Bu sadəcə məktub deyil, həm də qəlbimin sənə üz-üzə demək istəyib də deyə bilmədiyi sevgi hekayəsidi. Bu məktubu oxuduğunda hiss edəcəyin şeylər çox önəmlidir. Əgər hər sətrini oxuyanda qəlbinin üsyanı ilə gözlərindən gələn yaşlar məktubu isladırsa, o zaman bütün qəlbimlə həyatı boyu səninəm. Yox, əgər bu məktuba kağız üzərində yazılı bir-iki sevgi sözü deyib keçəcəksənsə bu sevgi deyil və bütün ümidlərimin sonudur, hansı ki, onları yaşadan sən idin. Bu zaman mənə ölməkdən başqa çarə qalmır. Əslində ölüm də məni qorxutmur sənsizlik qədər. Mən səni gerçək bir eşqlə sevirəm hansı ki, bunu çox az adam hiss edə bilir. Sevdiyi adamı ilahiləşdirən, sevgisi uğrunda düşdüyü hər çətinliyi zövq halına gətirən eşqdir, mənim sənə olan sevgim...
Səni qısqanmamaq əlimdə deyil. Qısqanıram! Kimə mi? Hər kəsə! Sənə baxan bütün gözlərə, sacının telinə belə. Mən səni belə bir gerçək eşqlə sevirəm. Bəlkə də bu məktubdan sonra çox şey dəyişəcək. Dəyişməyən tək bir şey olacaq- O da sevgim. Sənə olan eşqim heç vaxt məni tərk etməyəcək, öldüyümdə belə ruhumla yaşayacaq sevgim. Hər yazdığım sözdə, hərfdə əbədi həkk olursan qəlbimə, çünki bunlar adi sözlər deyil, neçə illər səni bezmədən, yorulmadan sevən, bundan da sonra sevəcək olan qəlbimin təsviridir. Bəlkə də bir-iki nəfərin xaricində məni heç kim düzgün qəbul etməyəcək. Eşqi şəhvət hissi kimi qəbul edənlər məni anlaya bilməzlər. Artıq ruhumu, qəlbimi bütün çılpaqlığı ilə açdım sənə...
A......., sənin cavabın çox önəmlidir mənim üçün. Bu cavabın çox şeyi dəyişdirəcək , bundan sonrakı həyatımın başlanğıcı olacaq. Bəlkə də balaca bir bulud kimi həyatımda qopacaq böyük fırtınaların xəbərçisi olacaq. İllər öncə səni görüb aşiq olduğumda, bəlkə də sarsıntılarla dolu həyatımın xəritəsini çəkməyə başlamışdım yaşadığım hər hadisədə. Yazdıqlarımdan sənsizliyi qəbul etmiş kimi görünə bilərəm, bu çox təbiidir, çünki səni sənsizlikdə sevdim, heç vaxt yanımda olmadan sevdim. Bəlkə də yenə yalnızlıqda sevməyə davam edəcəm, amma heç vaxt xəyallarımda, düşüncələrimdə sənsiz olmayacam, bu mənə əbədi bədbəxtliyin bahasına başa gəlsə belə. Mən səni fiziki sevgiylə yox, mənəvi dəyərlərə söykənən bir eşqlə sevdim. Cavabını bildiyim üçün cavabını gözləmədən Ə L V İ D A....
XƏBƏR LENTİ
Canlıların təbii "kompasları"
"Göbələk" peçenye (foto resept)
Facebook-da şərhlərdən şikayət olacaq
Sən getdin...
Təhsil Nazirliyindən milli qiymətləndirmə ilə bağlı AÇIQLAMA
1 Apreldə Göygöl Milli Parkında "Açıq qapı" günüdür
Körpə nə üçün ağlayır?
İşgüzar adamlar üçün həftəlik ulduz falı
iPad Air-in istehsal dəyəri azalıb
Şəhid əsgərimiz dəfn edildi
Madonna Konsertlərini Ləğv etdi-SƏBƏB
Harri və Meqan Markl koronavirusdan belə qorunacaq
Rusiyaya getmək istəyənlər mütləq oxusunlar
Kəsmikli peçenye "Qızıl gül" (foto resept)
Qar yağacaq - XƏBƏRDARLIQ
Ermənistanla bağlı qərar verildi - Yayım Birliyinin açıqlaması
Kürdəmirdə 67, bir kəndində 21 nəfər koronavirusa yoluxub - RƏSMİ
Gəlinlərimiz üçün maraqlı saç düzümləri
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Yaydan sonra kökəlməyin
Hicablı makiyaj ustası
İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...
Azərbaycanın orta məktəblərində qış tətili başa çatıb
Erməni nazir: "Biz Bakıya getməliyik"
Bu tərəvəzlər immuniteti gücləndirir
Müzakirə edək!
Mehriban Əliyeva: “Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun”
Şəkilləri internetdə 1575 dollara satılan Spike
Azərbaycanda ünvanlı sosial yardım işdən üstündür?
COVID-19-un müalicəsində effektli dərman tapıldı?
Ancelina Coli oğlu ilə vidalaşdı
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
Şəkər xəstəliyindən birdəfəlik xilas yolu tapıldı
Qarğıdalı-düyü salatı
Sevgilisinə evlilik təklif edən qız rüsvay oldu – Video
Tatlısəsə 600 min dollarlıq dələduzluq
Azərbaycan quş əti istehsalını 3 dəfə artıracaq
Respublika Endokrinologiya Mərkəzi bağlandı
Uşaqlarda keçid dövrü
Ehtiyatlı olun: Məşhur viskidə …böcək dərmanı!
Məşhur aktyor iflic oldu
Beyonce ölən körpəsindən danışdı
Bakı Avropaya mühüm sənəd verdi
Qeyri-adi analar
Məşhurlar arıqlama sirləri
Düşməndən daha bir təxribat: Xocavənd istiqamətinə fosfor tərkibli yük gətiriblər - RƏSMİ
ABŞ senatoru prezident İlham Əliyevi təbrik edib
Duzlu qurabiyə (foto resept)
Azərbaycanda dərman vasitələrinin qiymətini dövlət tənzimləyəcək
Amenore – aybaşı gecikməsinin səbəbləri
- ŞƏRHLƏR