Ceyms məndəki təbəddülatı çox tez dərk etdi. O ara-sıra məni ucuz klublara, gecələr səhərəcən müxtəlif adamların ”haylay, roki-n-rol, ça-ça” vurduğu və yıxılanacan içki içdiyi yerlərə dəvət edirdi. Amma heç vaxt varlıların getdiyi məşhur kinoteatrlara, kazinolara, restoran və otellərə aparmırdı.
Mən bu fərqə əhəmiyyət verəcək halda deyildim. Nəhayət bir dəfə Ceyms növbəti kino səfərindən sonra məni evinə dəvət etdi. Ürəyim çılğınlıqla çırpındığı halda bir it kimi ardınca düşüb getdim. Mən müqəddəsimin yaşadığı sehrli məkanı görəcəkdim.
Ceymsin otaqlarında, xüsusilə mətbəxdə hər şey ağ idi. Qoy nə deyirlər desinlər, biz qaralar ağ rəngi ağların özündən də çox sevirik. Burda hər şey Ceymsin özü kimi ağ və təmiz idi.
Ceyms üç otaqlı mənzildə yaşayırdı. Bunlardan biri qonaq qəbul olunan zal, biri iş otağı, üçüncüsü yataq otağı idi. Yataq otağında tənzimedici işləyir, otağa Afrikaya xas olmayan sərin bir hava doldururdu. İş otağının divarlarındakı rəflər, yazı masası və şkaflar kitablarla dolu idi. Qonaq otağında heç vaxt görmədiyim əşyalar var idi. Hamam və tualet ağ kafellə örtülmüşdü, vanna, əlüzyuyan par-par parıldayırdı. Mətbəxdə ömrümdə görmədiyim qablar, ən başlıcası soyuducu var idi. O, buradan bir şüşə viski çıxarıb badələrə süzdü və mənimlə birlikdə içdi. Sonra mətbəxdən keçib geniş bir dəhlizə gəldik. Bu dəhlizdə sadə çarpayı və bir kürsü qoyulmuşdu. Tənzimedici yoxdursa da, tavanında, o biri otaqlarda və mətbəxdə gördüyüm fenlərdən biri asılmışdı. Şəbəkə pəncərələri meşə kimi sıx ağac dolu arxa həyətə açılırdı. Onun dəhlizə və küçəyə çıxan yolu, içində çimmək üçün vannası olan hamamı da ayrı idi. Ceyms bu otağı mənə göstərib gülə-gülə dedi:
-Bu da sənın otağın...
Mən diksindim. Ömrüm uzunu 8-9 nəfərlik ailə ilə qaranlıq, pəncərəsiz, işığı yalnız pərdə salınmış qapıdan düşən bircə otaqda böyümüşdüm. Ömrümdə çarpayım olmamışdı...
Mən sonralar bildim ki, bu otaq mister Ceymsin xidmətçi otağı imiş. Məni bura gətirəcəyinə əmin olduqda xidmətçini ixtisara salıbmış... Bunu sonra bildim. O gün isə səadətimə qovuşmuşdum. Bu otağın Ceyms üçün ingilis dostları və həmvətənləri qarşısında xilas otağı olduğunu, lazım olmadığım zaman buraya qapanacağımı bilmirdim.
O gecə mən Ceymslə birgə adət etmədiyim bəyaz və zərif qablarda yemək hazırladım, sonra hollda qarşı-qarşıya oturub yedik, hər ikimiz çoxlu viski içdik. Mənim viskiyə ehtiyacım yox idi. Mən onsuz da səadətimdən məst idim. O, məndən razılıq almadan hər şeyi qət etmişdi. Elə birinci gecədən mənim rəyimi soruşmadan məni yatağına çəkdi...
Heç on gün keçməmişdi ki, Ceymsin evində və qəlbindəki yerimi anlamağa başladım. Amma getdikcə artan dərdimi heç kəsə deyə bilmirdim. Mən öz əlimlə arxaya qayıdacaq yolumu kəsmişdim. Qohum-əqrəbam, ən yaxın dostlarım məndən üz çevirmişdi. Ceyms mənimlə bir xidmətçi kimi rəftar edirdi. İlk günlər hələ birgə yemək yediyimiz vaxtlarda daima gözü əlimdə olurdu. Ən yaxşı tikələri onsuz da sevdiyimin qabına qoyurdum. Bunu öz qadınlıq haqqım hesab edirdim. Buna baxmayaraq qabımda daha dadlı nə görsə, guya zarafatla qapırdı. Onunla yemək yeyəndə daima daxilən qısılır, əzab çəkirdim, elə bilirdim ətimi yeyirəm. Əslində mən heç də Ceymsə yük deyildim. Xəstəxanadan aldığım maaşım mənə artıqlaması ilə bəs edərdi. Amma mən hələ ilk günlərdən evimizi, cibimizi, xərcimizi ümumu bir şey hesab edib aldığım maaşımı da ona verirdim. Ceyms nəinki özünün, hətta mənim də pulumdan bir pens mənə qıymırdı. Əgər mən tamamilə yeyib-içməməyi bacarsaydım, o, bundan razı olardı. Siz elə bilməyin ki, Ceyms xəsis idi. Yox, özünə lazım olanda, xüsusilə dostları ilə gecəyarısına kimi restoranlarda, özünün təşkil etdiyi qonaqlıqlarda çox əliaçıq olurdu. Bu zaman qətiyyən xəsislik etmirdi. Onun xəsisliyi yalnız mənə idi. Heç yadımdan çıxmaz, bir dəfə əksərən qaraların getdiyi bir kinoteatra getmişdik. Evdən tələsik çıxdığımdan su içməmişdim, susuzluqdan yanırdım. Arxasınca kino zalına girdikdə gözüm sərinləşdirici sular satılan köşkə sataşdı. Yanğım bir az da artdı. Ona dedim: "Mənə su al". Əlini cibinə aparanda ciddiyətlə dedi: "Burda bufetdə sular elə bahadır ki..." Yavaşca qolundan tutdum. İstəmədiyimi deyib yerimdə oturdum. Dilim-dodağım təpimişdi. Yaxşı ki, zalda işıqlar söndü. Göz yaşlarımın qurumuş dodaqlarımı necə islatdığını görən olmadı. Ceyms bunu duydu, görünür ki, narahat oldu. Yavaşca pıçıldadı: “Mən ona görə demədim, burda bufet çox çirklidir. Xəstələnərsən, istəyirsən gedim alım". "Yox, lazım deyil” dedim.
Kinodan çıxanda qadınlara məxsus tualetə keçdim. Bir az sonra foyeyə qayıdanda gördüm ki, bayaq "çirkli" dediyi bufetin yanında dayanıb sakit-sakit məndən xəlvəti sərin su sümürür. Şüşənin dibində azca su qalmışdı. Məni görcək diksinən kimi oldu, amma tez özünü sındırmayıb "İçirsən?" dedi. "Yox" deyib yenə imtina etdim. Amma nə çəkdiyimi bir olan Allah yaxşı bilir. Evdə də çörəyimi-suyumu gizlicə yeyirdim.
Başqa bir vaxt da bir kitaba 10 pens verdiyimi duyunca "Sənə pul veriləsi, nəsə etibar ediləsi deyilsən" deyə küçənin ortasında, camaatın içində bağırdı. Hamı bizə baxırdı. Sonralar o kitabı oxumaq istəyəndə oxuya bilmirdim, sanki kitab əllərimi yandırırdı.
Belə olan hallarda ona deyirdim:
Ardı var
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR