Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov islam dinində 4 arvadlılıq məsələsi ilə bağlı fikirlər səsləndirib.
"Etiraf edək ki, islamda 4 qadınla ailə qurmağa icazə verilir. Ancaq bu, ərəb mədəniyyətinə xasdır. Azərbaycan mədəniyyətində bu qəbul olunmur. İslam isə bu mədəniyyətlərin heç birini inkar etmir".
Dini Komitənin sədr müavinin bu fikirlərində təzad hiss olunur.
O zaman belə çıxır ki, donuz ətinin yeyilməsi, spirtli işçki içilməsi də mədəniyyətlərarası məsələdir. Yəni Ərəbistanda bunlar qəbul edilmirsə, Azərbaycanda qəbul edilə bilər?
Əslində komitə sədri nəyi demək istəyib?
Milli.Az xəbər verir ki, "Məşədi Dadaş" məscidinin axundu, ilahiyyatçı hacı Şahin Həsənli modern.az-a açıqlamasında deyib ki, dini komitənin sədr müavininin fikirləri əslində məntiqlidir.
"O baxımdan ki, dinimizin qaydaları universaldır. Məsələn, 4 qadınla evlənmək məsələsi dinimizin təşviq etdiyi məsələlərdən deyil. Sadəcə, icazə verdiyi mövzulardandır. Belə məsələlərdə xalqların mədəniyyəti nəzərə alına bilər. İnsanlar məcbur deyillər ki, bir neçə insanla ailə həyatı qursunlar. Ona görə də bu, dinin vacib hökmü deyil. Bəzi xalqlarda çoxarvadlılıq normal qəbul olunursa, bəziləri qəbul etmir. Bir daha deyirəm ki, dinimiz bunu mütləq təşviq etmir. Bəzi məsələlər var ki, din ona icazə verir. İcazə verməsi o anlama gəlməməlidir ki, insanları bu sahəyə istiqamətləndirməyə hesablanıb. Sadəcə, cəmiyyətdə müxtəlif düşüncəli insanlar və mədəniyyətlər var. Din də bunları nəzərə alır".
Hacı Şahin Həsənlinin sözlərinə görə, biri üçün məqbul olan, digəri üçün məqbul olmaya bilər.
"Ona görə də dinin icazə verdiyi məsələ hamıya tətbiq edilmir. Məsələn, namaz qılmaq, oruc tutmaq vacib buyrulursa, bütün xalqlara vacibdir. O baxımdan ki, burada vacib hökmü var. Yalan danışmaq, içki içmək, donuz əti yemək və sairə kimi günahlar var ki, hamı bunlardan çəkinməlidir. Eyni zamanda, bir sıra məsələlər var ki, nə vacibdir, nə də haram. Ona görə də dinimiz onlara icazə verir. Hökmən deyil ki, hamı bunu etməlidir".
Milli.Az
XƏBƏR LENTİ
Nanotexnologiya və mikrodünyalardakı yaradılış-2
Bədən tipinizə görə çantanızı seçin!
Azərbaycana 40 sm qar yağdı, əlaqəni kəsdi
Soyuqdan qoruyan trend
Sosial şəbəkələrin insanda hansı xəstəlik yaratmasından xəbəriniz var?
Ətəkli kostyumlar (1)
Şokolad souslu rulet (foto-resept)
Britaniyalı məşhur müğənni vəfat edib - VİDEO
Torpaq fırıldaqçılarından ehtiyatlı olun
Merlin Monronun avtomobili satışa çıxarıldı-FOTO
Xına gecəsi üçün açıq saç modelləri
Gürcüstan höküməti söz verdi
Ermənistan tərəfi dövlət sərhədində mövqelərimizi atəşə tutur - RƏSMİ
Ərəblər İŞİD-ə qarşı ittifaq yaratdılar
"Kobra" Pərviz "Survivor"da övladları üçün ağladı-VİDEO
3 boksçumuz finalda!
Serdar Ortaçdan qəribə açıqlama
PKK Qarabağa 400 terrorçu göndərdi
Çempionlar Liqasının finalı Bakıda olacaq
Kudryaj tortu(foto-resept)
İngilis dili-Bb (1)
Günün qoroskopu: Səhhətinizə nəzarət edin!
2017 Dəb Mükafatları: Qırmızı xalça
Bu planşetdə 3D kamera olacaq
Evdə pendir hazırlayaq (foto-resept)
İsti su içməyin 5 faydası
Demet etiraf etdi: “Okan üçün darıxıram”
Məhsəti Gəncəviyə həsr olunmuş sənədli-bədii filmin təqdimatı olacaq
Hamiləlikdə dəridə yaranan çatlardan necə xilas olmaq olar?
Aktrisa geyiminə görə həbs oluna bilər-FOTO
BAKI 2015: Bu komandamız ən güclü oldu
Permdə doğulan Ömər Xəyyam
2014-cü il üçün hazırlanan salatlar (1) (foto resept)
HAVA necə olacaq?-28 FEVRAL
Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu
Sarkisyandan təslim mesajı
Düşüncənin riyazi dili - Həqiqət
Daha iki filmdə "Agent-007"ni canlandıracaq
İtaliyaya səyahət (I hissə)
ABŞ səfirinin iqamətgahında iftar mərasimi təşkil edilib
Həftədə neçə saat idman etmək olar?
Bəziləri niyə qripə tutulmur?
Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi artıb
Közlənmiş qarğıdalı və makaron (foto resept)
Nənə öz nəvəsini dünyaya gətirdi
Özünüzü pis hiss etdiyinizdə edə biləcəyiniz faydalı 15 şey
İlin ən bahalı "İnstagram" blogeri kimdir?
Azərbaycanda hərbi xidmətdən tərxis başladı - RƏSMİ
Əldə hazırlanan turşulara etibar etmək olarmı?
Yerə nəhəng asteroid yaxınlaşır














