"Vətən borclu deyil, biz borcluyuq Vətənə!" silsiləsindən -
"Gecikmiş Qisas"
− Sergey, məni öldürəcəklər. Buna əmin ol, mütləq öldürəcəklər. Sevgimin əvəzini verirsən? Sergey qolunu onun əlindən çıxarıb bir az getdi. Nataşa qorxudan yerə çökmüşdü. Tir-tir əsirdi, rəngi ağarmışdı. Sergeyin birdən-birə qıza elə yazığı gəldi ki. Əslində anası erməni olsa da, damarlarından türk qanı da axırdı. Bəlkə də elə bu idi Sergeyi xilas edən... Qayıdıb Nataşanı qaldırdı. Onun üzünü əlləri arasına aldı:
− Nataşa, dediklərin doğrudursa, sən məni xilas etmisən. Məni vicdan əzabından qurtarmısan. O dünyada çəkməli olsaydım belə. Niyə bunu elədin?
Nataşa qəflətən hönkürüb Sergeyi qucaqladı:
− Sergey, sən bilmirsən! Heç nə bilmirsən! Mənim səndən elə-belə xoşum gəlmir. Səni ən birinci görəndən anladım ki, səninlə tamam başqa cürdür. Səni sevirəm, çox sevirəm! Tam səmimi, təmənnasız sevirəm. Sənə nəsə etsələr mən ölərəm. - Nataşa içini çəkdi. - Sergey, mən pis adam deyiləm, pis deyiləm. Məni belə böyüdüblər, belə öyrədiblər.Mən istəmirəm kimlərisə öldürsünlər. Siz azərbaycanlılar pis adam deyilsiz, bunu bilirəm.
− Sakit ol, ağlama! – Sergey onu qucaqladı.
Nataşa daha da kövrəldi. Üzünü Sergeyin sinəsində gizləyib
hıçqırdı:
− Mən pis olmaq istəmirəm! İnan, anamın erməni olduğundan xəcalət çəkirəm. Kaş atam sağ olaydı. Sergey dişlərini sıxıb ona sığınmış, damarında türk qanının qarışığı olan bu qıza sakitliklə baxırdı. Onun ürəyi çox yumşaq idi... Nataşanın türk qanı erməni qanını üstələmişdi sanki, öz xüsusiyyətini qabartmışdı elə bil...
− Nataşa, sakitləş! – Sergey onun çiynindən tutdu – sən get evə, de ki Sergey bəzi şeyləri nəzərdən keçirib qayıdır. Sabahkı əməliyyata mükəmməl hazırlıq üçün, hər şeyi son dəfə nəzərdən keçirib qayıdacağımı de. Onları inandır.
− Birdən şübhələnsələr?
− Narahat olma, dediyim kimi elə. Mənə güvən, sən onları inandırmağı bacararsan. Amma ehtiyatlı, diqqətli ol. Elə təsəvvür elə ki, heç bu söhbət olmayıb.
− Bəs sən hara gedirsən?
Sergey ətrafa baxdı:
− Məndən narahat olma! Nataşa, heç nədən qorxma. Sənə heç bir zərər dəyməyəcək. Sən xilas olacaqsan. Heç nədən qorxma. Mənə söz verirsən?
Nataşa burnunu çəkə-çəkə, başını tərpətdi. Bir az gedib,döndü. Sergey hələ də həminki yerdə dayanıb, onun arxasınca baxırdı. Nataşa onu başdan-ayağa süzdü:
− Sergey, məni heç vaxt tək qoyma! Səni gözləyəcəm. Arxamca qayıt.
Sergey qaşlarını düyünləyib ötkəm səslə:
− Mütləq qayıdacam! Sən get! – deyib geri döndü.
* * *
Soraqlaşıb birtəhər tapdı. Qarşısında dayandığı binanı ətraflı süzüb, dərindən nəfəs aldı. Böyük hərflərlə yazılmış adını dodaqaltı oxudu:
− Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi... Xeyli sorğu-sualdan, yoxlanışdan sonra, nəhayət ki, onu bayaqdan tələb etdiyi rəhbərin yanına apardılar. Geniş masa arxasında əyləşmiş kostyumlu şəxs eynəyinin üstündən qarşısındakı hündürboylu, yaraşıqlı, möhkəm əzələli, iti və qurd baxışlı oğlanı süzüb soyuq və sərt dilləndi:
− Nə hay-küy salmısan?
Tanımadıqları ona “sən”lə müraciət edəndə heç xoşlanmırdı.Özü də bu tərzdə. Sergey kobud cavab verdi:
− Əvvəla “sən” yox, “siz”! İkincisi, mən də bunu izah etməyə gəlmişəm.Eynəkli adam eyni tonda, lakin bir qədər təmkinlə dedi:
− Oğlan, bura hoqqabazlıq yeri deyil. Mənimlə görüşməyə böyük səbəb gətirmisiniz. Obrazsız və konkret danışın!
Sergey sakit səslə dilləndi:
− Yoldaşlarımla mən Ermənistandan göndərilmiş xüsusi təlim keçmiş terrorçularıq. Sabah kütlə arasında iki böyük terror əməliyyatı keçirəcəyik. Əlbəttə, qarşısını almasanız... - son cümləni elə təmkinlə dedi ki, sanki başqası haqqında danışırdı. Sergeyi içəri gətirən əməkdaşla stol arxasındakı kişi təəccüblə baxışdılar. Eynəkli kişi tez də baxışını çəkib Sergeyi süzdü.İşlədiyi müddət az deyildi və bu müddət ərzində kifayət qədər qəribəliklərlə və gözlənilməzliklərlə qarşılaşmışdı. Ona görə təmkinini pozmadan əmr verdi:
− Ətraflı və dəqiq, dəlillərlə məlumat ver!
Sergey dönüb arxasında dayanan əməkdaşa ötəri baxıb,kişiyə tərəf çevrildi:
− Təklikdə danışmaq istəyirəm. Heç kəsə etibar etmirəm indi.
Eynəkli adam yenə sərtləşdi:
− Oğlan, bura küçə deyil!
Sergey dediyini özü anlasa da, pərtliyini üzə vurmadı. Əvvəlcə Nataşanın ona danışdıqlarını, sonra isə Hakopu atası kimi tanıdığı illəri, sənədləşdirmə hazırlıqlarını, buradakı əlaqələr,terrorun planlarını, növbəti əməliyyatın təxmini vaxtını – hamısını danışdı. Onu diqqətlə süzən eynəkli kişinin arabir verdiyi suallarını da cavablandırırdı.Amma eynəkli kişi qarşısındakı bu gəncin danışdıqlarına hələ də şübhə ilə yanaşırdı. Lakin gecikmək olmazdı. Təcili hazırlıq görülməli idi. Onu maraqlandıran əsas məsələ, ermənilərin burada kimlərlə əlaqəsinin olması idi. Çünki, eyni şey təkrarlana bilərdi.
Sergey birdən dilləndi:
− İmkan yaratmamalıyıq ki, onlar sabaha çıxsınlar. Əgər iş başında yaxalamaq istəyirsinizsə, əsla alınmaz. Yaxşı tanıyıram onları.
Eynəkli kişi bu dəfə əsəbiləşdi. Onsuzda eşitdikləri əhvalını qarışdırmışdı. Axı necə olub ki, Azərbaycana belə rahatlıqla keçiblər? Bu tülkülər şübhə yaratmamaq üçün hər vasitədən istifadə ediblər.
Sergey ayağa qalxdı:
− Mən qayıtmalıyam, yoxsa şübhələnəcəklər.
Kişi qaş-qabağını tökdü:
− Çox özbaşınasan...
Sergey eyni sərtliklə:
− “Sən” yox, “siz”!
Eynəkli kişi qarşısındakı mərd baxışlı oğlanı süzüb, bir qədər yumşaqlıqla:
− Sizi də özümüzlə aparacağıq. Bu günün işini sabaha qoymazlar!Nə qədər ki, xəbər tutub aradan çıxmayıblar, hamısını ələ keçirməliyik. Siz qızla əlaqə saxlayın, biz sahəni mühasirəyə alacağıq. Qıza tapşırın, hamı bir nəfər kimi orada olanda xəbər
eləsin.Sonra üzünü Sergeyi gətirən əməkdaşa tutdu:
− Cəfərov, təcili dəstəni əməliyyata hazır et! Hamını da xəbərdar elə ki, tülkü ovuna çıxırıq, ilan ovununa çıxırıq. Qoy hazırlıqlı olsunlar!...
Sergeyin telefonunun zəngi Komandirin sözünü kəsdi.Sergey ekrana baxıb zəngi qəbul etdi.Zəng edən Nataşa idi. Görünür ehtiyatlandığı üçün astadan danışırdı:
− Sergey, hardasan bilmirəm, amma xahiş edirəm, tez gəl! Səni nədənsə yaman çox soruşurlar. Əsas da Abovyan. Hər dəqiqə atmaca atır.
Sergey karıxdı:
− Narahat olma, sən çalış ki, yoluna qoyasan. Nataşa, sənə tapşırığım olacaq. Mənə kömək eləməlisən. - Sergey ötəri komandirə nəzər saldı. - Hamı bir yerə yığışan kimi mənə təcili xəbər elə. Ehtiyatlı ol amma.
Nataşa susdu.
− Nataşa! Ordasan? Alo...
Nataşa pıçıldasa da, təşvişli idi:
− Səs gəldi, ona görə susdum. Hə, eşitdim, mənə etibar eləyə bilərsən. Hə, bir də... - ani susdu - Sergey, səndən söhbət salıb nənən haqqında bir-iki şey öyrənmişəm.
Sergey tutuldu:
− Nəyi?
− Adı Gülsümdür. Kafanda xalça sexində işləyir indi.
Sergey nə deyəcəyini bilmədi. Bircə kəlmə deyə bildi:
− Sənə borcluyam, Nataşa! Dediyimi də unutma, hamı toplaşan kimi xəbər elə mütləq.
Nataşa pıçıldadı:
− Yaxşı, Sergey, məni apar amma...
− Aparacam, qorxma! Ehtiyatlı ol!
− Yaxşı, sən də.
Sergey telefonu bağladı:
− Xəbər edəcək!
* * *
Zoya Azərbaycana çoxdan köçmüşdü. Bir müddət atasının iş yerində sədrin katibəsi vəzifəsinə işə düzəlir. Bir neçə aydan sonra isə sədr ona evlənmək təklif edir... Hələ bundan əvvəl Zoya Ermənistanda iki dəfə ərdə olmuşdu. Birinci əri ilə yola getməyib tez ayrılmışdılar. Ayrılandan bir həftə sonra başqasına qoşulub getmişdi. Özündən 10-15 yaş kiçik olan bu adamla 2 il yaşamışdı. Dünyaya gətirdiyi oğlunu da ərinin üstünə atıb qayıtmışdı. Bakıya gələndən sonra isə, yenə özündən 5-6 yaş kiçik olan sədrini yoldan çıxarmışdı... Onunla evləndikdən bir il sonra Nataşa dünyaya gəlmişdi. Əri qızını həddindən artıq çox istəyirdi. Əvvəllər yaxşı yaşayırdılar. Amma bir neçə il ərzində Zoya ərinin işlərini elə qatdı ki, əyər-əskiklik yarandı, vəzifəsindən sui-istifadədə ittihamlandırıldı. Bəxti gətirmişdi ki, onu yalnız cərimələyib işdən çıxarmaqla rahat buraxmışdılar. Sonra birtəhər başqa yüngül işə düzəlsə də, getdikcə həyatı daha da ağırlaşdı. Çünki, bu vaxtlar Zoyanın hələ Ermənistanda olarkən tanıdığı Abovyan Azərbaycana gəlir. Zoyanın qohumu adı ilə. İlk vaxtlar əri onun gəlişini normal qəbul edirdisə də, az sonra bu aramsız gəlişlər onda xoşluq yaratmadı. Şübhələr, davalar... Zoya isə bu müddət ərzində Ermənistanla əlaqə qurmuşdu. Elə Abovyanla da... Nəhayət, Abovyan Zoyanın ərini onun həyatından birdəfəlik sildi. Zoya ermənilərin bir çoxunun köçüb getdiyi vaxtda belə çıxıb getməmişdi. Çünki, onun gələcək planlar üçün burada qalması əmr idi... Rus soyadına keçdikdən sonra Gənclikdəki ünvanını dəyişərək Əhmədlidə həyət evinə köçmüşdü. Və elə bu günədək orada yaşayırdı. Amma xəbərləri belə yox idi ki, indi onun yaşadığı məhəllədə MTN əməkdaşları artıq hər küncdə, hər bucaqda pusqu qurmuşdular. Əməliyyatın rəhbəri adamlarına güvənsə də, yenə əsəbindən özünə gələ bilmir, heç bir uğursuzluqla qarşılaşmamaq üçün tez-tez bütün postlarla əlaqə saxlayır, ard-arda xəbərdarlıq edirdi. Bu onun fəaliyyəti dövründə ən uğurlu işlərindən biri olacaqdı. İşlədiyi müddət ərzində yalnız vətəninə xidmət haqqında düşünsə də, indi bununla yanaşı qazanacağı uğura görə onu nələr gözlədiyini düşünəndə sevincqarışıq həyəcan keçirirdi. Bu həyəcan tam fərqli bir həyəcan idi. Qalibiyyət, qisas, baş ucalığı, xilaskarlıq, işinə diqqətlə yanaşmaq, məsuliyyətinə görə təltif olunmaq, qarışıq idi, çox qarışıq. Və ən əsası, bu yola qədəm qoyarkən içdiyi and. Vətəninə görə lazım gələrsə hər şeydən vaz keçmək... Gah oturub qızın onlara xəbər verməsini gözləyir, gah da yerləşdikləri evdə var-gəl edərək, siqareti siqaretə calayır, səbrli olmağa çalışırdı. Yox, ermənilər ağ etmişdilər daha. Axı necə olmuşdu ki, bu ilanlar sürünüb keçə bilmişdilər buraya? Hələ də qəbul etmək istəmirdi bunu. Onlar nə qədər tələ qursalar da, lap yüz il hazırlaşsalar da, yenə bununla özlərinə haqq qazandırmırdı. Həmişə onların belə iyrənc cəhdlərinin üstünü açmışdılar. Bəs indi necə diqqətsizlik ediblər axı?! Oğlan necə dedi? Hə, dedi ki, bu əməliyyatın rəhbəri birbaşa prezidentdir – Serj Sərkisyan! Başqa cür ola da bilməzdi. Bu qorxaq həmişə arxadan zərbə vurur. Çaqqal kimi yaralı şirə xəlvət yaxınlaşmaq onların qanındadır. Heç nə bildirməsə də, oğlana ürəyi acımışdı. Düzdür, hələ dəqiq araşdıracaq həqiqəti. Amma onun özü haqqında danışdıqları düzdürsə, yəni doğruya daha çox bənzəyir, o zaman sözsüz ki, təsvirolunmaz əzab çəkir o da. Ailəsini qıran, yurdunu viran qoyan, nəslini kəsən adamları illərcə ailə kimi sevmək, onlar üçün oyuncağa çevrilmək...
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR