Onlar qapıda ayrıldılar. Nərgiz Rəfiqə ilə sözləşdiyi yerə tərəf getdi. Sevda isə uşaqları götürüb qonşuluqda yaşayan bacısıgilə getdi. Nərgizin yoldaşı işdə, uşaqları isə dərsdə idilər.
Rəfiqə artıq yolda Nərgizi gözləyirdi. Nərgiz ona çatdı və salamlaşıb görüşdülər. Söhbətləşərək yollarına davam etdilər.
Arzugilə çatdılar. Arzu onları qarşılaya bilmədi. Oğlu qapını açdı. Arzu yataqda idi. Onlar görüşdülər. Oturub hal-əhval tutmağa başladılar.
Rəfiqə ilə Nərgiz Arzugildə çox oturmadılar. Bir saatdan sonra üzürxahlıq edib, rəfiqələrinə şəfa diləyib getdilər. Yolboyu söhbət etdilər, uşaqlardan, problemlərdən danışdılar. Nərgiz evə çatmağa tələsirdi, ürəyi narahat idi. Sağollaşıb Rəfiqədən ayrılıb evə gəldi. Yuxarı çıxıb qapını açdı. Bir anlıq duruxdu. İkinci qapı örtülü idi. Axı necə ola bilər, onlar evdən çıxanda Nərgiz içəri qapını açıq qoymuşdu. İndi isə qapı örtülü idi. Bir an özünü itirdi. Bu gün ondan başqa heç kim evə gəlməməli idi. Sarsıldı. Son zamanlar heç nə onun qoyduğu kimi olmurdu, ya onamı elə gəlirdi. Bir an çıxanda nə etdiklərini bir də yada saldı. ”Allah, sənə qurban olum, ağlımı itirirəmmi mən, axı deyəsən bu qapını açıq qoymuşdum, ya örtmüşdüm? Hələ düşündüm ki, kilidi sınmış qapı açıq olsa nə fərqi, örtülü olsa nə fərqi. Yox, yəqin örtmüşəm ”bir an ürəyi sıxıldı". Sanki onu silkələdilər. Bu qapının açarı bəlkə kimdəsə var, deyə düşündü. Bəlkə elə evdə olan hadisələr də bundan yana baş verir? Bu kim olar? Ürəyi sıxıldı. Ağlını itirirdi sanki. Bir anlıq baldızı Sevda gözünün önünə gəldi. Baldızının yoldaşı vəfat edəndən sonra, Nərgiz rayona gedəndə evin açarını ona vermişdi ki, hərdən gəlib qardaşına yemək bişirsin, qardaşının yanında qalsın, başı qarışsın. Düşüncəsi özünü qorxutdu. Özünə nifrət elədi: ”Lənət şeytana, insanlığımı itirəcəyəm deyəsən”-deyərək özünü qınadı. Əl ayağı buz kəsmişdi sanki, durub bir iş görməyə belə halı yox idi. Sanki gözəgörünməz bir qüvvə onların evini idarə edir, həyatlarını altını üstünə çevirmək istəyirdi.
Həftəsonu gəldi və yenə həminki vəziyyət baş verdi. Yoldaşı Sabir haqq-hesab işini bitirib, yenə siqaretini yandırdı. Yazıq-yazıq baxan Nərgizə, nəfəslərini içinə çəkmiş balalarına baxdı. Bir anlıq ürəyi ağrıdı. Hamısı mələk kimi saf görünürdülər. Bəs onda bu nə deməkdir?Nərgiz qorxa-qorxa soruşdu:
-Nə oldu? Necə çıxdı haqq-hesabının nəticəsi?
-Zəhrimar oldu !Sən arvad deyilsən, sən ev dağıdansan. Sənə rast gəldiyim günə nə deyim mən, hardan çıxdın sən mənim qabağıma?-deyərək bağırdı Sabir.
Nərgizin qorxu və sarsıntı içində öləcəkdi sanki. Göz yaşları sözünə baxmırdı.
-Axı mən neyləyim, mən sən verdiyin puldan başqa, əlimə bir manat pul almıram. Alıramsa bəs niyə heç nə almıram özümə, hə?Götürüb nəyə xərcləyə bilərəm ki, o boyda pulu? - deyərək hönkürürdü Nərgiz.
Lakin baş verənlər Sabiri o qədər şoka salmışdı ki, yoldaşının ah-fəğanı ona aldadıcı gəlirdi. Axı necə ola bilər, bütün həftə işin yaxşı getməsinə baxmayaraq, nəticə yenə həminki kimi əksik çıxır. Dəli olmaq dərəcəsində idi sanki. Uşaqlarına baxdı, sanki içindən kimsə onu qızışdırır, bu sakit baxan uşaqların içində bir şeytan, bir canavar olduğunu deyirdi ona.
Böyük oğluna sarı getdi:
-Pulu sənmi aparırsan, bala? Düzünü de, bəlkə səni kimsə öyrədir çöldə? Bəlkə kimsə səni məcbur edir, qorxma, de, de görüm nədir başıma gələn? De, mən sənə heç nə etməyəcəyəm, de, mən bilim!
Vüsal qorxmuş, böyümüş gözlərilə atasına baxırdı, yavaş-yavaş ona tərəf gələn atasını görüb ürəyi sinəsindən çıxacaqmış kimi, döyünürdü:
-Yox, ata, yox, vallah mən götürməmişəm, Allah haqqı, mənim xəbərim yoxdu, ata!
Nərgiz dəli olcaqdı sanki, balasının keçirdiyi qorxunu, həyəcanı görüb Sabiri öldürmək istədi, lakun o belə şeyi bacarardımı, nə isə etmək lazım idi, Sabiri dayandırmaq lazım idi. Ona elə gəldi ki, bu dəqiqə balasına nə isə olacaq. Kiçik oğlu gözyaşları axıdaraq için-için ağlayırdı. Onun 12 yaşı var idi. Elə birdən atası ona tərəf döndü:
-Bəlkə sən aparırsan pulları?
Yaxşı ki, Nərminə heç nə demirdi, o da qorxudan sapsarı saralaraq ağlayırdı. Bu vəziyyət artıq aylar idi ki, davam edirdi. Nərgiz balalarını dəliyə dönmüş həyat yoldaşının əlindən ala bilmir, gücsüzlüyündən, çıxış yolu tapa bilməməsindən ürəyi partlayırdı. Birdən gözü stolun üstündəki fincana sataşdı, onu götürüb yerə çırpdı, qırığını əlinə götürüb, biləyinin damarını kəsmək istədi. Hadisəni görən Vüsal atasının qabağından qaçaraq anasının əlini tutdu, dartıb əlindən şüşə qırığını aldı. Nərgiz nə qədər buraxmaq istəməsə də, birtəhər şüşəni anasının əlindən aldı. İkisinin də əli kəsilmişdi. Qanı görən Sabir sanki birdən özünə gəldi. Yoldaşının biləyindən və əlindən axan, oğlunun da barmaqlarından axan qanı görüb, bu dəfə başqa bir tonda bağırdı:
-Dəli olmusan? Nə etmək istəyirsən?
-Sən dəli olmusan. Get pulunu başqa yerdə axtar, biz oğru deyilik-deyə, ağlayaraq cavab verdi.
- Axı nə istəyirsən mənim balalarımdan, gör onlar oğruya oxşayırmı? Sənin qazandığın pul bizə acıdan başqa heç nə gətirmədi!
Nərmin anasını qucaqlayıb ağlayırdı. Anası qızına sığınmışdı.
Birdən qapı əhvalatı Nərgizin yadına düşdü. Əhvalatı olduğu kimi yoldaşına danışdı. Sabir həyəcanlandı, peşiman oldu və sanki üstündən bir dağ götürüldü. "Deyəsən kələfin ucu açılmaq istəyir" deyə düşündü.
(Ardı var)
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Xoşbəxt formada necə arıqlamalı?
Bakıya duman gələcək
Məşhur ulduz Şvarseneqqerin qızı ilə EVLƏNİR
Əli Həsənov səhhətindən danışdı
Aleyna Tilki reklam qiymətini qaldırdı
42 milyona heykəl qəbristanlığı aldı-FOTO
Övlad sahibi olmaq istəyən qadınlar hansı ərzaqlara üstünlük verməlidir?
Günün qoroskopu: qətiyyətli və inadkar olsanız...
Azərbaycanda koronavirusa yoluxanların ən çox olduğu bölgə açıqlandı - RƏSMİ
Megan Marklın 5 illik arzusu üzə çıxdı-FOTO
Azərbaycanın ümid yeri
Ufoloqlar Antarktikada UFO aşkar etdilər-FOTO
İncə dodaqları necə dolğun göstərmək olar?
Gürcüstan pulları dəyişir
Bir gecəyə yolu oğurladılar
Məşhurlar yürüşə çıxdılar: "Baş verənlərlə barışa bilmərik" - FOTO
Politoloq: "Ermənistandakı Rusiya hərbi bazasının Dağlıq Qarabağda müharibəyə qoşulması bu müharibənin uzunmüddətli olmasına gətirib çıxaracaq"
Lukaşenkonun rəqibi ölkəni tərk etdi
"O" və "Ö" hərfləri ilə başlayan adların mənası
Prezident İlham Əliyev DSX-ni mükafatlandırdı
Bəs, Beren Saat hanı?
Tavada ciyər
Sinoptiklərdən bayramla bağlı əhaliyə bəd xəbər
Məşhur prodüser Noel Fişer həbs olunub
Ev üsulu ananaslı dondurma (foto resept)
Dior Payız-Qış 2020 kolleksiyası Paris moda həftəsində
Asteroidə o qızın adını verdilər
İgid qazimiz keçdiyi döyüş yolundan danışdı - VİDEO
İrem Derici kirayə ev axtarır-FOTO
Honda CR-V 2016 sınanır
Rihanna artıq çəkiləri ilə diqqət çəkir-FOTO
Sergey Lavrov: “Ermənistan hakimiyyəti əhaliyə izah etməyə borclu idi ki...”
17 yaşlı sənətkar
Demet Özdemir ev təmizliyindən danışdı
UNİCEF: Azərbaycanda uşaq ölümü 50 faiz azalıb
Dəmiryolu vağzalının yanındakı meydan və yol bağlanır
Üz dərinizi məhv edən təhlükəli düşmənlər
Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO
İnsanları il ərzində ən az işləyən ölkələr - SİYAHI
Yeni il ilə əlaqədar silah satışı çoxalıb
Bakı metrosunda görünməmiş hadisə
Körpələrin saçını necə qurutmalı?
Gülşenden estetik əməliyyat AÇIQLAMASI
Ərdoğan: "Türkiyənin yeni müxalifətə ehtiyacı var"
“Stress çarxı”ndan sonra daha bir aksessuar satış rekordları qırdı - FOTOLAR
Yaponiyada qorxunc robot-canavar yaradıldı
Okeanı çəllək içində üzüb keçdi_FOTO
Partiya sədrləri açılış mərasiminə heyran qalıblar
"WhatsApp"-ın təhlükəli nöqtəsi aşkarlanıb
Millət vəkilləri avtoxuliqanlara qarşı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]