Saytdakı qızların çoxu məni tanıyır. Uzun müddətdir gələ bilmirdim, çünki yeni ailə qurmuşdum, hamilə idim.
Hamiləliyin bu qədər gözəl, bu qədər mənalı və canayaxın hiss olduğunu bilmirdim. Mən anamı incidəndə, hər zaman mənə deyərdi ki, "Ana olanda anlayarsan".
Həqiqətən də, elə imis. Ana olmaq mənim çoxdankı arzum idi. Balamın hər hərəkətini mən hiss edirdim, günü gündən də bağlanırdım ona. Axırıncı ayda həkimə getdikdə həkim fevralın 18, 19-da doğulacağını söylədi. Artıq az qalmışdı. Günlər keçmək bilmirdi. Hər
gecə yatanda görəsən, axşam doğulacaq, ya səhərr düşüncəsiylə yatırdım. Ayın 18, 19-da bir təlaş, bir həyəcan içində idim.
Elə bilirdim ki, bu an doğulacaq. Ağrılarım getdikcə artırdı. Nəhayət, fevralın 2-si axsam idi. Saat 6-da ağrım yavaş-yavaş
artmağa başladı. Çox həyəcanlı, ilk doğuşum olduğu uçun də çox qorxurdum. Saat 10-da xəstəxaya getdik. Həkim açılıs var dedi, amma hələ azdır, əlavə etdi. Sancım gec tuturdu, araları isə az çəkirdi. Ona görə də doğuş çətin oldu. Gücsüz idim, çox zəif idim.
Yemək də yemədən getmişdim xəstəxanaya. Bütün gecəni ağrı çəkdim. Nəhayət ki, həkim doğuşa hazırladı məni. Ağri çəkməkdən halsız qalmışdım. Dayanmadan 12 saat ağrı çəkdim. Doguş zamanı az qalmışdım özümdən gedəm. Həkimlər bədənimə kombinə edilmiş inyeksiya yeritdilər, güc verməyim üçün iynələr vurdular. Son gücümü topladım artıq halım qalmamışdı. Allahımı çağırdım, kömək istədim. Son gücümdə artıq körpəm, oğlum dünyaya gəldi.
Bu sözləri yazdıqda belə gözlərim sevincdən dolur. O anı heç nəyə dəyişmərəm. 9 aydi mənim içimdə yaşayan, böyüyən körpəm artıq dünyaya gəlmişdi. Səsini eşitdikdə sevincimdən elə ağladım ki... Gözləri açıq idi. Görməsə belə, zənnlə baxırdı. 3 kilo 300 qram olmuşdu körpəm. Qucağıma verdilər, öz-özümə inanmırdım ki, "Bu mənimdi?". İnsan ilk başda bir qəribə olur. Qara gözləri var idi. Elə sakit idi ki, balam. Mənə baxırdı. Adını Nihat qoyduq. İndi 10 aylıqdı oğlum. O qədər şirindiki, Maşallah. Artıq yerimək istəyir. Bu da oğlumun indiki halı..
Əziz Qadin.Net xanımları, mən bu sayta ilk gəldiyimdə nişanlı bir xanım idim. Artıq indi bir oğlum var. Hər gözəl günümdə yanımda olan və mənə dəstək olan Qadın.Net xanımlarına teşəkkür edirəm. Sayt rəhbərliyinə bizləri görüşdürən belə bir sayt ərsəyə gətirdikləri üçün minnətdaram. Allah hamıya körpə nəsib etsin. Amin.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR