Onlar gecədən xeyli keçənədək söhbət etdilər. Min cür fikir yürütdülər. Gah qonşuda kirayə evdə yaşayan idmançı qızlardan şübhələndilər, gah da anlaşılmaz düşüncələr içində qaldılar.
Sabir duruxub soruşdu:
-Evə cavabsız zənglər gəlirmi?
Nərgiz bir anlıq fikrə getdi, bir az düşünüb yadına saldı:
-Hə, gəlir. Bəzən zəng gəlir, götürürəm, dəstəyi asırlar. Mən də belə düşünürəm ki, yəqin uşaqlara zəng vururlar, heç narahat olmuram.
-Yox, sən get bir nömrə yazan telefon al gətir evə. Bir də poçtaya get, gələn zənglərin yazılması üçün servis açdır.
- Yaxşı, günü sabah bu işlərlə məşgul olaram.
Nərgiz gözüyaşlı yatdığı gecələri Allaha çox yalvarmışdı. Hər namazını bitirdikdən sonra, gözyaşları içində aglayaraq, Rəbbindən kömək diləmişdi ki: ”Allahım, sənə məlum olan, bizə məlum olmayan sirri bizə də bildirÜ. Məni, övladlarımı bu zülümdən qurtar. Bizə rəhm elə, Allahım. Bu naməlumluqdan azad et bizi! Ey bu dünyanı yaradan, kimdir mənim evimi, yuvamı dağıtmaq istəyən, kimdir mənim övladlarıma bu zülmü edən, bizə də bildir, sənə hər şey ayandır, ey uca Tanrım, bizə də əyan elə! İnidirmi, cinnidirmi, Allahım, sən bizə kömək ol!”
İndi, qəlbinə bir ümid dolmuşdu, sanki bu neçə ayların zülmündən bir andaca yaxa qurtaracaqdı.
Qarışıq fikirlər beynindən çıxmır, bütün şübhələr Sevdanın üzərində dayanırdı. Çünki, o dəfə də Sevda gəlib gedəndən sonra, siyirtmə niyə yerinə düz oturmamışdı, ona axı heç kəs toxunmur bu evdə. Bəs onda, Sevda buna nə zaman imkan tapmışdı? Axı onlar bütün vaxtı bir yerdə idilər? ”Bəlkə?” dəhşətə gəlirdi, yəni bu düşüncələr onu sarsıdırdı. Belə olarsa, onda demək, Sevda öz yaramaz əməlinə kiçik az yaşlı qızını da cəlb eləmişdi.
Nərgiz Sabirin dediyi kimi, telefona nömrə yazan servis açdırmışdı. Artıq, şübhələri doğruya tərəf gedirdi. Zəng vurub susan Sevda idi, onun nömrəsi idi. Amma, bunu necə sübut edə bilərdi. Sevda min hiylə ilə bu işin altından çıxmağı bacarar, Nərgiz pis vəziyyətdə qalardı. Odur ki, Nərgiz, tədbirli olmağa qərar verdi. Lakin bu haqda, Sabirə də bir söz demədi.
Zənglər gəlməkdə davam edir, Nərgiz göz qoyurdu. Sevda heç nə olmamış kimi, gəlib, gedirdi. Lakin, Nərgiz onu bir an belə tək qoymurdu.
Bir gün Sevda zəng çaldı. Nərgiz cavab verdi. Bir xeyli söhbətləşdilər. Söhbət əsnasında Nərgiz Sevdaya bazara gedəcəyini dedi. Sagollaşıb dəstəyi asdı. Və hər şeyi bir an unutmuş kimi, işini görərək, bazara hazırlaşırdı. Nərgiz evdə tək idi və bunu Sevda anlamışdı, söhbətdən. Sevdaya dediyi vaxtdan bir az gecikirdi , bazara getmək üçün. Yeməyin bişməyini gözləyirdi. Namaz paltarını geyib, günorta namazına gedəcəkdi ki, telefon zəng çaldı. Telefona baxdı, nömrə Sevdanınkı idi. Cavab vermədi. Zəng uzun-uzadı çaldı. Sanki içindən bir qüvvə onu dəstəyi götürməyə qoymadı. Nərgizin ürəyi şiddətlə döyünürdü. Nə edəcəyini bilmirdi. Zəng kəsildi. Özünü ələ alıb, namazını qılmaq istədi, dəstəmazını aldı, cannamazını yerə sərdi. Bu zaman telefon yenə zəng çaldı və yenə bitmək bilmədi. Nərgiz namazını qıla bilmirdi, həm qorxu, həm əsəb, onu öldürürdü. Bütün bədəni əsirdi, sanki bu saat nə isə baş verəcəkdi. Zəng bir neçə dəfə təkrarlandı. Nərgiz Allaha yalvarırdı. Onu bu zülmdən qurtar deyirdi. Sanki Nərgizi gözəgörünməz bir qüvvə idarə edirdi. Elə bil ona dedilər ki, bax bir azdan qapının zəngi çalacaq və gələn Sevda olacaq. Öz məkrli niyyətini həyata keçirmək üçün gələcək.
Qapının zəngi çaldı. Gələn Sevda idi. Nərgiz səs salmadan dayanmışdı, gözləyirdi. Özü də bilmədən, elə bil, gözəgörünməz qüvvənin, dediklərinə əməl edirdi. Qapının zəngi də aramsız olaraq çalınır, bu neçə dəfə təkrarlandı. Yenidən, telefon səsləndi. İndi artıq Sevdanın mobilnisi yox, ev telefonu idi, zəng çalan. Nərgiz barmağını dişlədi, demək Sevda, kiçik qızını da bu işə cəlb edib. ”Aman, Allahım, Biz kiminlə bir həyatı paylaşırıq ”Dəhşətdən, ürəyi qulaqlarında vurudu sanki". Qulaqları ürəyinin guppultusuna dözə bilmirdi, sanki çəkic idi, döyəcləyirdi qulağını.
Zənglər bir an dayandı. Sakitlik çökdü. Nərgiz pəncərədən çölə baxdı. Sevda küçədə idi. Həyəcanlı, çevik hərəkətlərlə o yan-bu yana boylanırdı. Bir azdan, Nərgizin ehtimal etdiyi an gəlib çatdı. Qapıda açar səsi eşidildi. Çöldən qapını açırdılar. Bu Sevda idi. Demək, Nərgiz düz fikirləşmişdi. Nərgiz rayonda olanda, Sevda qardaşının yanında qalarkən, açarın bir üzünü çıxartdırmışdı. Bu ehtimalı Nərgiz Sabirə deməkdən çəkindirdiyi üçün ona deməmiş, hadisənin belə olacağını düşünməmişdir.
Qapı açıldı. Sevda içəri girdi. Cəld hərəkətlə Nərgizin soyunduğu xalata doğru qaçdı, dolabın açarını cibindən götürdü və dolaba doğru gəldi. Əlində telefonu tutaraq, danışırdı. Nərgiz əlində bir ağac parçası tutaraq, qapının arxasında gizlənmişdi. Bunu hər ehtimala görə götürmüşdü. Bu an hər şey ola bilərdi. Ürəyinin səsini elə düşünürdü ki, bəlkə də,Sevda da eşidir. Amma o, öz işində idi. Açarla siyirtməni açdı. Özünə tərəf çəkdi. Siyirtmə boş idi. Nərgiz Sabirin tapşırığı ilə pulun yerini dəyişmişdi. Siyirtməni boş görən Sevda dəstəyə dedi:
-Siyirmə, boşdur. Onlar pulun yerini dəyişiblər.
Bu səsi eşidən Nərgiz qorxudan əsirdi. Demək Sevda kiminləsə əlbir idi. Nərgiz daha heç nə eşitmirdi, nə etməli olduğunu da bilmirdi. Bura qədər düşünə bilmişdi, amma indi necə etməli olduğunu anlaya bilmirdi. Sevda geri çevriləndə Nərgiz gizləndiyi yerdən çıxdı. Sevda onu görüb çaşdı. Bir an dünya gözündə qaraldı. Nə edəcəyini, nə deyəcəyini düşündü, çünki, o belə gözləmirdi. Günlərlə Nərgizin sanki, gözünü bağlayaraq, gəlib, Nərgizin bişirdiklərindən yeyib, içib başına da belə bir iş gətirmişdi. Nərgiz bilməmişdi. Budur artıq, Nərgiz qabağındadır:
-Sənə nə pisliyim keçib Sevda? Adam çörək verəninə beləmi edər? Adam sığındığı ağacı belə yaralayıb, belə doğrayarmı? Demək neçə vaxtdır mənim balalarıma sitəm edən sənsən? Demək o dəfə mən Arzugilə gedəndən sonra, sən gəlib pul aparıbsan hə? Cavab ver mənə! Cavab ver? Niyə? Niyə?
-Yox, birinci dəfədir ,bilirsən, vallah, götürdüyüm elə o olub.-Əlindəki telefonu görən Nərgiz ona tərəf yeridi:
- Bura ver, telefonu! Kiminlə danışırsan? Kiminlə əlbirsən? De! De görüm kimdir bu?
Sevda telefon olan əlini çantasından çıxarmır, Nərgizə müqavimət göstərərək, telefonu gizlədirdi. Bir an Nərgizin ürəyinə dəhşətli qorxu gəldi. Düşündü ki, Sevda danışdığı adam, birdən gələrsə, onda nə edər? Gələr, onu öldürər və heç kəs də bunu bilməz. Buna görə də, onu təcili olaraq evdən çıxarmaq istədi.
-Çıx get, qardaşına özün cavab verərsən.
-Yox, qurban olum, ay Nərgiz. Demə, heç kəsə demə. Uşaqlarımın xətrinə demə, sənə qul olaram, ömür boyu. Demə, nə olar.-deyərək çaşqın halda danışırdı.
-Necə deməyim, bəs bunu kimin ayağına yazaq? Nə deyək? Kim aparırdı bu pulları deyək. Çıx, çıx get. Sən övladlarına hörmət qoysan belə hərəkət etməzdin. Kim idi danışdığın,kim?
-Qoy danışım, amma sən heç kəsə demə. Bax, mən bir adamla görüşmüşəm. Onu da görən olub. İndi həmin adam mənə deyr ki, sən mənə pul verməsən qardaşına deyəcəm. Mən də məcbur olmuşam.
Eşitdiyi söz onu daha da dəhşətə gətirdi. Sevda gözündə tamam başqa cür göründü.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qızıl 3 dollardan çox bahalaşıb
Gənc atalara şad xəbər
Ermənistan ordusunda qiyam baş verib
Prezident İlham Əliyev və xanımı "AITF-2017" XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olublar
Qızıl, gümüş və bürünc seks
Şvartsenegger uzunqulaqla şahmat oynadı – FOTO
Heyvanlarda Down Sindromu olurmu?
İran həcc təşkilatının rəhbəri Səudiyyə Ərəbistanını əxlaqsızlıqda ittiham edib
Şəkidə "Türk dünyasının mədəniyyət paytaxtı- Şəki 2016"
Baş Prokurorluqdan Qarabağa gələn xarici ölkə vətəndaşlarına MÜRACİƏT - VİDEO
Ömrü uzatmağın ən pozitiv yolu: sevin
Alimlər koronavirusdan ölüm ehtimalını azaldan amili açıqladı
Prezident ailəsində xoş gün-36 il birlikdə!
Motivasiya edən 19 cümlə
Müğənni Kris Kelmi vəfat edib
Geyimlərdə qırmızıyla qaranın vəhdəti
Təzyiq salan dərmanların qorxulu sirri açıldı
“Mucize”nin aktrisasının toyu olacaq-FOTO
Evdə yaradıcı iş otaqları
Rubl yenidən dəyərini itirdi
Sabahın HAVASI
Kürəkdəki ləkələri necə aradan qaldırmalı?
Məşhur aktrisa ana olduğunu hər kəsdən gizlətdi
Təqaüdçülərə ŞAD XƏBƏR
Musiqi işçilərin məhsuldarlığını artırırmı?
Qan donduran xəbər - 1700 cəsəd...
Autizmli tarixi şəxsiyyətlər
"Forsaj"ın ulduzu ilə vidalaşma: minlərlə insan onu andı
Həyat dediyim…
Qabartma tozunun ev şəraitində hazırlanması
Avroparlamentdən Dağlıq Qarabağ AÇIQLAMASI: "Brüssel narahatdır"
Cənubi Koreyada zəifləmiş koronavirusun bazasında yeni peyvənd hazırlanıb
"WhatsApp" istifadəçilərinə BƏD XƏBƏR
Təhsil nazirindən şagirdlərə qadağa
Şampunlarınıza şəkər əlavə edin
Mədəmizin dişləri yoxdur!
Rəngarəng aksessuarlar
Hindistanda körpəni itlə evləndirdilər – VİDEO
Anar "Bəxt üzüyü"nün Sarasını dəyişdi - VİDEO
"Real"ın baş məşqçisi görün kim olacaq...
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
iPhone 8 haqqında məlumatlar sızdırılıb
Putin: “Azərbaycan tərəfi Qarabağdakı abidə və ziyarətgahlara sərbəst girişi təmin edəcək”
İvana Sert
Bakıda çoxlu avtomobil dayanacaqları tikiləcək
Bayhan fərqli imiclə səhnəyə qayıdır - FOTO
Daha bir erməni işğalçı təslim oldu
Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA
Nadir tapılan qara kərgədan doğulub-FOTO
Hamamında gizli kamera tapdı və...















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]