
"Zaman çapır öz atını!" Səməd Vurğun.
Zaman dedikdə nəyi nəzərdə tuturuq?
İnsan üçün ən zəruri olan anlayışlardan biri də zamandır. Biz deyirik: "Bu, dünən baş vermişdir, o sabah olacaq". Hadisələrin ardıcıllığı, onların əvəzlənməsi, bizim üçün zamanda əks olunur. Zaman-hər şeyi çəkib aparan axındır.
İ.Hötenin "Faust" faciəsində "Dayan, ey anım, sən gözəlsən!" - deyə çağıran qəhrəman kimi, digər insanlar da zamanın axarını kəsmək, onu saxlamaq, arxaya döndərmək gücündə deyillər. Bizim dünyamızda zaman dönməz, birölçülü olub, keçmişdən gələcəyə doğru istiqamətlənmişdir. Lakin çox inanamaq istəyirsən ki, Kainatda dünyalar var ki, orada zaman bizdəki kimi axmır. Zamanın dönməzliyi problemi müxtəlif dövr mütəfəkkirlərini maraqlandıran ciddi məsələdir. Məsələn, qədim yunan filosofu Fales demişdir: "Zaman hər şeydən müdrikdir, çünki o hər şeyi aşkarlayır". Həqiqətən də biz zamanla yalan və yanlışlığı aydınlaşdırır, maskalar arxasında gizlənmiş rəzalət və şöhrət düşkünlüyünü dərk edirik. Bütün sirrlər gec-tez aydınlaşır. Zaman dostluğu, etibarı, həqiqəti, sadiqliyi sınaqdan keçirir, itkilərin yarasını sağaldır. Tez-tez belə sözlər işlədirik: " Hər şeyin zamana ehtiyacı var".
Zaman biristiqamətli, dönməz bir varlıqdır. Zaman bir daha təkraralanmır. Lakin biristiqamətli zaman daxilində hadisələr təkrarlana bilər. Ona görə də Nizami yazır:
Ən uca nöqtəni aşarsa bir xətt,
Öz əski halına meyl edər, fəqət.
Fikir nə zaman ki, son xəttə çatar,
Dayana bilməyib geri qayıdar.
Təkrar dolansa da öz dövrəsinə.
Birinci nöqtədə dayanar yenə.
Zaman ölçüsü. Təqvim.
İlk təqvimlər uzaq keçmişdə meydana gəlmişdir. Onların vətəni qədim iki çayarası (Mesopotamiya) və Misirdir. Əvvəlki təqvimlər yöndəmsiz və təqribi idi. Çünki yaddaş və müşahidələr təbiət hadisələri əsasında qurulmuşdu.
İlk təqvim Ay təqvimi olmuşdur. O, Günəş sutkasından daha böyük zaman kəsiklərini ölçməyə imkan verirdi. Başqa sözlə, yəni Aydan o biri yeni Ayın başlanmasınadək bir ay vaxt ölçmək - "otuz günəş" ölçməkdən daha asan idi. Qədim Şumer ölkəsində kahinlərin astronomik müşahidələri nəticəsində ilk Ay təqvimi yarandı. Bu təqvim üzrə ilin uzunluğu 354 gündür. Çatışmayan 11 gün ilin sonunda 13-cü ay kimi əlavə olunurdu. Bu təqvim çox mürəkkəb idi. Çünki təkcə Günəş və Ay hərəkətlərinə əsaslanmırdı. Başqa planetlərin hərəkəti haqqında bilikləri də əks etdirirdi. Şumer kahinlərinə beş planetin adı məlum idi. Ona görə də həftənin beş günü bu planetlərin adı ilə adlanırdı. Bir çox xalqların dillərində həftənin günlərini ifadə edən qədim planet adları indiyədək qalmaqdadaır. Qədim yunanalar və romalılar Ay təqvimindən istifadə etsələr də onlarda həftə yox idi. Çox sonralar onlar bunu şumerlərdən öyrənmişdilər.Şumerlərin Şabatı romalılırda Saturna çevrilmişdi. Bu planet iş görmək üçün yaxşı əlmət hesab olunmadığından romalılar şənbə günü istirahət edirdilər.
İlk Günəş təqvimini Misir kahinləri tərtib etmişdilər. Bu təqviminə əsasən il 365 gün, hər dörd ildən bir isə 366 gün hesablanırdı. İl dörd fəslə və 12 aya bölünmüşdü. Təqvimdə artıq qalan 4 günü isə misirlilər bayramlar keçirərdilər.
Ayin Yer, Yerinsə Günəş ətrafında dolanma vaxtı tam ədədlə ifadə olunmadığından təqvimlərdə həmişə dolaşıqlıq olurdu. Romada Qay Yuli Sezarın əmri ilə Yuli təqvimi adlanan təqvim tərtib olundu. Bu təqvim Misir təqvimi əsasında tərtib olunmuşdu. 1582-ci ilədə isə Roma papası XIII Qriqori tərəfindən Qriqori təqvimi tərtib edildi. İndi ilin ümümi uzunluğu Yerin Günəş ətrafında dolanma müddətinə daha dəqiq uyğunlaşdırılıb. Dörd ildən bir uzun ilin tətbiqi yanlışlığı aradan qaldırır. İlin başlanğıc tarixi isə şərtidir. Bu şərtilik bəzi adamlarda çaşqınlıq yaradır. Çoxları bilmir ki, niyə 2000-ci il üçüncü minilliyin başlanğıcı olmalıdı. Çünki onlar hər şeyin başlanğıcını sıfırdan götürməyə meyillidirlər. Biz indi təqvimdə öz dəqiqliyimizlə öyünürük. Ancaq qədim şumerlər Ayın dolanma dövrünü yarım saniyə dəqiqliklə hesablamışlar. Mayya kahinləri isə Günəş ilinin uzunluğunu heyratamiz dəqiqliklə müəyyən etmişdilər. Onlar yalnız 18 saniyə xətaya yol vermişdilər.

Təqvim bizim gündəlik həyatımızdır. Bu təqvim vasitəsilə günlərin, həftələrin, ayların və illərin bir-birini əvəzləməsini izləyə bilirik. Təqvimə nəzər salsaq, orada qırmızı rənglə verilən günləri görə bilərik. Təqvimdə qırmızı rənglə verilən günlər bizim dövlətçilik və milli-mənəvi dəyərlərimizdən irəli gələn bayramlar və istirahət günləridir. Bayramlar xalqımızın və dövlətimizin taleyində çox böyük rol oynamış hadisələri göstərir. Məsələn: 28 may - Respublika günü, 15 iyun - Qurtuluş günü, 26 iyun - Milli Ordu günü, 20-21 mart - Novruz bayramı və s.
Lakin elə günlər də vardır ki, onlar təqvimdə qara çərçivəyə alınmışdır. Bu 20 yanvar günüdür. Həmin gün dünyada özünü "sülhün carçısı" elan etmiş bir dövlətin ordusu Bakı şəhərinə təcavüz etmiş, öz vətəndaşlarına misilsiz qəddarlıqla divan tutmuşdur.
XƏBƏR LENTİ
Azərbaycanda ev şəraitində 83 uşaq doğulub - 6 AY ƏRZİNDƏ
Dohada çəkilən ilk türk serialı
Dilan Çiçək anası ilə-FOTO
İsti hava şəraiti davam edəcək
Bakı sakinlərinə XƏBƏRDARLIQ- Aprelin 18-dən etibarən...
Günün qoroskopu: qəfil gəlir ola bilər
"Kurtlar Vadisi"nin məşhur aktyoru VƏFAT ETDİ - FOTO
Azərbaycanda evdə müalicə qaydalarını pozan koronavirus xəstələri cəzalandırılacaq - FOTO/VİDEO
Yağ: bu qədər qorxu hardandı?
Sabahın HAVAsı
Daşınan sensor vücudu yoxlayacaq
4 uşaq anası vampirə "çevrildi"-FOTO
“WhatsApp”da MÖHTƏŞƏM - YENİLİK
Neftçi" Avropa Liqasında!
Marui Michinin ərzaq illustrasiyaları
“YouTube” təhlükəli videoları qadağan etdi - VİDEO
Dəbli geyim nümunələri
Özünü kişi cildinə salan məşhur aktrisanı tanımadılar - FOTO
Sentyabrda 4 gün iş olmayacaq
Qadınların ən təhlükəli sözləri
Soba alarkən diqqət edin
Sabah QAZ OLMAYACAQ!
Sağlam saçlar üçün bəzi məsləhətlər
Müəllimlər ixtisara düşür?
Göyərtilərin faydalı xüsusiyyətləri
8103 SMS icazə sisteminin qüvvədə olma müddəti uzadıldı - RƏSMİ
Beren Saat göz yaşlarını saxlaya bilmədi
Rəhbərlik bunları sevmir
Hava haqqında
Dünyanın ən gözəl əkiz bacıları - FOTO
Kələm maskası
Paytaxtın əsas magistral yollarında sürət həddi ENDİRİLDİ
Kuboku kim oğurlayıb?-VİDEO
İlham Əliyev yaralı hərbçilərimizə səsləndi: “Maskanı çıxarın, hamı sizi görsün” - VİDEO
Xərçəngdən sağalan qız
Gözəl ayaqlara necə sahib olaq?
Portagal qabıgından əl işləri
Türkiyə tankları Suriyaya girdi
Azərbaycan əsgərindən vətənpərvər şeir parçası - VİDEO
“Cücələrim”in bəstəkarının ad günüdür
Dəhşətli proqnoz: milyardlarla insanın həyatı təhlükədədir - VİDEO
Azərbaycan tarixindən yüz şəxsiyyət-12
Necəsiniz?
Kök qadınlar necə geyinməlidir?
Türkiyə sənətkarlarının tarixi şəkilləri
Xırda qəpikləri götürmürlərsə-CƏZA
Yağ yandırmağa kömək edən çaylar
Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - VİDEO
Ərəb rəqsinin texnikası
Dodaq yemə vərdişi















- ŞƏRHLƏR