"Vətən borclu deyil, biz borcluyuq Vətənə!" -silsiləsindən
"Gecikmiş qisas"
Sakitcə dayanıb Sergeyə baxırdı. Sonra ehtiyatlanırmış kimi qapıya tərəf qulaq verdi, qalxıb Sergeyin çarpayısına yaxınlaşdı. Çarpayının ayaq tərəfində əyləşib, barmaqlarını oynatdı:
− Sergey, səninlə olduqca vacib söhbətim var. Çox vacibdir. Sergey onun üzündəki ifadənin ciddiliyini sezdi. Qalxıb yerinin içində oturdu, təmkinlə qızın təlaşlı gözlərinə baxdı:
− Nə söhbət?
Nataşa yalvarışqarışıq xahişlə dilləndi:
− Yox, burada yox. Burada danışa bilmərik. Mən sənə çox şey danışmalıyam. Amma burada yox. Sergey mühüm nəyinsə baş verdiyini hiss edirdi. Artıq özü də narahat olmağa başlamışdı:
− Bəs harda?
Nataşa ayağa qalxıb, əllərini yellədi:
− Mən bilmirəm. Parkda, kafedə, hər harda. Bircə bunu kimsə bilməməlidir. Heç kim! Başa düşürsən?
Sergey ayağa qalxıb stulun başına keçirdiyi gödəkçəsini geyindi:
− Onda elə bu dəqiqə gedək.
Nataşa onun qolundan tutub özünə tərəf döndərdi:
− Qulaq as, mən hər şeyi yoluna qoyub gəlincə sən sənədləri də götür hazır ol!
− Nə sənədlər? – təəccüblə qaşlarını çatdı.
− Dediklərimi elə, hər şey hazır olsun. Bütün sənədlərini, pulunu götür. İnan, peşman olmayacaqsan. Gecikmək olmaz! Sergey çətinə düşmüşdü. Bu nə demək idi? Abovyanın tələsi, yoxsa Hakopun sınağı? Hər nə, mütləq yoxlamalıyam.
Nataşanı yola saldı:
− Yaxşı get, mən hazır gözləyəcəm.
Nataşa özünü ələ alıb, tələsik otaqdan çıxdı. Ermənilər yenə müzakirə üçün anbara doluşmuşdular. Nataşa qapını açıb rütubət qoxusu verən anbara keçdi. Keçib düz Hakopun yanında əyləşdi. Hakop əlini qızın kürəyində gəzdirdi:
− Hə, Nataşıçka, sabahkı şənliyə hazırsan?
Nataşa gülərək göz vurdu:
− Bəs necə?! Sabah yenə yüzlərlə türk qırılacaq. Sergeyin “ölüm düyməsini” elə ləzzətlə sıxacam ki... Qoy bu partlayış şənlik fişəngimizi əvəz eləsin. Abovyan qızı süzüb mənalı tərzdə qımışdı:
− Zoya, əcəb qızın var amma. Türk qanına susamış gözəl...
Hakop əlindəki alışqanı şaqqıldadaraq qıza baxdı:
− Onunla işlər qaydasındadır?
Nataşa güldü:
− Hər şey əladır! Onu inandırmışam. Lazım olandan da artıq.
Hakop onu sıxdı:
− Afərin! Gedəndə səni də aparacam Ermənistana. Sərkisyan səni mükafatsız qoymaz. Zoya nazlanmaq istədisə də, olduqca yöndəmsiz göründü:
− Bəs mən, əzizim?
− Narahat olma Zoyacan, yaddan çıxmarsan!
Nataşa yerindən qalxdı:
− Hə, vaxtıdır. İndi yəqin Sergey məni gözləyir. Onu tamamilə inandırmalıyıq özümüzə.
Hakop ciddiləşdi:
− Nataşa, şübhə yaradacaq heç nəyə yol verməyin!
− Arxayın ol! – qapını bərk örtüb evə sarı qaçdı.
Sergey hazır idi:
− Gedək?!
Nataşa onun qoluna girdi:
− Gedək!
− Atama dedin?
Nataşa bir an duruxdu:
− Dedim...
Sergey şübhəli nəzərlə onu süzdü:
− Nə olub? Daha çıxmışıq qapıdan.
Nataşa geriyə boylanıb, yenidən döndü:
− Qoy bir az da gedək. Amma söz ver, məni axıra kimi dinləyəcəksən!
Sergey ona diqqətlə baxıb:
− Söz verirəm! – dedi.
* * *
Onlar Azərbaycanca danışırdılar. Havanın soyuq olmasına baxmayaraq, nə qar, nə də yağış vardı. Ətraf quru idi. Yalnız soyuq külək onların çılpaq üzlərini və əllərini qarsıdırdı. Sergeylə Nataşa heç nəyə əhəmiyyət vermədən oturacaqda əyləşdilər. Ətrafda adam yox idi. Sergey səbirsizliklə üzünü turşutdu:
− Hə Nataşa, qurtar görək. Nə olub?
Nataşa çox həyəcanlı idi. Yanında əyləşən çox sevdiyi, əslində isə düşməni olan bu adamın onun danışacaqlarını necə qarşılayacağını bilmirdi. Amma başqa variant yox idi. O, bu qərarı verincə gözünə yuxu getməmişdi. Hər şeyi qoymuşdu gözünün önünə. Hər şeyi. Reallıq bu idi ki, Sergey illərlə xəyalında canlandırdığı idealı idi. O, bu idealı həmişə gözləmişdi. İnanırdı ki, arzularındakı xəyali sevgilisi bir gün mütləq qarşısına çıxacaq. Onu bezdiyi bu həyatdan qurtaracaq.
Çıxdı da qarşısına... Amma elə həmin gün də bildi ki, bu idealı, ömür boyu gözlədiyi “ağ atlı şahzadəsi” – düşmənidir...
Nataşa əsl sevgini çox gözləmişdi. Milliyyətindən asılı olmayaraq dünyada bütün qızların gözlədiyi kimi... 26 yaşı tamam olmuşdu bu il. O da ailə qurmaq, sevib-sevilmək, övlad sahibi olmaq istəyirdi. Amma özü istəmədən bu gizli mübarizəyə qoşulmalı olmuşdu. Heç vaxt da istəməyəcəkdi. Doğulandan Azərbaycanda, Bakıda yaşamışdı. Buranın mühitinə, həyatına, insanlarına alışmışdı. Azərbaycanlılardan heç bir pislik görməmişdi, əksinə vaxtilə kimlərəsə özü pislik etmişdi...
Atası azərbaycanlı idi. Atasını olduqca çox istəyirdi, atası da onu. Həmişə maraqlı oyuncaqlar, gəlinciklər alırdı istəkli Nataşasına. O işdən qayıdan kimi balaca qızcığaz qaçıb dizlərinin üstünə çıxır, “şeytanlıq” edir, özünü istədirdi. Adını da Lalə qoyubmuş. Atası öləndən sonra isə, Zoya adlarını rus adına dəyişmiş, Lalənin də adını Nataşa qoymuşdu. Əvvəllər hər şey başqa cür idi. Atası onu bağrına basıb, nazını çəkirdi. Anasının qohumu adıyla peyda olan Abovyandan sonra isə ailə xoşbəxtlikləri kölgələnməyə başladı. Nataşanın beş yaşı olanda, Bakıya köçmüş Abovyan tez-tez evlərinin sevimli qonağına çevrildi. Nataşa atasının bu qonaqdan qətiyyən xoşlanmadığını da bilirdi. Həmişə onu görəndə qanı qaralır, qaş-qabağını tökürdü. Getdikcə evlərində tez-tez dava, söz-söhbət yaranmağa başladı. Ardınca da atası içkiyə qurşandı. Həyatları daha dözülməz olmuşdu. Bir dəfə isə atası evə sərxoş halda gələndə Zoya ilə Abovyanın açıq-saçıq davranışlarını görüb əməlli dalaşmışdı. Onda Zoya Nataşanı otağa salıb, qapını vurmuşdu. Amma Abovyanla atasının dalaşdığı, zərbə səsləri, boğuq qışqırtılar onun yaddaşından hələ də silinməmişdi. Bu hadisədən sonra atası bir həftə xəstə yatdı. Tez-tez qusurdu... O, beləcə vəfat etdi. Ardınca da məlum oldu ki, Zoya hamilə imiş. Lakin Nataşa Abovyan tərəfindən bacısına qarşı olan xüsusi diqqətin səbəbini çox illər sonra anladı...
Lakin illər keçsə də, Nataşa ürəyinin dərinliyində atasının ölümünü nə Abovyana, nə də anasına bağışlamışdı. Abovyana isə Hakopa bəslədiyindən daha artıq nifrət edirdi. Hətta dəfələrlə anasından onlarla əlaqəsini kəsməsini istəmişdi. Zoya isə qəti etiraz etmişdi. Nataşa iki qonşu millət arasındakı bu düşmənçiliyin əsla tərəfdarı deyildi. Bu hadisələrin içində olduğundan, çox yaxşı bilirdi ki, yerində dinc durmayan ermənilərdir. Ona görə sonadək burada qalmaq istəyirdi. Ya da getməli olsa yalnız Rusiyaya. Başqa heç hara, xüsusilə də Ermənistana əsla getmək istəmirdi. Sergeyin Hakopun oğlu deyil, türk olması, üstəlik sevdiyi bu oğlanın ölümünün planlaşdırılması onu çıxılmaz vəziyyətə salmışdı. Hər nə olsa da, anası erməni idi və erməni olsa belə onun anası idi. Bunu dəyişmək mümkün deyildi. Nataşa onun qızı idi, təbii ki, o da qızını çox istəyirdi. Bir balaca fərqlə, kiçik qızını daha çox... Amma Nataşa birdəfəlik uzaqlaşmaq istəyirdi bu işlərdən. Xoşbəxt deyildi. Xoşbəxt olmaq istəyirdi amma. Bir də ki, xəyalındakı şəxslə də qarşılaşmışdı artıq. Lakin onun öldürüləcəyini eşidəndə çox sarsılmışdı. Xeyli düşünmüşdü bu iki-üç gün ərzində və qərarını vermişdi... Özünkülərə yalan satmışdı, aldatmışdı. Demişdi ki, Sergeyin güvənini artırmaq üçün, sakitləşdirmək üçün bu gün onunla vaxt keçirmək istəyir. Erməni artistliyi ilə aldatmışdı. İndi bircə iş qalmışdı, hər şeyi Sergeyə danışmaq, onu birlikdə qaçıb getməyə inandırmaq. Bir müddət haradasa daldalanarlar, sonra da çıxıb birlikdə xaricə gedərlər. Qalan şeylər isə onu maraqlandırmır. Qoy buradakılar necə istəyirlər, elə də hərəkət etsinlər. Yetər ki, Sergeylə uzaqlarda xoşbəxt ailə həyatı qursun...
* * *
Üzünə dikilmiş sual dolu baxışlara cavab olaraq, Sergeyin buz kimi soyuq və codlaşmış kobud əllərindən tutdu:
− Sergey, qulaq as, sənə deyəcəklərimdən heyrətlənsən də mənə axıra kimi qulaq as. Nə istəsən deyərsən, amma axırda, əvvəl mən danışacam!
Sergey tamam karıxdı:
− Yaxşı, başla!
Nataşa yerində ona tərəf bir az da yaxınlaşdı, Sergeyin əlini sıxıb, qaşlarını çatdı:
− Biz burdan qaçmalıyıq, mümkün qədər tez! Onlar səni öldürməyi planlaşdırıblar. Sabah sən ölməlisən Sergey, qaçaq
burdan!
Sergey doğrudan da çox heyrətləndi, cəld ayağa qalxıb heyrətlə gözləri yaşarmış qızı süzdü:
− Nə danışdığını bilirsən? Məni niyə öldürsünlər ki?
Nataşa təşvişlə ətrafa baxıb, onu əyləşdirmək üçün gödəkçəsinin ətəyindən dartdı:
− Qışqırma! Otur, otur Sergey. Söz vermişdin. Otur, bizi izləyə bilərlər.
Nataşanın vəziyyətidən hər şeyin ciddi olduğunu anlasa da, yenə eşitdiklərinə inanmaq istəmirdi. Hələ də bunun sınaq olduğunu
düşünürdü. Bununla belə qızın yanında əyləşdi. Qarşısındakı qızı sınayırmış kimi – hər şeyi doğru danış! – deyib, dodaqlarını kipləşdirdi.
Nataşa soyuqdan göyərmiş və qabıqlanmış boyasız dodaqlarını isladıb, udqundu:
− Eşidəcəklərinə hazır ol! And olsun ki, hər şeyi doğru deyəcəm! Mənə inanmağın üçün nə edim axı? Təkcə onu deyə bilərəm ki, əgər Hakop bunları danışdığımı bilsə, məni əsla sağ buraxmaz. Ən dəhşətli əzabla öldürər. Başqa necə inandırım axı? Yenə inanmırsan? - yalvarış dolu baxışlarını onun üzünə dikdi.
Sergey sakit tonda əmr etdi:
− Danış hər şeyi!
− Sən türksən, Sergey, azərbaycanlısan! Özün də Sergey yox, İsmayılsan!
Yox, nə qədər təmkinli olsa da, bu Sergeyi doğrudan lərzəyə gətirdi. İnansa da, inanmasa da, artıq ona elə bir sirr açılmışdı ki, düzgün eşitmədiyini zənn etdi. Qulaqlarına inanmadığı üçün təkrar soruşdu:
− Nə dedin?
Nataşa qətiyyətlə onun düz gözlərinin içinə baxdı:
− Azərbaycanlısan! İnan mənə. Bunu Abovyan, Movses, bir də Hakopdan başqa heç birimiz bilmirdik. Amma gəldiyiniz gün sən anbardan çıxandan sonra, Hakop məni saxladı. Biz də həqiqəti eşidəndə çox təəccübləndik. – udqunub yenə dodağını islatdı – Səni Xocalıda əsir götürüblərmiş. Ailənin üzvlərindən səndən başqa bir də nənən sağdır. Hakop dedi ki, əsirlikdə hər dəfə məni görəndə “nəvəmi sən öldürdün” deyib, çığırır, qarğış edir. Sergey udqundu, özünü tamam itirdi. Danışa bilmədi, əlilə Nataşaya susmağı əmr etdi. Dəhşət onu bürümüşdü. Hə, özüdür ki var, çox gözəl xatırlayır o qadını. Neçə dəfə Hakop onu döyməyi əmr etmişdi Sergeyə. Özü də baxıb, ürəkdən gülürdü. Birdən-birə özünə yazığı gəldi. Bədəni süstləşdi. Nənəsi, yazıq nənəsi. Heç ağlına da gəlməyib ki, yasını saxladığı nəvəsi ona əl qaldırır. Taleyin qəribə oyununa bir bax. Yox, bunda yalnız şeytan əli ola bilərdi. Hakop lap iblisin özü imiş!...
Nataşa ağladı:
− Sergey, inan mənə, hamısını...
− Danış! – bu dəfə gözündən qığılcım yağırdı.
Nataşanın dili topuq vurdu:
− Hə, həə... Nənəni elə... Bildin da, əsirlikdədir. Qalanları barədə heç nə bilmirəm. Hə, birdə anan... – bir az susdu.
Sergey cəld döndü:
− Danış hər şeyi!!!
− Deyir, çox gözəl qadın olub. Lap çox... Hakop onu ələ keçirmək istəyib, amma anan ələ keçməmək üçün bıçağı ürəyinə sancıb. Hakop səni də öldürmək istəyib. Əvvəl ağlamısan, amma Hakopu görəndə sakit olub düz gözlərinə baxmısan. Amma nəsə qəribə baxmısan. Bilmirəm o alçaq onda nə düşünüb, amma bu gün üçün səni aparıb erməni kimi böyüdüb. Hətta Abovyanla mərc gəliblərmiş. Yəni... Sergeyin dəhşət, dözülməz nifrət, qəzəb, əzab dolu gözlərini görüb bir anlıq susdu və sözünü bitirdi:
− Yəni Hakop atan yox, ailənin qatilidir! Səndən istifadə edib öldürmək istəyir. Mənə əmr verilib ki, sabah bombanı səni
gözləmədən işə salım... İnan mənə Sergey, qaçaq. Qaçaq burdan! Bezmişəm, iyrənirəm bunlardan. Mənim də atam azərbaycanlı olub. Çox yaxşı insan idi. Məni lap çox istəyirdi. Sizə nifrət etmirəm, heç vaxt da eləməmişəm. Mənim də atamı Abovyan öldürüb, qatillər içində qalmışam. Həmişəlik gedək burdan, yalvarıram sənə. Axı niyə susursan? Bayaqdan qanla dolmuş gözlərini bir nöqtədən çəkməyən, yumruqlarını bərk-bərk düyünləmiş Sergey kiplənmiş dodaqlarını quru-quru tərpətdi:
− Saat neçədir?
Nataşa təəccüblə saata baxdı:
− 3-ün yarısı.
Sergey yumruğunu zərblə oturacağa çırpıb, ayağa qalxdı. Hər şey, bütün səhnələr gözləri önündə bir-birlərini əvəz etməyə başlamışdı. Hər dəfə atasının hirslənən kimi ona “düşmən” deməsi, Abovyanın atmacaları, Zoyagilin sonradan gözlənilməz dəyişikliyi, onun Rusiyadakı xüsusi hazırlıqları, mənalı baxışmalar, Hakopun qəribə nəzərləri – hamısı, hamısı indi aydınlaşmağa başlayırdı...
Hirslə geriyə baxmadan addımladı:
− Evə gedirik.
Nataşa dəhşətlə dilləndi:
− Nə? Heç vaxt! Mən ora qayıtmayacağam.
Sergeyin qaşları səyridi. Hiss olunurdu ki, özünü ələ almaqda çətinlik çəkir:
− Gedək evə, sənə heç nə olmayacaq!
Nataşa ağlamağa başladı. Çox qorxurdu. Sergeyin qolundan bərk-bərk tutub yalvarmağa başladı:
− Sergey, yalvarıram, ölümü gözə alıb qayıdardım. Amma özündən xəbərin yoxdur. Sən heç cür dayana bilməyəcəksən.
İkimizi də öldürəcəklər.
− Yox, Nataşa, yox! Öldürməmiş ölməyəcəm!
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Olimpiya oyunlarından YENİLİK
Uşağın böyüməsi və inkişafı
Səhərədək telefona baxdı, kor oldu-FOTO
Son model ayaqqabı modelləri
Geyimlərdə zəif görünmə yolları
Kələm haqqında bilmədiklərimiz
Ermənistan tərəfi dövlət sərhədində mövqelərimizi atəşə tutur - RƏSMİ
Azərbaycanda mütailə avtobuslarının yaradılmasına başlanılır
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO
Evdəki vasitələrin möcüzəvi təsiri
Sabunla üz yumaq zərərlimidir?
Sobada badımcan dolması (foto-resept)
20 min illik işıq transformatoru tapıldı: Elmi nəzəriyyə alt-üst oldu
110 min dollarlıq maşını qəpiklə aldı
Payızda saçları gücləndirmək üçün nə etməli?
Qar yağacaq
102 gündən sonra yenidən koronavirus aşkarlanan ölkədə qadağalar başladı
Roma Papası Ermənistanda
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Artur Şopenhauer - Dünya iztirabları
Türkiyədə Xocalı abidəsi
Bir udum havaya həsrət
Susuzluğun bədənə təsirləri və nəticələri
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Mətbəxiniz üçün modern fikirlər
Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ
Quru əlləri necə nəmləndirməli?
Kardi B hər kəsi təəccübləndirdi-FOTO
Georq Fridrix Hendel
İnstagram-da yarımçıq YENİLİK
Eşqinizi canlı tutacaq 7 məsləhət
Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı
Oxumamaq dərdi: buna görə əsəbləşməyə dəyərmi?
Orta imkanlı amerikalı necə yaşayır? - FOTOSESSİYA
İlham Əliyev, Putin və Paşinyan görüşü “Haber Global”da - VİDEO
Azərbaycanda üçəm uşağı doğulan ailələrə şad xəbər
“Meyiti yandırılan” kişi evə qayıtdı
Saç qırıqlarından xilas olmaq üçün...
Ətli bağlama (foto resept)
Bu qadın 40 ildir adada tək yaşayır!
Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO
Kremli qurabiyə (foto-resept)
Gicitkən şorbası (foto resept)
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Qırışlar əleyhinə kremi özünüz hazırlayın
Kosmosda peçenye bişirdilər - VİDEO
15 ay işlədi – 58 milyon qazandı
Günün ulduz falı
Bir il sonra dünya ilə toqquşacaq
"Mourinyo futbol üçün böyük təhlükədir"
- ŞƏRHLƏR