Artıq 14 yaşında idim. Məni oğru adlandırdılar. Nəyə görə? İndi, hamısını bir-bir danışaram. Uşaq evinə düşdüyüm gündən, yaşadığım hər an burnumdan gəlirdi. Orada rəhbərlik və baxıcılar üçün bütün uşaqların bir adı var idi – yetimçə. Mən də o “yetimçə”lərdən biri idim artıq. Bizə gündə iki dəfə yemək verirdilər. Nahar və qəlyanaltı. Gündüz saat 12-dən tez yataqdan qalxan və axşam 10-dan gec yatağa girən uşaq, 1 günün yeməyinə həsrət qalacaqdı. Uşaqlar üçün təşkil olunan ləziz yeməkləri özləri üçün saxlayan rəhbərliyin bizə verdikləri yemək yarıbişmiş kartof püresi idi. İki il bu əzabla yaşadıq. 11 yaşım tamam olmuşdu. Haqsızlıq nə olduğunu dərk edə bilirdim.
Bir gün bu haqsızlığa tab gətirmədim. Gecə yataq otağının pəncərəsindən tullanıb, gizlənərək yemək anbarına tərəf getdim. Polis geyimində olan mühavizəçi çəmənlikdə uzanıb eyni açarlar keçirilən iri halqanı əlində oynadırdı. Hərdən ayağa qalxıb ətrafa nəzarət etmək üçün gəzinirdi. Bir dəfə qalxanda açarları çəmənlikdə qoydu. Yavaş addımlarla gedib açarları götürüb anbara yaxınlaşdım. Açarların hamısı anbara məxsus idi. Cəld birini halqadan çıxarıb, halqanı çəmənliyə atıb qaçdım.
O gündən sonra, hər gecə bir neçə uşaqla anbardan yemək oğurlayıb qayıdırdıq. Hər gün bir çox uşağın qarnı ləziz yeməklərlə yarı tox olurdu. Amma, bu macəra çox sürmədi. Bir gün mühafizəçi məni iş başında yaxalayıb direktorun yanına apardı. “Oğru” adı altında töhmət damğası alıb uşaq evindən qovuldum.
Tək başına Bakı küçələrində dolanmağa başladım. Yaşamaq üçün boş dayanmamalı idim. İş istəmək üçün çox sayda mağaza, restoran gəzdim. Heç kim məni işə almadı. Aclıqdan dayana bilmirdim. Bir mağazaya iş üçün girəndə içəridə kimsə görmədim. Mağaza da kökələr göz qabağında idi. Mağaza sahibi gəlməmiş cəld iki kökə götürüb köynəyimin içərisində gizlədərək mağazadan uzaqlaşdım. Bir kənara çəkilib qarnımı bir qədər doyurub yenə iş axtarmağa başladım. Beləcə, iki ili ötürdüm, lakin, əhvalatımı bilən hər kəs məni işə almaqdan boyun qaçırdılar. Sadəcə, dəyəri artan bir şey oldu. O da ki, qarnımı doyurmaq üçün oğurladığım əşyalar. Son vaxtlar demək olar ki, iş axtarmırdım. Əlim oğurluqda mahir olmuşdu. Oğurladığım pullar sayəsində qarnımı doyururdum.
Artıq 21 yaşında idim. Məni qatil adlandırdılar. O gecə evə getməyə heç həvəsim yox idi. Ev dedikdə, köhnə xarabalıqların birində özüm üçün saldığım məskəni nəzərdə tuturam. Tək başına şəhərin küçələrində gəzirdim. Özümə hər şey ala biləcək qədər pulum olsa da belə, hələ də, iki il əvvəl bir qadının mənə bağışladığı köhnə cırıq və yamaqlı geyimdə idim. Oğurluqla qazandığım pullardan hissə-hissə ayıraraq gizlədib, özüm üçün gələcək hazırlayırdım. Saysız-hesabsız ehtiyyat pulum var idi. Elə, az əvvəl də ehtiyyat pulların sayını artırıb evdən çıxmışdım. Aramla küçələri dolanır və düşünürdüm. Düşünürdüm ki, bu 13 ili tək başına necə sağ qaldım. Törətdiyim izsiz soyğunlar varkən, niyə hələ də azadlıqda gəzirəm. Ən çox da, bunu düşünürdüm ki, görəsən onlar haradadır? Nə edirlər? Onlar da mı mənim kimi küçələrdədir? Yoxsa, hələ də, o alçaq analığın himayəsində zülmlə böyüyürlər? Evimizdən ayrılan gündən, bu düşüncə məni rahat buraxmırdı. Ancaq, evimizi belə xatırlamırdım. Guya, axtarıb tapsam nə edəcəcəkdim ki? Gedib nə deyəcəkdim? “Salam, bu mənəm. Səfil, tərbiyəsiz, oğru övladınız.” belə deyəcəkdim?
Birdən qulaqlarıma gələn qışqırıq və imdad səsləri məni xəyaldan ayırdı. Tez səs gələn tərəfə qaçdım. Bir cavan oğlanın, yaşlı kişini möhkəm döydüyünü gördüm. Kişi əyyaşa bənzəyirdi. Oğlan zavallını yerə yıxaraq amansızca təpikləyirdi. Əlbəttə ki, bu dəhşətli mənzərəni kənardan durub izləmək fikrində deyildim. Cəld köməyə qaçmağa başladım. Hadisə yerindən çox uzaqda olsam da, özümü ora çatdırmağa çalışırdım. Amma, birdən həyəcan və heyrət istər-istəməz mənim əl ayağımı dondurdu. Çünki, oğlan qocanın yaxasından yapışaraq qaldırdı və cibindən çıxardığı bıçağı onun bədəninə bir neçə dəfə sapladı. Yenə irəli qaçmağa başladım. Bu dəfə, daha sürətlə qaçmağa çalışırdım. Oğlan məni görüb qaçaraq aradan çıxdı. Ona çata bilməzdim. Odur ki, yerdə uzanaraq xırıltı ilə can verən yaşlı adama yaxınlaşdım. Bıçaq onun qarnına sacılıb qalmışdı. Həyəcandan heç nə düşünə bilmirdim. Tək niyyətim vardı. Qocanı xilas eləmək. Odur ki, bıçağı onun bədənindən çıxarıb bir kənara atdım. Birdən səslər eşitdim. Bu polis avtomobili səsləri idi. Deyəsən kimsə hadisəni görüb polisə xəbər etmişdi. Onlar hadisə yerinə çatdılar. Nəzərə çarpan 3 şey vardı. Yerdə qanlar içində hərəkətsiz uzanan qoca, mən və üzərində barmaq izlərim olan qanlı bıçaq.
Məni dindirdikdən sonra, nəzarət kamerasında saxladılar. 3 gün sonra isə, məhkəməm olacaqdı. Fikrim hələ də, o bıcaqlanan qocanın yanında idi. Həyəcan içimi bürümüşdü. Belə hadisələrlə, cəsədlərlə çox rastlaşmışdım o yaşıma kimi və əsla qorxmurdum. Bəs, ürəyimi o qocaya tərəf aparan nə idi elə? Bu üç günü, eyni fikirlə keçirdim.
Məhkəmə günü yetişdi. Əynimdəki əskik-üskükü çıxarıb, kostyum geyindirdilər. Məhkəmə salonuna gətirildim. Eşitdiklərim məni göydən yerə vurdu, sanki. Bıçaqlanan insanın kim olduğu açıqlandıqda, sanki, həmən bıçaq zərbələri mənə sancıldı. Bu adam, 13 il əvvəl məni evimdən, bacılarımdan ayrı salan, mənim səfil həyatında sürünməyimə səbəb olan həmin adam, yəni doğma atam idi. Ona nifrət etməyimə baxmayaraq, göz yaşlarımı saxlaya bilmədim. Siması hələ də ağlımda idi. Gör zaman onu nə hallara salmışdı. Məhkəmə bitdikdən sonra yenidən kameraya göndərildim. O gecəm ağlamaqla keçdi. Ürəyim boşalana qədər ağladım və ağladıqca içimdə ona qarşı hiss etdiyim çox cüzi övlad sevgisi, halına yanıqlıq yuyulub gedir və məni rahatladırdı. Sabahı, sanki adi bir insanın ölümü ilə rastlaşmışammış kimi açdım. Heç bir acı, heç bir kədər hiss etmədim. Amma, bir fikir hələ də beynimdə idi. Onu kim və niyə öldürdü.
Bir neçə ay həbsdə yatdıqdan sonra, əsl qatil tapılaraq, mənim günahsız olduğum təsdiqləndi. Qatil o qəddar qadının oğlu idi. O qadın ki, mən 6 yaşımda olanda atama görə öz oğlunu atmışdı.
Bu da, son. Nə gizlədim. Etdiyim soyğun cinayətlərin sayı-hesabı yox idi. Səhv anlamayın. Bununla əsla öyünmürəm. Amma, özümə bəraət qazandırmağa da haqqım var. Ümid edirəm, Allah bu qazandıqlarımı mənə haram bilməz. Çünki nə qədər soyğun etsəm də belə, nə bir kasıbın çörəyini əlindən aldım, nə də bir dinc insanı incitdim.
Onsuz da sonumun belə olacağı bəlli idi mənə. Günahsız günahlarımla yaşadım ömrümün 20 ilini. Axırda əsl yaşamağı öyrənə bildim. Müəllimim isə zaman oldu.
İndi özəl şirkəti, imarəti və həyətində 4 avtomobili olan bir patronam. Lakin bunlara baxmayaraq yenə də daxilimdə özümü, köhnə doğma evə həsrət çəkən, həyatını küçələrdə keçirən və bir küncdə oturub kürəyini divara sökəyərək, hələ də anasından velosiped gözləyən o səfil uşaq kimi görürəm.
S O N
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR