Baba əsəbindən qadını qovdu və bir də buraya gəlsə, onu döyəcəyi ilə hədələdi. Qadın da söhbəti uzatmadı. Babanın bu şəkildə də olsa, Heidini qəbul etməyi onu xeyli sevindirdi və tez oradan uzaqlaşdı. O getdikdən sonra baba bir müddət tərpənmədən yerində oturdu. O, çox əsəbi idi. Heidi isə ətrafa baxır və buraları çox bəyəndiyini, burada çox xoşbəxt olacağını danışırdı. Onun baş verənlərdən xəbəri də yox idi və bunlar onu heç maraqlandırmırdı da.
Bir müddət sonra baba başını qaldırıb Heidiyə baxdı:
- Sənin paltarların hanı?
-Budur, buradadır.
-Tez əyninə gey.
-Yox, lazım deyil. Belə daha yaxşıdır.
Qızın bu inadı babanı əsəbiləşdirdi. O ayağa durdu və qışqırdı:
-Paltarlarını götür və ardımca gəl!
Heidi istər-istəməz deyilənlərə əməl etdi. Babanın ardınca evə girdi. Ev boş və böyük görünürdü.
-Baba, çox yorulmuşam, yuxum gəlir. Harada yata bilərəm?
Heidi bunu deyən kimi özünə yatmaq üçün uyğun bir yer axtarmağa başladı. Nərdivanla yuxarı qalxdı. Burada otdan
başqa bir şey yox idi.
-Tapdım! Bax, elə buradaca, otların üstündə yatacağam. Baba, otların üstünə açmağa bir şeyin varmı?
Baba bir döşəkağı tapıb ona verdi. Onlar birlikdə otdan döşək hazırladılar. Qız özünü ot döşəyin üstünə atıb dedi:
-Bax, bu başqa məsələ! Baba, gör dərə buradan necə də gözəl görünür. Mən çox xoşbəxt adamam.
Qoca nəvəsinə heyrətlə baxırdı.
- Lap yaxşı. Bəs mən üstümə nə örtəcəyəm, baba? Mənə yorğan gətirə bilərsən?
- Bəlkə yorğanım yoxdur?
- Uff, bəs mən bu soyuqda necə yataram, soyuğa necə dözərəm?
Baba gülümsədi.
- Gözlə, görüm, nəsə varmı.
Aşağı düşdü, Qayıdanda özü ilə bərabər böyük və qalın bir kisə gətirdi:
- Bu necədir?
- Bundan yaxşısı ola da bilməzdi! İndi isə tez axşam olsa əla olar. Burada yatmaq üçün yaman səbirsizlənirəm. Amma gərək əvvəlcə nəsə yeyəm. Axı acam.
- Bəlkə, heç yeməyim yoxdur?
- Ciddi deyirsən?
- Əlbəttə.
- Bax bu çox pis oldu. Elə bərk acmışam ki, acından bu saat ölə bilərəm.
Baba güldü. Onlar birlikdə aşağı düşdülər. Baba pendiri iri dilimlərə böldü. Bir qaba süd tökdü. Pendirləri şişə keçirib ocaqda isitdi. Süfrəyə baxıb dedi:
- Nəsə çatışmır.
- Hə, mən bildim.
Heidi tez qaçıb rəfdən iki stəkan ilə çömçə götürüb gətirdi. Baba dedi:
- Həə, bax, indi hər şey qaydasındadır.
O, süfrənin ətrafında oturdu. Heidi oturmaq üçün özünə bir şey axtarmağa başladı. Amma üçayaqlı stuldan başqa bir şey tapa bilmədi. Onu masanın yanına çəkib oturdu. Ancaq boyu masaya çatmadı. O, babasına baxır və sanki gözləri ilə “Bəs indi nə edək?” deyə soruşurdu.
Baba gülümsədi. Öz stulunu qızın önünə masa kimi qoydu. Özü isə masanın kənarına söykəndi.
Yeməkdən sonra baba Heidini özüylə birlikdə keçilərin saxlandığı tövləyə apardı. Onlar tövləni yığışdırıb təmizlədilər. Sonra isə baba uyğun bir odun parçası axtarmağa başladı. O, seçdiyi odun parçasından Heidi üçün gözəl bir stul düzəltdi.
Axşam Heidi yerinə uzanan kimi yatdı. Səhər isə küləyin səsinə oyandı. Evin arxasından fit səsi eşitdi. Kimsə fit çala-çala evə yaxınlaşırdı. Pəncərədən baxanda Piteri gördü. O, kəndə getmiş, keçiləri götürmüş və dağa qalxmışdı. Ağır-ağır gəzir və keçilər üçün fit çalırdı. Piter evə yaxınlaşdı, babanın da keçilərini götürüb sürünü uzağa apardı.
Ertəsi gün Piter gələndə daha bərkdən fit çalırdı. Baba tövlənin qapısını açan kimi bir neçə keçi qaçaraq Piterin yanın gəldi. Heidi də aşağı düşdü. Babası soruşdu:
-Piterlə getmək istəyirsən?
- Əlbəttə ki, istəyirəm.
Babası Piterin çantasını yeməklə doldurdu və ona bir qab verdi:
- Heidi üçün süd sağarsan, yaxşı?
Onlar yola düşdülər. Heidi ilə Piter oradan uzaqlaşanda baba hiss etdi ki, bu qızın gəlişi onu çox xoşbəxt edib.
Bu gün hava çox gözəl idi. Heidi sevinə-sevinə qaçır, tullanır, keçiləri qovalayır və Piterin ardınca qaçırdı. O, çiçək yığanda Piter dedi:
-Hər gün bu qədər çiçək yığsan, dərədə bir dənə çiçək qalmayacaq.
-Sən nə danışırsan? Gör burada nə qədər çiçək var. Nə qədər də yığsan bitməz ki.
-Yaxşı, yaxşı. Sənə elə gəlir ki, bir evin balaca həyətində oynayırsan. Bir az da qaçıb oynasan, yorulacaqsan və geri qayıtmağa taqətin olmayacaq.
-Mən hələ bundan da çox yol gedə və oynaya bilərəm. Amma yorulmaram!
-Nə deyirəm ki, buna hələ baxarıq.
Onlar dağa çıxmağa davam etdirlər. Qabaqda böyük uçurum var idi. Onlar xeyli yol getmişdilər. Piter dincəlmək qərarına gəldi. Uşaqlar otun üstündə uzandılar. Piteri yuxu tutdu amma yuxuya getməyi ilə ayılmağı bir oldu. Heidi qıışqıraraq onu oyatdı:
-Piter, Piter.
-Nədir? Nə olub?
-Ora baax.
Piter Heidinin göstərdiyi yerə baxanda göydə uçan böyük bir quş gördü:
-Qartaldır. Yuvasına gedir.
-Yuvası haradadır ki?
-O qayalıqlarda.
-Gəl gedib onun yuvasına baxaq.
-Sən dəli olubsan deyəsən. Biz ora çıxa bilmərik. Heç keçilər də ora dırmaşa bilməz.
Piter Heidinin başını qatmaq üçün başqa tərzdə fit çalmağa başladı. Keçilər cəld onun yanında toplaşdılar.
-Sən keçiləri yanına necə çağırırsan?
-Bax belə.
Yenə də fit çalmağa başladı.
-Bəs indi keçilər yanımızda nə edəcəklər?
-Biz indi nahar edəcəyik. İlk olaraq babanın qıvrımtüklü keçisini sağaq. Biz yemək yeyəndə də keçilər yanımızda olsun.
-Yaxşı, onda başlayaq. Bu südlə dolu qab mənimdi?
-Hə, sənindi.
-Piter, al, bu pendirləri sən ye. Onsuz da çoxdur. Mən hamısını yeyə bilmərəm.
Əslində Heidi paylaşmaq üşün belə deyirdi. Piterin də yeməyi az idi. Ona görə də o, təşəkkür edərək qızın verdiklərini götürdü.
Onlar yemək yeyə-yeyə söhbət edirdilər. Heidi keçilərin adlarını soruşur, Piter isə bir-bir deyirdi.
- Keçilərin hamısı bir-birinə oxşayır. Onların adını necə yadında saxlayırsan? Bu çox çətin olmalıdır.
- Heç də çətin deyil. Sən adamları bir-birinə oxşatmadığın, qarışıq salmadığın kimi mən də keçirləri bir-bir tanıyıram.
- Mümkün deyil. Bir buna bax, hamısının üzü eynidir.
Piter ona dedi ki, o da bir müddət keçilərin yanında olsa, onları bir-birindən ayıra biləcək.
Keçilərin içində balaca bir bala var idi. O, çox qaçır, oynayırdı. Əslində bala keçi narahat idi. Çünki sahibi onun anasını satmış və onu tək qoymuşdu.
Heidi bunu eşidəndə özünü keçiyə daha yaxın hiss etdi. Çünki o da keçi kimi yalnız idi. O, balaca keçini qucaqladı, başını sığalladı. Bu, keçinin xoşuna gəldi.
Uşaqlar nahardan sonra elə həmin yerdə qaldılar və axşama qədər keçiləri otardılar. Piter xəyala dalmışdı. Heidinin qışqırığı onu xəyallarından ayırdı:
-Yanğın, yanğın. Orada, uzaqda bir ev yanır.
(ardı var)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR