Həkim də keçiləri otarır
Həkimdən ayrılanda Heidi ondan söz aldı ki, sabah onunla birlikdə dağa keçiləri otarmağa gedəcək. O, həkimə Piter haqqında o qədər danışmışdı ki, həkim özü də onunla tanış olmaq istəyirdi.
Səhər tezdən həkim qəlyanaltı etməyə gəlmişdi. Hava bir az sərin idi. Ancaq hiss olunurdu ki, getdikcə isinəcək.
Piterin fitinin səsini eşidəndə Heidi sevinclə qışqırdı:
- Baxın, həkim, demişdim axı fit çala-çala gələcək.
- Hə, eşidirəm, qızım.
- Bax, indi babam tövlənin qapısın açacaq və keçilər də o saat Piterin yanına qaçacaqlar.
Heidinin dediyi kimi baba qapını açar-açmaz keçilər Piterin yanına qaçdılar.
- Hə, həkim, indi növbə bizdədi, durun gedək. Amma Piter bizim də onun yanına getməyimiz üçün fit çalmaz, hə? Ayıbdır axı.
- Ay səni çoxbilmiş qız, gəl gedək.
Beləcə, onların üçü də dağa çıxmağa başladılar. Həkim ətrafa heyranlıqla baxıb dedi:
- Həqiqətən də, buralar çox gözəldir. İnsan burada istənilən dərdini unuda bilər.
- Burada heç bir pislik, qəm, kədər yoxdur, həkim. Bu dediklərini yalnız sizin o Frankfurtda ola bilər.
Həkim mənalı-mənalı güldü. Sonra isə Piterə fikir verməyə başladı. Piter həkimə heç fikir vermirdi. Deyəsən, bir dərdi var idi. Heididən soruşdu:
- Yaxşı, bəs oradan kədərlə bura gələn necə olacaq?
- Onda, onun kədəri yox olub gedəcək.
- Bəs getməsə, necə?
Heidi həkimin niyə belə israr etdiyini başa düşməyərək susdu. Nə deyəcəyini bilmədi. Sonra isə dedi:
- Əgər həmin adamın dərdi burda da getməsə, onda səbr edib gözləməlidir.
Həkim Heidinin bu cavabı qarşısında bir şey deyə bilmədi.
Həkim bir həftə Alp dağlarında qaldı. O, gecələri Dörfli kəndindəki mehmanxanada, gündüzlər isə ya Heidigildə, ya da dağda olurdu. Bir həftədən sonra isə o Frankfurta qayıtdı. Əslində o məcbur olduğu üçün geri dönürdü. Buralar onun çox xoşuna gəlmişdi və geri qayıtmaq istəmirdi. Heidi Klara üçün hədiyyələr qoymuş və onlara çoxlu salam və öpüş göndərmişdi.
Qış gəldi
Bu qış baba illər öncə tərk etdiyi Dörflidəki evinə qayıtdı. O, bunu Heidi üçün etmişdi. Çünki Heidinin məktəbə getməsi üçün tək çıxış yolu bu idi. Piter isə tez-tez dərs buraxırdı. Bunun iki səbəbi var idi. Birincisi bu idi ki, o, heç vaxt oxumağı sevməyib, ikincisi isə onun tipi belə idi. Mütləq qanunlara zidd gedirdi və bəzən də qarın üzündən gedə bilmirdi.
Bir gün səhər duranda gördü ki, yollar buz bağlayıb. O, buna çox sevindi, çünki üstü-başı batmadan dərsə gedə biləcəkdi və beləcə də Heidini görəcəkdi. Xizəyə minən kimi sürüşməyə başladı. Kəndə çatanda xizəyi dayandıra bilmədi və ya dayandırmadı. Hər nəysə. Dörfli kəndini keçib, ikinci kəndin sonunacan getdi və nəhayət xizək durdu. Sonra da xizəyin ipindən tutub Dörfliyə qədər sürütləyərək piyada gəldi. Bu da onun bir saatını apardı. Yəni, o yenə də dərsə girə bilmədi. Piter Heidigilə çatanda içəri keçdi və dedi:
- Heidi, sənə şad xəbərim var. Dağda qarlar donub. Bundan belə asanlıqla dağa çıxa bilərsən və nənəni də görməyə gələrsən. O, səni görəndə çox sevinəcək.
Heidi bunu eşidən kimi hazırlaşmağa başladı. Baba Piterə dedi:
- Bu gün dərsə getməmişdin.
- Hə, xizəyi kənddə saxlaya bilmədim, taa aşağıdakı kəndə qədər getdi. Ona görə də dərsə gecikdim.
- Sən çox yaxşı xizəkçisən. Onu saxlaya bilmədiyinə inanmağım gəlmir.
- Əmin olun ki, düz deyirəm.
- Yox, oğlum! Sən yenə də dərsə getməmisən və bunu bilə-bilə etmisən.
Piter susdu və başını aşağı saldı.
- Əgər bir də dərsdən qalsan, əmin ol ki, səni döyəcəyəm və ən əsası da odur ki, səni bir də Heidiylə oynamağa, hətta görüşməyə belə qoymayacağam! Dərsdən qaçan biri onu da dərsdən qaçmağa alışdırsa, mən nə edərəm? O, mütləq dərslərə getməli və məktəbi yaxşı oxuyaraq bitirməlidir!
Piter indilik kötəkdən canını qurtardığı üçün dedi:
- Sizə söz verirəm ki, bir də belə bir şey etməyəcəyəm.
Heidi ilə Piter birlikdə nənənin yanına yola düşdülər. Qar, həqiqətən, donmuşdu. Belə soyuq bir havada Klaranın hədiyyə etdiyi paltonu geymək Heidiyə zövq verirdi. Onlar evə çatanda Heidi gördü ki, nənə yatağında uzanıb. O, çox qorxdu. Ancaq nənə onu təsəlli etməyə başladı:
- Qorxma, canım mənim, heç bir şeyim yoxdu. Sadəcə olaraq bir az soyuq dəyib. Sabaha qədər sağalar və ayağa duraram. Sən narahat olma, yaxşımı?
Heidi ona kitabdan şeir oxumağa başladı. Onun səsi qadına elə gözəl təsir edirdi ki, o bu şirin, doğma səsi eşidəndə bütün dərdini unudurdu. Heidi hava qaralana qədər orada qaldı. Qava qaraldıqdan sonra isə Piter Heidini evə ötürdü. Onlar ay işığında xizəkdə xürüşərək kəndə gəldilər.
Piterin dəyişilməyi
Ertəsi gün Piter dərsə vaxtında gəlmişdi. Bu hamını təəccübləndirmişdi. Dərsdən çıxanda da həmişəki kimi Heidigilə getmişdi. Heidi dedi:
- Bax, Piter, artıq zamanı gəlibdir. Sən yaxıb-oxumağı öyrənməlisən. Sən tənbəllik etdikcə anan da, nənən də buna üzülür. Onlara heç yazığın gəlmir?
- Mən oxumağı da bilirəm, yazmağı da.
- Ancaq sənin bildiklərin kifayət eləmir. Sən kitabı üzündən su kimi oxumalısan.
- Belə bir şeyə heç həvəsim yoxdur
- Axmaq, əgər dediklərimi eləməsən, səni də Frankfurta göndərəcəklər. Yəqin xəbərin yoxdur. Orada siniflərdə bir aləm uşaqlar və qapqara geyinmiş, qorxunc müəllim var. Elə bilirsən ki, hər şey buradakı kimi gözəldir?
Heidi Piteri qorxuda bilmişdi. Piter daha yaxşı oxumağı öyrənəcəyinə dair söz verdi.
- Yaxşı, amma mən məktəbə gedirəm da və bir də heç vaxt dərsdən qalmayacağam.
- Bu yetərli deyil. Hər gün dərsdən çıxan kimi bura gələcəksən. Mən özüm səni öyrədəcəyəm.
- Sən? Necə öyrədəcəksən?
- Orası artıq mənlikdir. Elə bu gündən başlayacayıq.
Heidi hər şeyi Aşer müəllimin ona öyrətdiyi kimi öyrətməyə başladı. Piter gördü ki, bu həqiqətən də daha asan və rahat üsuldur. Heidinin izah etdiyi kimi öyrənmək Piter üçün çox rahat oldu və o maraqla öyrənməyə başladı. Heidi dərsi bitirdikdən sonra dedi:
- Bax, unutma haa, hər gün dərsdən sonra bura gələcəksən. Sənin əsl müəllimin mənəm.
Heidi o qədər ciddi danışırdı ki, Piter istər-istəməz onun təsiri altına düşmüşdü. O, Piterlə sağollaşanda dedi:
- Yolboyu fikirləş ki, sən də nənənə mənim oxuduğum kimi şeirlər oxuyacaqsan. Bunun necə gözəl bir şey olduğunu düşün yaxşımı?
Piter də yolboyu elə ancaq bunu düşündü.
Aylar beləcə keçib getdi. May ayı gəldi. Qarlar əriməyə başladı. Hər tərəf yaşıllaşmağa başladı. Günəş öz şüalarını ətrafa saçır və hava da günü-gündən gözəlləşirdi. Belə günlərin birində Klaradan məktub gəldi. Heidi məktubu babasına oxuyanda Piter də maraqla qulaq asırdı. Klara məktubda aşağıdakıları yazmışdı:
“ Sevimli Heidi.
Mən gəlirəm. Əgər bir problem olmasa, bir neçə günə yola çıxacayıq. Bütün əşyalarımız hazırdır.
Nənəm də mənimlə gəlir. Sənin üçün çox darıxıb. Ancaq atam gələ bilməyəcək. O, işi ilə əlaqəli olaraq Parisdədir. Həkim sizin yerlər barədə o qədər gözəl şeylər danışır ki, adam dinlədikcə doymur. Ancaq biz ora tez gələ bilməyəcəyik. Müalicəm üçün bir xəstəxanaya getməliyik. Bu, təqribən bizim bir ayımızı ala bilər.
Səni sevən dostun, Klara”.
Heidi məktubu oxuduqdan sonra sevincindən atılıb-düşürdü. Ancaq Piter kədərli idi. O, evdə nənəsinə məktub barədə danışdı. Nənə də eyni səbəbdən o qədər də sevinmədi. Onların ikisi də qorxurdu ki, bu gələn qonaqlar Heidini yenidən buralardan apara bilərlər.
Bir ay çox tez keçdi. İyun ayının əvvəli havalar çox gözəl idi. Buralarda yay hələ belə gözəl keçməmişdi. Bunu bütün kəndlilər təsdiq edə bilərdi.
Klara nənəsi ilə birgə belə gözəl günlərin birində gəlib çıxdı. Kənddə onların gələcəyini eşitməyən adam qalmamışdı. Bütün kənd onların gəlişinə sevinirdi. Hər kəs “Heidinin Frankfurtdakı dostları gəlib”, deyərək onları görməyə gedirdi.
Kəndin içində maşın yolu yox idi. Ona görə də Klara üçün iki adamın daşıya biləcəyi bir stul hazırlandı. Nənə isə bir ata mindi.
Heidi uzaqdan onların gəldiyini görəndə elə qışqırdı ki, babası cəld həyətə çıxdı. O, fikirləşdi ki, yəqin Heidiyə nəsə oldu. Ancaq həyətə çıxan kimi işin nə yerdə olduğunu anladı.
- Baba, gəldilər, gəldilər.
Baba ilə nənə iki könhə dost kimi salamlaşdılar. Heidi onlara bir-biri haqqında o qədər şey danışmışdı ki, onlar artıq bir-birini qiyabi də olsa tanıyırdılar.
Klaranı öz arabasına qoydular. Hər zamankı kimi qırmızı yaylığını ayağının üstünə örtdü. Qız ətrafına həsrətlə baxır və belə gözəl çəmənlikdə gəzə bilmədiyi üçün kədərlənirdi.
- Nənə, buralar çox gözəldir.
- Hə, görürəm, balam. Heç bilmirəm buradan Frankfurta necə qayıda biləcəyik. Adam heç getmək istəmir.
Klaranın əlil arabasını otların üstündə güclə də olsa sürərək Şam ağacının yanına gətirdilər. Klara ağaca heyrətlə baxırdı:
- Ömrümdə belə böyük ağac görməmişəm.
Nənə də eyni heyrətlə ağaca baxırdı. Heidi Klara üçün bir dəstə çiçək gətirdi. Klara ona təşəkkür edib təpələrə baxmağa başladı.
- Oraya getmək istəyirəm. Eh, Heidi, kaş sənin ora gedə biləydik, qaçardıq, oynayardıq.
- Əgər istəsən, mən səni elə bu saat ora apara bilərəm.
O, Klaranın cavabını gözləmədən onun arabasını itələməyə başladı. Araba az qala Heidinin əlindən çıxacaqdı. Ancaq xoşbəxtlikdən baba özünü vaxtında yetirdi.
Onların bu günü çox gözəl keçdi. Klara naharda çox yedi, ancaq hələ də doya bilmirdi. Şəhərdə olanda nənəsi ona bir loxma çörəyi güclə yedirirdi. Ancaq burada belə çox yeməyi nənəni sevindirdi. Demək ki, dağ havası ona müsbət təsir etmişdi. Klara isə burada yaşamadığı üçün kədərlənirdi. Onlar həmin gün geri dönməli idilər. Ancaq Klara dönmək istəmirdi:
- Mən hələ Heidinin yatdığı yerə baxmamışam. Ora baxmamış heç bir yerə gedə bilmərəm.
Kənddən onlarla gələn iki adam Klaranı ikinci mərtəbə qaldırdılar. Klara Heidinin yatdığı yeri görəndə az qala ağlayacaqdı.
- Nənə, mən bu tezlikdə buradan gedə bilmərəm, yoxsa ölərəm.
Baba çıxış yolu tapdı və nənəyə dedi:
- Xanım, əgər etirazınız yoxdursa, icazə verin Klara burada qalsın. Əmin olun ki, burada qalmaq onun üçün də çox xeyirli olacaq.
Nənə çarəsiz qalaraq onun burada qalmağına razı oldu.
(ardı var)
XƏBƏR LENTİ
Yuxudan vaxtında oyanmaq üçün nə edək?
Ali məktəblərə qəbulun KEÇİD BALLARI AÇIQLANDI
İdmançımız Azərbaycana DÇ-nin qızıl medalını qazandırdı! - YENİLƏNİB
İzləyiciləri Fahriye Evceni lağa qoydular-FOTO
Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...”
Smartfonun bu ziyanı ağlınıza gəlməzdi
BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər -FOTO
Miqrenə çarə mətbəxdə
BÜRCLƏR bizə nə vəd edir?-10 Oktyabr
Obama: “Müsəlmanların tərəfini saxlamıram, sadəcə...”
Dəyişiklik üçün 30 min xərclədi-FOTO
Ev dekorasiyasında öz tərzinizi yaratmağın yolları
Hörmə bulkular (foto resept)
Çəki azaltma və sağlam yaşamaq üçün 4 tövsiyə
Atəşkəs rejimi 13 dəfə pozuldu
Darçınlı, qozlu piroq (foto resept)
Ayrılığa bir gün qaldı...
TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA
Məşhur aktyorun üçüncü övladı doğuldu-FOTO
Kimsəsiz ana və onun 3 yaşlı uşağı
Emin Əmrullayev özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb.
Dünyanın ən uzun qadını
Aşura günü Bakıda hərəkət məhdudlaşdırılacaq
ABŞ Serjdən girovları istəyir
Qurdlar bağırsaq vadisində
Stresin sonsuzluq müalicəsinə təsiri
Evinizin uğurlu olması üçün, yaxşı iş tapmaq üçün... - Vanqadan məsləhətlər
Bitkilər və təbabət
Meg Ryan yenə uğursuz əməliyyat etdirdi-FOTO
Ayaqaltı modelləri
Baydenin prezidentliyinin ilk yüz gün üçün planları: İlk növbədə miqrantlara vətəndaşlıq vəd edir
Ermənistan ekoloji terrorla məşğuldur – VİDEO
Sobada pendirli ət (foto-resept)
Galaxy S4 smartfonunun zərif variantı
Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb
2016-ya damğa vuracaq hadisələr - PROQNOZ
Balıq kotleti (foto resept)
Saytların sayı hesablandı
Qarpız damarları aterosklerozdan qoruyur
Ən gözəl qarderoblar
Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO
Xəbəriniz olsun!
Azərbaycanın milli təamları Bolqarıstanda
"Vətənpərvər insanlar ölmürlər"
Azərbaycanda koronavirusa yoluxma sayı 200-dən aşağı düşdü
Hansı sulara üstünlük verək?
101 yaşlı nənədən uzunömürlülük sirri: "Çörək yeməyin"
İcra hakimiyyətləri ləğv olunacaqmı?
Android maşınlar üçün də proqram hazırlayır
Maykl Ceksonun əlcəyi hərracda bu qiymətə satıldı - FOTO
- ŞƏRHLƏR