Neçə illər əvvəl olduğu kimi, bu səhər də tezdən qalxmış, arxa həyətə çıxıb hindən yumurtaları götürmüş və kohnə bir caydana qoyub qaynatmağa başlamışdı. Həyat yoldaşının hər səhər ilıq yumurta yeməsini və bundan bir gün belə yorulmamasını hec vaxt ürəyinə gətirməmişdi. O, sanki onu xoşbəxt etməkdən həzz alır və bunu durmadan hər səhər edirdi. Qaynayan çaydanın altını azaltdıqdan sonra xırda-xırda doğradığı kartofları qızan yağın icərisinə atdı və sonra da masanı hazırlamağa getdi. Masanı hazırlayarkən həmişə hər şeyin yerli-yerində olmasına da diqqət yetirirdi.
Çünki onun fikrincə ğün necə başlayırdısa elə də davam edirdi. Bu adət sayəsində illərdir həyat yoldaşının günü həmişə gözəl başlamışdı. Əslində həyat yoldaşı Nərgiz xanımın masaya oturan kimi ona təbəssüm etməsi onun da gününün gözəl başlaması demək idi. Masanı hazırlayıb qurtarandan sonra artıq həyat yoldaşını oyandırmağı qərara aldı.
Mətbəx qapısına tərəf bir addım atmışdı ki, ürəyində bir ağrı hiss etdi.
Əlini ürəyinin üzərinə qoyub sığalladı və öz-özünə dedi: "Son vaxtlar çox gözdən qoydum. Gərək ilk imkan düşən kimi həkimə gedim" - dedi. Yavaş-yavaş yataq otağına üz tutdu. Sonra da astaca qapını araladı. Bu onun üçün həyatında ən sevdiyi an idi. Çünki hər səhər bu otağa gəlib həyat yoldaşının yatmasına tamaşa edir və sonrada həzin bir səslə: "Qalx artıq, həyatım. Səhər yeməyi hazırdır!" - deyərdi.
"Olmaz, həyatım. Bax, sənə ilıq yumurta da hazırladım" - deyə təkrar etdi. Bu dəfə də həmişə olduğu kimi eyni şeylər oldu və "ilıq yumurta" sözünü eşidən kimi həyat yoldaşının gözləri açıldı. Üstəlik gözündə ən kiçik bir yuxu əlaməti belə qalmamışdı. Yavaşca yataqdan qalxıb həyat yoldaşına sarıldı.
- Heç bezməyəcəksən, deyilmi? Axı hər səhər bunu etməyə məcbur deyilsən...
- Bax, bir də belə desən səndən inciyəcəm. Bil ki, mən səni xoşbəxt etmək ücün varam. Və hər səhər sənin üzün güləndə mən də xoşbəxt oluram.
- Doğrudur, ancaq sən artıq gənc deyilsən. Özünü bu qədər yormamalısan.
- Narahat olma, mən yorulmuram, istəyirsən gəl bunları masa arxasında danışaq.
Sonra da həyat yoldaşının qoluna girib masaya qədər apardı. Həmişəki kimi oturacağını çəkib ona oturmaqda kömək etdi. Yumurtasını qarşısına qoyub üstündən bir qədər sındırdı. Çayını diqqətlə doldurub içinə iki parça qənd atdı. Və axırda da onun yerinə qarışdırdı.
- Mənə bir şey olmaz. Sən özündən muğayat ol. Son vaxtlar ürəyini çox gücə salırsan.
- Mənə görə narahat olma. Yumurtanı da soyumamış ye!
Həyat yoldaşı Nərgiz xanım birdən ağlar bir səslə danışmağa başladı. Üstəlik, Nərgiz xanım onun üzünə baxmadan danışırdı:
- Yetər artıq! Bu oyuna daha nə qədər davam edəcəksən. Burax məni gedim. Bu şəkildə daha çox özünə zərər verirsən.
Rüstəm bəy gözləmədiyi bu sözlər qarşısında nə edəcəyini bilmədi. Gözləri doldu, qəlbi sızıldadı.
- "Burax gedim" nə deməkdir, Nərgiz? Axı mən sənsiz nə edərəm? Kimə səhər yeməyi hazırlayaram, kiminlə söhbət edərəm? Kədərlənəndə kimin qoynunda ağlayaram? Sevinəndə kimin boynuna sarılaram? Düz 45 il oldu, Nərgiz. Duz 45 il... O gündən bəri mən ancaq səninlə yaşayıram. Hələ bir dön ətrafına bax. Mənim səndən başqa kimim var? Sən isə mənə "Burax gedim" deyirsən. Həm də çox mənasız bir səbəblə...
Rüstəm bəyin səsi birdən dəyişmiş, hətta xırıldamağa başlamışdı. Birdən ürəyində səhər hiss etdiyi ağrını hiss etdi. Ancaq bu dəfə o sanki daha dərindən gəlirdi. Odur ki, sözü elə ağzında qaldı. Sonra da bir anlıq həyat yoldaşı ilə göz-gözə gəldi. Nərgiz xanım sanki heç bir şey olmamış kimi ona baxırdı. Artıq yavaş-yavaş gözləri qaralırdı. İndi o, bədənini də hiss etmirdi. Bir anlıq həyat yoldaşının gözlərinə baxıb dərin bir nəfəs aldı. Və zorla ağzından bu sözləri çıxardı: "Mən səni çox sevirəm, həyatım!" Dumanlı gözərlə gülumsəyən Nərgiz xanım yanağından süzülən yaşları silərək cavab verdi: "Mən də səni çox sevirəm, həyatım! Mən də səni".
...Məhəllədəkilər hadisədən ancaq iki gün sonra xəbər tutdular. Yan qonşu qapını dəfələrlə döysə də bir cavab almamış, o da əlacsız qalıb polisə xəbər vermişdi. Polis qapını sındlrlb içəri girəndə Rüstəm bəyin cəsədi ilə qarşılaşdı. O, mətbəx masasının arxasında oturmuş və başını masanın üstünə qoymuşdu. Ancaq başa düşə bilmədikləri bir şey var idi. O da 10 il əvvəl ölmüş həyat yoldaşının fotoşəkli qarşısında duran yeyilməmiş ilıq yumurta idi...
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR