Hələ heç kəs onun-Gülərin səsini eşitməmişdi.Buna görə də hamı onu lal hesab edirdi.Hətta bəziləri deyirdilər ki,guya o xəstədi.Ruhi xəstə.Son zamanlar onun halındakı dəyişikliklər belə düşünməyə əsas verirdi.Özünü çox qəribə aparırdı.Uzaqdan bir adam görən kimi qaça-qaça uzaqlaşırdı.Zahirən çox gözəl olsa da onunla bir qız kimi maraqlanan yox idi.Kimə lazım idi axı lal xəstə qız.Ona yalnız mərhəmət hissi ilə baxa bilərdilər ancaq.
Gülər əslində tənha deyildi.İndi onun həmdəmi,dərd yoldaşı,sirdaşı Dəniz idi.Aylı gecələrdə isə ulduzlar.
Gülər kimsəsiz də deyildi.Valideynləri də sağ idi,hələ bacı-qardaşı da.Ancaq bir neçə ay əvvəl ailəsindən ayrılmış,buraya,”İlk məhəbbətinin doğulduğu” bu yerə,sahilə gəlmişdi.Onun hardan gəldiyini də heç kəs bilmirdi ki,valideynlərinə xəbər edəydilər.Qohumları onu tapdılar,valideynləri də onu aparmağa gəldi.Gülərsə getmədi.Nədənsə ata-anası onun istəyinə qarşı çıxmaq istəmədilər.Buraya gələn gündən onun danışdığını ilk dəfə görürdü onun yeni “qonşuları”.Görünür ki,nə nə lal ,nə də ruhi xəstə deyilmiş.Qızcığazın başqa dərdi varmış..Həmişə susmasının səbəbi-ünsiyyətdən qaçması,heç kimə dərdini demək istəməməsi idi.”Çox gözəldi.Heyf ki...bu gənc yaşında amansız xəstəliyə tutulub”-sözlərini eşitməkdən,ona yazığı gəlmələrindən bezmişdi.Elə buraya gəlməkdə də məqsədi o idi ki,ilk görüş yeri olan Dəniz həm də onun son mənzili olsun.Nəhayət ki,həmin gün gəlib çatdı.Bu gün o son mənzilə köçəcəkdi.Özü özünə vermişdi bu ölüm hökmünü.Onsuz da bu xəstəlik onu tamam üzmüşdü.Özü könüllü getməsə belə xəstəlik aparacaqdı onu.Bir neçə saatı qalırdı.Qəribə də olsa bir neçə saatdan sonra bu acılı-şirinli xatirələrlə dolu həyatının sona çatdığını bilsə də kədərlənmirdi.Axı nəyə kədərlənsin ki,o deyilmiydi bir zaman,sevdiyinddən ayrıldığı gün özünə ölüm arzulayan?Artıq arzusuna çatacaqdı.Bir anlıq fikrə getdi.Bir neçə saata nə edə bilərdi axı?Öz sualına cavab da tapdı-Dənizə getmək.Həyatının acılı-şirinli günlərini bir-bir xatırlamaq..sonra isə..Ehh.Tərslikdən hava da qaralmağa başladı.Dünənə qədər axşamın düşməsini,ulduzların gəlişini səbirsizliklə gözləyirdisə bu gün bu urəyincə olmadı.Ölməkdən yox,gecə ölməkdən qorxmuşdu həmişə.
Uşaqlıq illəri gəldi gözünün önünə.Nənə-baba yanında keçirdiyi qayğısız illərini xatırladı.İlk nəvə olduğu üçün nənəsiylə babası anadan olandan onu buraxmamış,öz yanlarında saxlamışdılar uzun muddət.Hər kəsin həyatında xoş keçən uşaqlıq dövrü onunçün də elə idi.Amma həyatının nağıla oxşar ən maraqlı günlərində belə yadında qalan,xatırladıqca qəlbini hələ də sızladan anlar yox deyildi.2-3 yaşı olanda nənəsi ona bir toyuq cücəsi bağışlamışdı.Meylini o cücəyə saldı.Bu onun həyatında sevdiyi ilk canlı oldu.Özüylə bir yerdə yatirdırdı cücəsini də.Bir günsə yuxudan oyananda yanında görmədi onu.Çox axtarandan sonra quyuya düşüb öldüyünü eşitdi.Çox pərişan oldu.Bu onun həyatında ilk itki oldu.Kiçicik qəlbi ilk dəfə idi bu qədər sızlayırdı.6 yaşında da babası ona yeni doğulmuş buzov bağışladı.Buzova çox maraq göstərdi.Öz yatdığı otaqda saxladı,öz əliylə yemini,suyunu verdi.Babası öyrətmişdi hamsını.Bir neçə gündən sonra onu da “itirdi”.Yenə illər keçdi.Daha nənə-babası ilə yox,vadlideynləri ilə yaşayırdı.Böyümüşdü.Yaraşıqlı,həm də çox şirin idi.Onu sevənlərin sayı gündən-günə artırdı.Həmin gün onlardan birinə qəti olaraq “Yox”cavabı verdiyi üçün gənc initihar etmişdi.Təsadüfən sağ qalsa belə qız özünə nifrət edirdi.Hələ bu başlanğıc imiş.Bir neçə il sonra bəyəndiyi bir oğlanın da taleyi buna oxşar oldu.Rusiyada öldürüldü.(orda yaşayan bir erməni tərəfindən)Bu hadisəni unudub yenicə özünə gəlib yenidən sevmək istəyirdi ki,o adam da dənizdə boğulan 3 uşağı xilas edərkən özü də dənizin dalğaları arasında qeyb oldu.Həyatına da,sevgiyə də nifrət edirdi artıq.Özünü uğursuz hesab edirdi..Seçdiyi 3-cü adamın ölümündən(daha doğrusu onun da öldürülməsindən) sonra çox qorxmağa başladı.Birdən yenə birisini sevsə..canından çox sevsə..bəs o zaman ona da bir şey olsa??Özünə söz verdi ki,daha sevgi barədə düşünməyəcək,bu hissi yaxın da buraxmayacaq.
Neynəsin ki,Sevgi sifarişlə gəlmir və nə də ki,qovsan da getmir.O sevdi..Sevdi və ilk gündən yenə əvvəlki qorxulu fikirləri,uğursuzlugu,sevdiyinin öləcəyi haqqında beyninə saldığı fikirlər onu rahat buraxmadı.Elə bu fikirlər,həyəcan,depressiya,stress onu fikirləri kimi bu qorxunc xəstəliyə dücar etdi.Özü də hardansa eşitmişdi ki-bu xəstəliyin səbəbləri dəqiq bilinməsə belə belə xəstələrin hamısı bədbəxt,həyatı xoş keşməyən insanlardı.
Bu günsə Onu tanıyandan ilk dəfəydi ki,qorxmurdu.Bir neçə saatdan sonra gözlərini əbədi olaraq yumacaq.Öz ölümüylə həyatından çox sevdiyi insanın ölümünə mane olacaqdı.Hər halda o belə düşünürdü.Beyninə yeritmişdi bu məntiqsiz fikri.Düşüncələrinə ara verdi bir anlıq..Başını qaldırıb səmaya baxdı.Dərd yoldaşı,həmdəmi olan ulduzlar görünməkdə idi.Onun ən çox izlədiyi o ulduz da ordaydı.Ayın lap yanındakı o balaca ulduz da.Gözləri yaşardı.Bu gecə onun ulduzları,o Ayla-ulduzu seyr etdiyi son gecəydi.Hardansa oxuduğu cümləni xatırladı-“Yalnız sevgi insanı ölümündən sonra belə yaşadır.”Bu sözlərdən bir az içi isindi.Təsəlli tapdı.Sevgilisi də buna oxşar belə bir söz demişdi-“Unutma,harda olsan da həmişə içimdə olacaqsan..”.
Yavaş-yavaş hava açılırdı.Gün çıxmaq üzrəydi.Demək vaxt idi.Gülər oturduğu yerdən qalxıb irəliləməyə başladı.Bir əli ürəyinin üstundə,dodaqları isə bir zaman çox sevdiyi bir şerdən yadında qalan bu misraları pıçıldayaraq irəliləyirdi-
Dalğalar,dalğalar,mavi dalğalar,
Məni dinləyin siz,dərdi-sərim var.
Dalğalar,coşmayın,durun nə olar,
Sizə deyiləsi çoxlu sözüm var...
Dalğalar onu çağırırdı.Gülər də dalğalara tərəf addımladı.Üzündə təəssüf bildirən ifadə vardı.Son arzusu ürəyində qalmışdı.Ölərkən son dəfə sevdiyini görmək,onun qolları arasında can vermək ona qismət olmadı...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
“Twitter” psixi pozuntusu olan insanları tanıyır
Məktəbə uyğunlaşmanı necə asanlaşdırmalı?
Bu günün hava proqnozu
COVID-19-un daha yoluxucu hala gəldiyi AÇIQLANDI
44 min insan koronavirusdan şəfa tapıb
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
Granola (foto-resept)
Şəhər sakinləri “həşərat istilası”nın əsarətində - VİDEO
Azərbaycanı İrəvanda təriflədilər
Günün ulduz falı
Putinin Qarabağ səyləri
Brend çanta modelləri
Kanye Uestdən qəribə açıqlama
Eşq
Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
Alışdığımız görünüş, yoxsa reallıqmı?
Bu nənəni 2 milyon nəfər izləyir - FOTO
Həyatını mobil telefon qutaran əsgərin ailəsi danışdı - VİDEO
Arzuların arzusu
“Biz qayıdırıq, gözlə, Xocalı!” - VİDEOÇARX
Hər gün qatıq yesəniz...
Ağılı başdan alan virus tapıldı
450 gün açıq kosmosda qaldı, məhv olmadı
Yay üçün donlar
3 il boyunca "hamilə olan" qadın
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
Zövqlü don modelləri
3500-cü ildən gələn qadın:"Yadplanetlidən hamilə qalmışam”
İran Ermənistan arasında mərmi qalmaqalı
Barış Arduç “Çukur”da
Hər gün 1 qaşıq zeytun yağı yesəniz...
Özbək şorbası (foto resept)
Aktauda Heydər Əliyevin xatirəsi yad edilib
Pulu qənaətlə necə xərcləməli?
Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir?
"Traktorsazi"nin yeni baş məşqçisi var
Ebola məğlub olur
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Gələn ay qeyri-iş günlərinin sayı açıqlandı
Harri və Meqan 15 milyonluq villaya köçdülər
Cardi B son halı ilə QORXUTDU-FOTO
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Günün ulduz falı
Selena Gomezdən yeni FOTOsessiya
Çox sevildiyi üçün boşanmaq istəyir-Qadından qəribə addım
İspaniyadan Azərbaycana Qarabağ dəstəyi
Bakının mərkəzində "ayı" peyda oldu
İnsanlığın öldüyü yer
Yazmağı öyrənirəm - 5
TQDK bu gün cavabları elan edəcək
- ŞƏRHLƏR