AMİP sədri Yusif Bağırzadə açılış mərasiminin möhtəşəm keçdiyini, mərasimdən heç vaxt unutmayacaq təəssüratla ayrıldığını bildirdi: "Kifayət qədər peşəkar təşkilatçılıq özünü göstərdi. Açılış mərasimində bütün kompozisiyalar, musiqi və digər detallar Azərbaycanın milli koloritini, tarixini, musiqisini, ədəbiyyatını özündə əks etdirdi. Azərbaycanın dünyada təbliğində, şübhəsiz ki, bu mərasimin xüsusi rolu oldu. İştirak edən xarici qonaqlar heyrətlərini gizlədə bilmirdilər". ADP sədri Sərdar Cəlaloğlu dedi ki, açılış mərasimi dünyada səviyyəsinə görə rekord sayılacaq qədər yüksək səviyyədə idi: "Dünyanın bundan sonra hansısa başqa bir ölkəsinin belə bir möhtəşəmliyi təkrarlaya biləcəyinə inanmıram. Avropa Oyunlarının açılış mərasimi səviyyəsinə görə dünya səviyyəsində keçirilən beynəlxalq olimpiya yarışlarının açılış mərasimini belə kölgədə qoydu. Bu səviyyədə açılış mərasimi qitə oyunlarından qat-qat artıq miqyasda idman tədbirlərinin açılış mərasiminə bənzədi. Məncə, bundan sonra heç bir beynəlxalq idman yarışlarının açılış mərasimi birinci Avropa Oyunlarının açılış mərasimini kölgədə qoya bilməyəcək. Azərbaycan faktiki olaraq dünyaya bir möhtəşəm nümunə təqdim etdi. Biz bundan əvvəl çox beynəlxalq idman yarışlarının açılışına baxmışıq. Hamısında əsasən idmanla bağlı şoular göstərilib. Birinci Avropa Oyunlarının açılış mərasimində isə Azərbaycanın tarixi, mədəniyyəti, mifologiyası, ədəbiyyatının təqdimatı həyata keçirildi. Çox möhtəşəm idi. Mən açılış mərasiminin təsiri altında iki saatdan artıq müddətdə bütün dünyanı unutdum, sehrli bir aləmə düşmüş kimi təəssüratlar yaşadım. Bütün kompozisiyalar Azərbaycan ruhunun nə qədər yüksək olduğunu yüksək səviyyədə nümayiş etdirdi".Azadlıq Partiyasının sədri Əhməd Oruc mərasimin yüksək səviyyədə keçirildiyini bildirdi: "Milli mədəniyyətin təqdimatı əsas leytmotiv idi. Müasir və milli bir kompozisiya təqdim olundu. Bu oyunlarda ən çoxsaylı komandalarla iştirak edən Almaniya, Fransa kimi ölkələrin liderlərinin siyasi məqsədlərlə açılışa qatılmaması və açılış günündə bu dövlətlərin nəzarətində olan bir sıra institutların qəbul etdiyi sənədlər Qərbin bu oyunlardan Azərbaycana təzyiq vasitəsi kimi istifadəsini bir daha göstərdi. Bu ölkələrə müstəqil olaraq böyük idman tədbirlərinə ev sahibliyi edən Azərbaycan deyil, onların qapazaltısı olan Azərbaycan gərəkdir. Bu liderlər 24 apreldə olmayan soyqırıma görə İrəvanda idilər, amma indi real sülh simvoluna, idman oyunlarına görə Bakıya gəlmədilər. İdmançılarımıza uğurlar arzulayıram. Ölkəmizdə ilk dəfədir ki, bu cür milli məsələdə sivil dövlətlərdə olduğu kimi iqtidar və müxalifət partiyaları bir yerdə olub, milli məsələdə birlik və bərabərlik mesajı verdi".Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirdi ki, Avropa Oyunlarının açılış mərasimi gözlədiyindən də yüksək səviyyədə baş tutdu: "Düzünü desəm, bu qədərini gözləmirdim. İlk növbədə açılış mərasimi müasirliyi, səhnə tərtibatının peşəkarlığı ilə fərqləndi. Digər tərəfdən açılış mərasiminin ideoloji seçimi çox düzgün idi. Milli arnamentlər, boyakarlıqdan əxz olunmuş hissə, musiqimiz, ifa tərzi, böyük Nizaminin əsərlərinin miniatürlərinin, Qobustan qayalarının nümayiş etdirilməsi Azərbaycanın milli cəhətləri olaraq dünyaya təbliği idi. Musiqilərdə bizim bəstəkarlardan istifadə olunması, "Sarı gəlin" mahnısının ifa olunması, Alim Qasımovun muğam, Qarabağ şikəstəsinin elementlərini ifa etməsi çox gözəl idi. Alovun məhz paraolimpiyaçı İlham Zəkiyev tərəfindən gətirilməsi və onun məhz Qarabağ döyüşündə zədə alması bir daha göstərdi ki, bu mərasimin seçiminə qərar vermiş insanların Qarabağ probleminə münasibəti necədir. Çox gözəl açılış nümayiş etdirildi. Bu, Azərbaycanın dünyaya yüksək səviyyədə təqdimat mərasimi idi. İnanmıram ki, bundan sonra hansısa bir ölkə belə bir nümunə ortaya qoya bilsin. Mən Oyunların təşkilində zəhməti olan hər kəsə dərin təşəkkürümü bildirirəm".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ali məktəblərin statuslarının müəyyənləşdirilməsi zamanı tələbə qəbulu göstəriciləri də nəzərə alınacaq
Keyt Apton ana olacaq
Ronaldinyo ev dustaqlığından azad edildi
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Ramazan ayının başlama vaxtı açıqlandı
Kitabımız farsları heyran qoyacaq
Yeni metro stansiyaları nə vaxt istifadəyə veriləcək?
Qurbanlıq heyvanların kəsilməsinə nəzarət ediləcək
Bir yerdə idman edək-5
Bakı bulvarı qış "don"unu geyinir
Qaradağlı faciəsi - 17.02.1992
Balqabaq şorbası (foto resept)
Modern lampalar
Məşhurlar hansı türk seriallarına baxırlar?
"Sen anlat Karadeniz" onları məhkəməyə verir
Qadın.Net-lilərin ilk məktəb həyəcanı (2-ci hissə)
HAVA necə olacaq?- 15 MART
Saxta və orijinal ətirləri necə fərqləndirməli?
Şamaxıda 5 metr hündürlüyündə vulkan püskürdü
Fahriye qarnını gizlətdi-FOTO
Balaca şahzadələr üçün qözəl donlar
Facebook-da növbəti yenilik
Reyhanlı ayran (foto-resept)
Madonna ona ərə gedir-FOTO
Kökəlməyin yolları
İvana Sərtin son FOTOsu səs-küy yaratdı
Quru əncir mürəbbəsi (foto-resept)
Yaşlandıqca cavanlaşan qadın-FOTO
Turşu suyunun faydaları
"Avtoşluq": harınlıq, yoxsa əyləncə?
Gökçe Bahadır makiyajsız halı ilə diqqət çəkib-FOTO
Hindusların Divalisi başlandı
Burak Özçivit bu dəfə Buxarestə gedir
Bədən formanıza görə hansı cins şalvarı geyinməlisiniz?
Günün ulduz falı
Məşhurların makiyajsız şəkilləri
Cey Lo və sevgilisi alış-verişdə - FOTO
Quru saçları nəmləndirən maska
Qarabağda müharibə yaxınlaşır?
Yeni il dekorasiyası üçün məsləhətlər
Dənizdə, çayda və ya hovuzda necə qüsl almaq olar?
Okean mənzərəli tortlar
Dəniz, yoxsa hovuz?
Ata və ana namizədlərinə məsləhət (1)
Tanınmış azərbaycanlı tarixçi vəfat edib
Çoxarvadlılıq azərbaycanlılara ziddirsə, donuz əti və spirtli içki nədir?..
Rövnəq Abdullayev şəhidlərimizin ailələrinə mənzil bağışladı
Buz kəsən şaxtada "yaşıl" mübarizə
Heyva cemi (foto-resept)
Binanıza istilik gəlmirsə, narahat olmayın: "Sabah axşama kimi..."















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]