Qadin.NET / Ünvanına yetişməyəcək məktub

Ünvanına yetişməyəcək məktub

Hörmətli Qadin.Net xanımlari!
Saytınızda qeydiyyatdan keçməsəm də,uzun zamandır izləyirəm və burdakı mehriban abu-hava,sizlərin səviyyəli söhbətlərinizdən dolayı hamınıza minnətdarlığımı bildirirəm.
Aşağıdakı məktubum müəyyən səbəblərdən ünvanına yetişməyəcəyi üçün sizlərlə bölüşmək qərarına gəldim.Və beləcə bəlkə rahat olaram. recourse

Bu sadəcə məktub deyil, həm də qəlbimin sənə üz-üzə demək istəyib də deyə bilmədiyi sevgi hekayəsidi. Bu məktubu oxuduğunda hiss edəcəyin şeylər çox önəmlidir. Əgər hər sətrini oxuyanda qəlbinin üsyanı ilə gözlərindən gələn yaşlar məktubu isladırsa, o zaman bütün qəlbimlə həyatı boyu səninəm. Yox, əgər bu məktuba kağız üzərində yazılı bir-iki sevgi sözü deyib keçəcəksənsə bu sevgi deyil və bütün ümidlərimin sonudur, hansı ki, onları yaşadan sən idin. Bu zaman mənə ölməkdən başqa çarə qalmır. Əslində ölüm də məni qorxutmur sənsizlik qədər. Mən səni gerçək bir eşqlə sevirəm hansı ki, bunu çox az adam hiss edə bilir. Sevdiyi adamı ilahiləşdirən, sevgisi uğrunda düşdüyü hər çətinliyi zövq halına gətirən eşqdir, mənim sənə olan sevgim...

Səni qısqanmamaq əlimdə deyil. Qısqanıram!  Kimə mi? Hər kəsə! Sənə baxan bütün gözlərə, sacının telinə belə. Mən səni belə bir gerçək eşqlə sevirəm. Bəlkə də bu məktubdan sonra çox şey dəyişəcək. Dəyişməyən tək bir şey olacaq- O da sevgim. Sənə olan eşqim heç vaxt məni tərk etməyəcək, öldüyümdə belə ruhumla yaşayacaq sevgim. Hər yazdığım sözdə, hərfdə əbədi həkk olursan qəlbimə, çünki bunlar adi sözlər deyil, neçə illər səni bezmədən, yorulmadan sevən, bundan da sonra sevəcək olan qəlbimin təsviridir. Bəlkə də bir-iki nəfərin xaricində məni heç kim düzgün qəbul etməyəcək. Eşqi şəhvət hissi kimi qəbul edənlər məni anlaya bilməzlər. Artıq ruhumu, qəlbimi bütün çılpaqlığı ilə açdım sənə...

A......., sənin cavabın çox önəmlidir mənim üçün. Bu cavabın çox şeyi dəyişdirəcək , bundan sonrakı həyatımın başlanğıcı olacaq. Bəlkə də balaca bir bulud kimi həyatımda qopacaq böyük fırtınaların xəbərçisi olacaq. İllər öncə səni görüb aşiq olduğumda, bəlkə də sarsıntılarla dolu həyatımın xəritəsini çəkməyə başlamışdım yaşadığım hər hadisədə. Yazdıqlarımdan sənsizliyi qəbul etmiş kimi görünə bilərəm, bu çox təbiidir, çünki səni sənsizlikdə sevdim, heç vaxt yanımda olmadan sevdim. Bəlkə də yenə yalnızlıqda sevməyə davam edəcəm, amma heç vaxt xəyallarımda, düşüncələrimdə sənsiz olmayacam, bu mənə əbədi bədbəxtliyin bahasına başa gəlsə belə. Mən səni fiziki sevgiylə yox, mənəvi dəyərlərə söykənən bir eşqlə sevdim. Cavabını bildiyim üçün cavabını gözləmədən Ə L V İ D A....

27 may 2011
GO BACK