəcəkdi. Anasının və atasının əllərindən tuta bilməyəcəkdi. Çox istədiyi Tiryəkdəki babasına şəkil çəkib göndərə bilməyəcəkdi. Əsgərliyə belə gedə bilməyəcəkdi. Məktub da yaza bilməyəcəkdi. Və ən əsası, kresloları bir daha kəsə bilməyəcəkdi...
Anası və atası kiçik Əlinin yeni dünyasında əvvəlki kimi olacaqdılarmı? Atası bir daha bağlamaq üçün bir əl tapa bilməyəcək. Onun əlləriylə veriləcək bir stəkan sudan da hər ikisi məhrum qalacaqdılar.
Aradan üç gün keçmişdi. Kiçik Əli axşamüstü yavaş-yavaş atasına yaxınlaşdı. Atası başını qaldıraraq oğlunun nə isə söyləmək istədiyini anladı:
- Atacan, bundan sonra dəcəllik etməyəcəyəm. Sizə söz verirəm. Bir daha bıçaqlara da toxunmayacağam. Yatdığım zaman, siz evdə olmasanız yatağımdan belə düşməyəcəyəm. Nə olar atacan, həkim əmilərə söylə, mənim əllərimi geri taxsınlar. Nə olar atacan, mənə əllərimi geri versinlər!..
Rəcəb bəy bu sözlər qarşısında dözə bilmədi. Uşağa sarıldı. Qoxladı...
"Bu son olacaq" deyirdi. Bir neylon torba içərisinə nə isə qoydu. Xanımına baxdı. Kiçik Əli anasının arxasında idi. Arada göz-gözə gəldilər. Sonra qapını çöldən bağlayaraq aşağıya endi. Avtomobilə minib evin qarşısından uzaqlaşdı. Aişə və kiçik Əli pəncərədən onun gedişinə baxırdılar. Evlərinin önündəki işıqsız prospektdə gözdən itənə qədər... Xanımına "Xüdahafiz" belə deməmişdi.
Uzun müddət ərindən xəbər ala bilməyən Aişə gecə yarısı polisə getdi. Ərinin bir daha evə dönmədiyini bildirərək, tapılmasını istədi...
Evə gəldikləri zaman Aişə ərinin kreslonun üzərinə qoyduğu köynəyini iylədi. Öz-özünə: "Rəcəb... Heç nəyə baxmayaraq, mən səni sevirəm. Səni bu hala gətirənlər utansın..." dedi. Anasının ağladığını görən kiçik Əli :
- Anacan, atam bir daha evə dönməyəcəkmi? Yoxsa mənim əllərimi istəmək üçün həkim əmilərin yanınamı getdi? Nə olar, anacan, atama söylə, həkim əmilər əllərimi geri taxsınlar... Mən oyuncaqlarımla oynaya bilmirəm.
Aişə uşağının bu sözləri qarşısında göz yaşlarını tuta bilmədi. Qucağındakı balasıyla kreslo üzərində yuxuya getdi.
Sabahı gün iki polis məmuru evlərinə gəldi. Ərinin bir ağaca bağladığı iplə özünü asaraq intihar etdiyini, şəxsiyyət vəsiqəsini də üzərində tapdıqlarını qeyd etdilər... Əllərini itirən uşağı üçün gözyaşı tökən ananın hələ qürbətdəki əziyyəti bitməmişdi. Göz yaşları qurumadan qarşılaşdığı digər bir hadisə onu başqa bir dünyada təkcə buraxmışdı...
Həyatını kiçik Əliylə davam etdirəcəkdi... Ürəyinə mismarlanmış ağrılara baxmayaraq.
XƏBƏR LENTİ
“Kurtlar Vadisi Vətən” təqdim olundu: Polad Ələmdar həyat yoldaşı ilə qala gecəsində
Kahının inanılmaz faydaları
“Avroviziya” təmsilçimiz Samirə Əfəndi “Kleopatra”sı ilə qalib oldu - VİDEO
Souslu kotlet (foto resept)
Sabahın HAVASI
Yeni planet kəşf edildi
Apple və Google məlumatları paylaşır
Təcavüzdə ittiham olunan Tatlısəslə bağlı məhkəmə qərar çıxardı
Serenayın bu fotosu "like" atəşinə tutuldu
2017-ci ildə uğur qazanmaq istəyirsizsə, MÜTLƏQ BUNLARI EDİN! - TÖVSİYƏLƏ
Mehriban Əliyeva UNESCO-nun Baş direktoru ilə görüşüb - FOTO
Göylər eşqim qədər mənə əzizdir..
Kəpəkli saçlar üçün maska
Qədərində yeyin, sağlam olun!
Südlü şirniyyat (foto-resept)
"Güldür Güldür" Şousu faciə ilə bitdi!-FOTO
DİM buraxılış imtahanı ilə bağlı komissiya yaratdı
Təbii antibiotiklər
Azərbaycan otellərinin 1 gecəlik qiyməti - ŞOK
Azərbaycanda peşə məktəblərini bitirənlərə müjdə
Putin səsvermədə birdəfəlik qələmdən istifadə etdi-VİDEO
Saçlarınız üçün lazım olan qidalar
Doğuşdan sonra idman
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Kartof pirojnası (foto resept)
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Məşhur ekstrasens Koronavirusun Bitəcəyi Tarixi Açıqladı
Bayram süfrəniz üçün pendirli şam ağacı(foto resept)
Bunları bilirsinizmi?
Yeni avtobuslar gəlir
Jan-Klod van Dam Türkiyədə idman mərkəzləri açacaq
Toyuq içalatından peraşki (foto resept)
Fahriye və Burakın övladına milyonluq təklif
Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu
HAVA necə olacaq?-16 yanvar
Sızanaq izlərini yox edən maskalar
Torta Mikki Maus görünüşünün verilməsi
50 yaşlı nənə dördəm doğdu - FOTO
Gözəllik üçün maskalar
İstirahət gününün hava proqnozu
Sərnişin maska taxmasa, avtobus hərəkət etməyəcək - BNA
Limonlu maffınlər (foto resept)
Bürclər necə üzr istəyir?
Ronaldunun 4 -cü uşağı doğuldu - FOTO
İrem Derici şikayətləndi
Antonio Vivaldi
Bu məkanda insan 1000 il yaşaya bilər
Polenlərə qarşı allergiyanızla mübarizə aparın
Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq
Sadə mantı (foto-resept)
- ŞƏRHLƏR