Məni qucaqlayaraq bir tabuta yerləşdirmişlər. Ətrafımda gəzənlərin səslərini çox yaxşı eşidir və gözlərim bağlı olmasına baxmayaraq, birtəhər onları görə bilirdim.
- Gənc yaşda öldü yazıq, - deyirdilər. - Halbuki, hələ görüləcək çox işi var idi.
Həqiqətən də bir çox işim yarımçıq qalmışdı. Məsələn, oğluma yaxşı bir iş yeri açmamış, maşın ilə televizorun kreditlərini də hələ bitirməmişdim. Böyük bir firma qurub, dostlarımı oraya yığmaq da artıq xəyal olmuşdu. Üstəlik, qış çox yaxın olduğu halda odun-kömür işini həll etməmiş və damın axan yerlərinə də baxmamışdım. Yarıda qalan işlərimi fikirləşərkən, bir səsdən diksindim. Sanki mikrofondan gələn bu səs beynimin ən ucqar guşələrində səslənirdi və:
- Keçdi, artıq keçdi - deyirdi.
Ürəyimdə "Kaş ki, keçməmiş olsaydı" deyirdim. Hardan başıma gəlmişdi o qəza bilmirəm ki? Halbuki, avtomobili yaxşı sürürdüm.
Olanları xatırlamağa çalışarkən, dostlarımın ətrafımı bürüdüyünü və içində olduğum tabutun qapağını örtməyə çalışdıqlarını hiss etdim. Onlara mane olmaq üçün qışqırmaq və çırpınmaq istədiyim halda, nə qımıldana, nə də səs çıxara bilirdim. Bir az sonra qaranlıqda qalmış və gözlərimi tabutun taxtaları arasından sızan işığa çevirmişdim. Dəhşət içində:
- Aman Allahım! - dedim, - nə olacaq indi halım?
Qorxudan heç bir şey düşünə bilmirdim. Bu vaxt çiyinlərə qaldırılmış və aparılmağa başlanmışdım. Çöldəki səslərdən yağış yağdığı bəlli idi. Su damcılarının səsi tabutumun qıcırtısına qarışırdı. Yəqin ki, cənazə namazı üçün məscidə gedirdik.
Məscidi fikirləşərkən ağlıma gəlmişdi ki, yaxınlıqda olmasına və hər gün beş dəfə dəvət edilməmə baxmayaraq, heç cür vaxt tapıb ora gedə bilməmişdim. Amma hər zaman dediyim kimi, əlli yaşına gəlincə namaza başlayacaq və pis vərdişlərimi tərk edəcəkdim. Bəli, bəli, bu qəza olmasaydı, gələcəkdə çox yaxşı bir insan olacaqdım. Daha əvvəl eşitdiyim və haradan gəldiyini başa düşmədiyim səs:
- Keçdi, artıq keçdi - deyə təkrarladı. - Qutardı artıq.
Bir az sonra namazım qılınmış və təkrar çiyinlərə qaldırılmışdım. Məhəlləmizdəki çayxananın qarşısından keçərkən hər gün domino oynadığım yoldaşlarımın şən qəhqəhələrini eşidir və "Yəqin ki, ölüm xəbərimi almayıblar " deyə düşünürdüm. Səslər uzaqlaşanda əyri bir şəkildə daşındığımı hiss edərək qəbiristanlığa çıxan yoxuşu dırmaşdığımızı anladım. Şiddətlə yağan yağışın tabutdaki çatlardan sızaraq kəfənimi islatdığını da hiss edirdim. Buna baxmayaraq, çöldə danışılanlara qulaq asdım. Dostlarımın bir hissəsi bazardakı vəziyyətdən bəhs edir, bir qismi də milli komandanın son oyununu təhlil edirdi. Tabutumu daşıyan digər biri isə yanındakının qulağına pıçıldayaraq:
- Rəhmətliyin tərsliyi öldüyü gündən bəllidi, - deyirdi. - İslandıq yağışda, qardaş.
Eşitdiklərim səhv olmalı idi. Yoxsa bunlar yuxularımı onlar üçün fəda etdiyim dostlarım deyildimi?
Səfərim bir müddət sonra bitmiş və tabutum yerə endirilmişdi. Qapaq təkrar açıldı və cansız bədənimi tutan qollar məni dibində su toplanmış çuxura doğru endirdi. Yatdığım yerdən ətrafıma baxdım. Aman Allahım! .. Bu qəbir deyildimi?
O ana qədər bura girəcəyimi düşünməmişdimmi? Səssiz fəryadlarımı kimsə eşitmir və dostlarımın üstümü örtmək üçün yarışdığını hiss edirdim. Yenidən qaranlıqda qalmış və bütün acizliyimlə dua etməyə başlamışdım:
- Ya Rəbbim - deyirdim. - Bir fürsət daha yoxdurmu, sənin istədiyin kimi bir qul olum. Və qəbirimi cənnət bağçalarından bir bağçaya çevirim.
Eyni səs hər zamankındən daha şiddətli:
- Keçdi, artıq keçdi - deyə təkrarladış - Hər şey qurtardı artıq.
Məzarımı örtən taxtaların üzərinə atılan torpağın çıxardığı səs göy gurultusunu xatırladır və bütün mənliyimi sarsırdı. Son bir səylə yerimdən atılaraq gözlərimi açdım. Otağımdakı rahat yatağımda yatır və bir kabus görürdüm. Bitişik otaqda qalan həkim dostum məni ayıltmağa çalışaraq:
- Keçdi, artıq keçdi - deyə qışqırırdı. - Keçdi, bax, heç bir şeyin qalmadı.
Yatdığım yerdən dik atıldım. Tərdən islanmışdım. Çöldə leysan yağış yağır, şimşək və göy gurultusundan bütün ev titrəyirdi. Ətrafımdakıların çaşqın baxışları altında özümü ələ almağa çalışaraq:
- Ya Rəbbim, sənə zərrələrinin sayı qədər şükürlər olsun - deyirdim. - Yaxşı bir qul olmaq üçün bir fürsət daha verməsəydin?
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR