Gecədən xeyli keçmişdi. Kamilənin söhbətindən,otağın havasızlığından, hansısa fikrin qorxusundan, ya nədənsə yata bilmirdi.Gözünü yuman kimi Elburusun bulanıq gözləri gəlib dururdu nəzərlərinin önündə.Tez diksinib gözlərini açırdı.Ağlına bir fikir gəldi: Görəsən həmin yay “oçura”gedən kişilərin içində Elburus da var idi? Bəs haradan bilirdi bunu Kamilə belə xırdalıqlarına qədər? Gözü ilə görmüş kimi. Kim bilir bəlkə də görüb.Yoxsa hardandı bu qədər nifrət, kin,istehza, eyni zamanda qorxu atasına qarşı...
Ömründə belə qəribə ailə görməmişdi. Bir-birinə belə baxan, belə danışan, söz tullayan, adam yerinə qoymayan ,qarşılıqlı hörmətsizlik olan bir ailə. Sən neçə ailə görmüşdün ki indiyə kimi? Gördüyün əmingilin ailəsidir, hansı ki, içindən xəbərin yox idi. Bacının ailəsi - ailə demək olarsa, özünüz də ki...Amma hər halda, beləsinə birinci dəfədir rast gəlir. Böyrü üstündə çevrildi. Kamilənin sakit nəfəsi eşidilirdi. Öyrəşməmişdi kimləsə yanaşı uzanmağa... Otaqda başqasının hənirtisi eşidilsə, öldür, yata bilməz. Amma indi Kamilənin mışıltısı onu sakitləşdirirdi, sanki rahatlaşırdı hər dəfə onun nəfəsini eşidəndə.
Yatmamışdan əvvəl özü istəmişdi Kamiləylə bir otaqda qalmağı. Hərçənd ki, Elburus “Qonaq rahat olsun deyə onu başqa,tək adamlıq otaqda istirahətini təmin edək” kimi cümlələr işlətmişdi.
Bir gün deyildi bura gəlməyi, amma artıq itirmişdi başını.Bu yarıqaranlıq otaqda özünü bütün kainatda təkmiş kimi hiss edirdi. Danışmağa,ən azından SMS yazmağa kimsə olsaydı ürəyini boşaldar, bu qarmaqarşıq hisslərdən yaxasını qurtarardı. Kiminlə? Anası çoxdan yatıb. Həm nə başa düşəcək ki? Könül? O da yatıb yəqin ya - saatına baxdı: 00:21 göstərirdi - yatmaz, yox,seriala baxır indi. Amma ona da zəng vurmaq, SMS yazmaq cəsarət tələb edirdi.Gəl Hikmətə izahat ver, bacısının başı ağrıyar - “yenə nə sülənir,bacın?!” - deyə...
Doğurdan da, nə sülənirsən?!Yerində qurcalandı. Bircə yata bilsəm, səhər tez açılsın, tez evə qaçım. Kamilə qalar yəqin. Özü bilər, mən zorla da olsa gedəcəm. Ona görə də yatmaq lazımdır.Ya da yox, yatmayım, amma səhər açılsın. Yadına düşdü; uşaq olanda bir yerə gedəcəkləri vaxt anası belə deyərdi: ”Yat ki, səhər tez açılsın”... Nə işim var idi axı burada? Bu da sənin şəkillərin! Güya ki...
Crrrrr....
Bir anda bədənini soyuq tər basdı.Kimsə orta otağın qapısını açıb yan otağa keçmişdi. Oradan da giriş yalnız indi yatdıqları otağa idi... Sakit addım səsləri eşidilirdi,kimsə qapıya yaxınlaşırdı. ”İlahi!”- gözləri böyüdü.Tez Kamiləyə tərəf döndü:
-Kamilə! - deyə pıçıldadı.
Kamilə bu səsə bənd imiş kimi gözlərini geniş açıb sakitcə ona baxdı,heç nə soruşmayıb dik hərəkətlə qalxıb yerinin içində oturdu. Bir an ikisi də susub qulaq verdilər. Artıq ayaq səsləri qapının düz yanında eşidilirdi. Kimsə sanki bir an tərəddüd etdi ,ya da ətrafı dişnəyirdi. Sonra qapının cəftəsi ehtiyatla aşağı əyildi. Əlini uzadıb Kamilənin əlindən tutdu. Kamilə əlini çəkib barmağını dodağlarının üstünə qoydu:
-Sss...
Yerindən dəbərməyə tələsmirdi deyəsən. Sanki nəsə olacaqdı, o da həmin “nəsəni”gözləyirdi. O isə az qala hədəqəsindən çıxan gözlərini bərəldib gah Kamiləyə, gah da açılan qapıya baxırdı və Kamilənin niyə durub bir şey etməməsinə heyrətlənirdi. Artıq otağa nazik işıq zolağı düşürdü və bu işıq get-gedə böyüyürdü, enlənirdi.
Ürəyinin döyüntüsünü hiss edirdi...
Kamilə dəbərdi...
Elə bu an cəftədə olan iri, kobud əlin üstünə qətiyyətli bir əl endi.
Kamilə dayandı...
Ikinci əl yarı açılmış qapını sərt şəkildə çəkib bağladı.
Rahat nəfəs aldı. Amma Kamilə hələ də gözünü qapıdan ayırmırdı.Qapının o üzündə boğuşma düşdü.Kimsə səsini qaldırmadan hiddətlə nəsə pıçıldayırdı.Amma səsi qırıq-qırıq gəlirdi.Görünür, kimsə əli ilə danışanın ağzını qapamağa çalışırdı. Addımlar qapıdan uzaqlaşsa da səs kəsilmirdi. Boğuq səslər içərisində yalnız hiddətli qadın səsi ilə deyilən bu sözlər aydın eşidildi:
-Niyə həmişə eyni şeyi edirsən?! Qızından utan heç olmasa!
-Şişirtmə! Gəl!- Bu da günortakı saymazyana səs idi...
Çöl qapının örtülməsindən sonra sükut çökdü. Kamilə oturduğu yerdən dəbərməyib gözünü xalçaya dikmişdi. İkisinin də qulaqlarında eyni söz əks-səda verirdi: "Həmişə!"... Uzun müddət beləcə dayandılar.Sonra Kamilə sakit səslə:
-Yat,sabah tezdən yola çıxmalıyıq - deyib kirimişcə yerinə girdi, yorğanı başına çəkdi.Səsi gəlməsə də yatmadığı hiss olunurdu. O da bir az otaq yoldaşına baxıb yerinə girdi. Səhərəcən gözlərini qırpmadı heç biri...
Səhər süfrədə rastlaşdılar.Ondan olsaydı, heç süfrəyə də oturmazdı. Elə tezdən, heç kim ayağa qalxmadan dayanacağa gedərdilər. Amma Kamilə qoymadı. Yenə də sakit səslə ”Yemək yeyək, sonra”-dedi. O da etiraz etmədi. Süfrədə qadın geyinib aşağı düşmüş qonağa sualedici nəzərlərlə baxdı, sonra qızına dönüb başıyla “Nə?” - deyə soruşdu.
-Gedirik biz.- Anasının üzünə baxmadan dilləndi. - Yemək yeyib çıxaq.
-Hə? Hə... Lap yaxşı - qadın rahat nəfəs aldı sanki. Ona tərəf çevrilib:
-Gəl, qızım,gəl otur - dedi.
Heyrətlə qadına baxdı. Dünəndən bəri ilk dəfə idi ki, ev sahibəsi ona birbaşa müraciət edirdi, özü də belə mehriban... Qapı açıldı. Bulanıq gözləri görməmək üçün tez keçib Kamilənin yanında oturdu.
Kişi şən səslə:
-Ooo! Qonağımız nə erkən durub - deyə keçib onun qarşısında oturdu.- Necə yatdınız?
Bir anlıq sükut çökdü. Qadın çayniki götürüb otaqdan çıxdı, Kamilə özünü məşğul göstərib başını qaldırmadı, kişi isə gülümsəyən gözlərini ondan ayırmayıb cavab gözləyirdi. Dillənməkdən başqa əlacı qalmadı:
-Yaxşı - deyə udqundu.
-Həə - Elburus əlini-əlinə sürtdü - Əlbəttə, buraların havası adamı 6 aylıq uşaq kimi uyudur.
Kamilə sərt hərəkətlə əlindəki stəkanı nəlbəkiyə qoyub dik nəzərlərlə atasına baxdı:
-Yaxşı yatdıq, amma yaman çox milçək vardı, mane olurdu adama!
-Eləmi? - Süni heyrətlə qaşlarını dartdı. - Gör ha, bəs niyə çağırmadınız, dərman yandırardım.
-Gərək qalmadı! Elə mən durub yandıracaqdım ki - bir az susdu - anam həll etdi...
- Həə, anan yaxşıdı elə şeylərə...
-Öyrəncəlidir, yazıq qadın neyləsin...!
Kişi cavab verməyib əlindəki yekə tikəni ağzına qoydu, ona tərəf baxıb gülümsədi yenə:
-Bunun dadına baxın, şəhərdə olmaz belə şeylər...
“Nə həyasız kişidir!” - deyə ürəyindən keçirdi.
"Ququnun"hədiyyəsi" romanından...
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR