Müasir qadınların əksəriyyəti bədən formalarına fikir verirlər. Hətta bəzən bədən forması ideal olanlar da arıqlamağa cəhd edir. Və bu ideallığı qorumaq üçün çaxnaşmaya düşənlər var. Bəs niyə belə olur? Nə üçün o cəmiyyətdə yolverilməz şey kimi qəbul olunub?
Hər bir insan qamətli olmağı istəyir. Amma belə çıxır ki, bu arzu yer kürəsindəki qadınların tən yarsının əsas həyat məqsədinə çevrilib. Britaniyalı psixoterapevt Em Farrellin araşdırmalarına görə, 80% qadınlar pəhriz zamanı qaydaları pozurlar. Sadəcə 50% pəhrizin cədvəlinə düzgün əməl edə bilir. Psixoterapevt araşdırmalarında iştirak edən 20-30 yaş arası qadınlardan belə nəticəyə gəlir ki, yaxşı bədən quruluşu olan qadınların 70%-i buna baxmayaraq arıqlamaq istəyir və daima hər hansı bir pəhriz ilə özü arasında bir uyğunluq tapır.
Qadınlar əmindilər ki, onların həyatdakı uğurları birbaşa çəkiləri ilə əlaqəlidir. Həm qarşı cins, həm də cəmiyyət baxımından. Allah eləməmiş bir sınasalar kökəlməyi o saat rədd cavabı alacaqlar hamıdan. Bir çoxları bu baxımdan mediyanı günahkar edir, hər şeyi seksual, cəzbedici, parlaq təqdim etməklə cavanlıq və gözəllik anlayışına sitayiş güclənir.
Bədən rəqabəti
Bura necə yanaşmağımızdan aslı olmayaraq ümumi və sabit biliklər daxildir: ideal bədən formalı kişinin yanında bədən ölçüləri manikenlərlə müqayisə olunacaq qadın durmalıdır. Bu steroitip hardan formalaşıb və nə dərəcədə həqiqətə uyğundur? Bu fikir həm sosioloji, həm də bioloji fonda formalaşıb- deyə sosial psixoloq Yuliya Fedotova qeyd edir- ilk növbədə biçimli bədən forması cavanlıqla əlaqəlidir. Kişinin yanında olan gənc qadın onun cavanlıq gücündən xəbər verir. Əlavə olaraq zərif, incə qadın kişinin hakimiyyətini varlığından, üstünlüyündən, qadını himayəyə almaq gücündən xəbər verir. Beləliklə də bu zaman kişi özünü daha özünəinmılı, güclü hiss edir.
O ki qaldı bioloji amilə, incə qamətli qadınlar şüursuz şəkildə azad, sağlam, aktiv təsir bağışlayır.
Yəqin ki, qadınlar da eyni prinsipdən yanaşırlar məsələyə özləri üçün cazibəli, qamətli sevgili axtaranda. Belə çıxır ki, kişilərin diqqətini çəkmək bu qədər asandır? Bu ola bilsin ki, qadınların iddiasını qismən ödəyir. Lakin bunlardan heç biri uzunmüddətli münasibət qurulacağına, xoşbəxt və firavan yaşaya biləcəyinə, və ümumiyyətlə qadınların istədikləri, arzu etdikləri həyatı yaşaya biləcəklərinə zəmanət vermir. Hisslərə əsaslanan kişi yeni təcrübələr axtarışında olacaq.
Reallığın təhrif olunması
Qadınlar üçün ümumi surət daha vacibdir nəinki bədənin hər hansı bir ölçüsü.
Hər bir qadının həyatında elə bir gün olur ki, özünü kök hiss edir. Bu onların obyektiv bədən ölçülərindən asılı olan bir şeydir. Məsələn 34 yaşlı xanım etiraf edir ki, “əgər fikirləşsək ki, gün ərzində neçə dəfə güzgü qarşısına keçib “mən kökəm” deyirəm, nə qədər bu barədə eşidib, bu barədə düşünürəm onda təsəvvür etmək olar ki, mən dəliyəm.”
“Adətən özümü yağlı hiss edirəm, əgər bir gün əvvəl nəzarəti itirib qadağan olunmuş nəsə yesəm- 26 yaşlı xanımın fikirləri- məntiqi cəhətdən bilirəm ki, bir dəfə ilə bədən piylənməz amma yenə də özümü piylənmiş kimi hiss edirəm. “
Bəziləri sanki hipnoz edirmiş kimi, hər gün bədənlərinin demək olar ki, hər orqanını, hər nöqtəsini nəzərdən keçirirlər. Onlara qarınları, ombaları, arxaları çox iyrənc görünür. Psixoloqlar seleqtiv diqqət kimi dəyərləndirir. Insan bir yerə bütün diqqətini verəndə çatışmazlığı şişirdilmiş formada görür. Belə çıxır ki, bu qadınların mənfi emosiyalarını ifadə edən özlərinəməxsus amillər bunlardır: Özünə inanmamaq, özünü günahkar bilmək, həyatından narazı qalmaq.
Kişilərdə isə özünü nəyisə sındırmaq, dağıtmaq, aqressiv olmaqla büruzə verir. Maşını sürətlə sürüb bir yerə vumaq istəyirlər. Qadınlar isə özlərini bir dilim tortla cəzalandırırlar.
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR