Narsisizm adamın özünü sevməsidir. Başqa bir deyişlə, narsisizm, adamın özü ilə əlaqədar hiss etdiyi qiymətlilik, bəyənmə, bənzərsizlik, üstünlük duyğularıdır.
Narsistik şəxsiyyət pozuqluğu insanın özünü həddindən artıq əhəmiyyətli olaraq gördüyü və davamlı olaraq təqdir edilməyi gözlədiyi zehni problemdir. Narsistik şəxsiyyət pozuqluğu olan kəslər özlərinin digərlərindən daha yaxşı olduğuna inanaraq digər kəsləri xor görməkdən qaçınmazlar. Buna qarşı bu həddindən artıq güvənin arxasında olduqca həssas bir güvən hissi və ən kiçik bir tənqidə qarşı həddindən artıq həssas olma vəziyyəti yaranar.
Narsisistik şəxsiyyət pozuqluğuna xas olan xüsusiyyətlər:
Yetişkənlik dövründə başlayan və dəyişik şərtlərdə, xülyalalarda ya da davranışlarda ortaya çıxan, başqalarından üstün olmaq duyğusu, bəyənilməyə ehtiyac duyulması...
Özünün başqalarından çox əhəmiyyətli olduğunu düşünməsi ...
Müvəffəqiyyətlərini və qabiliyyətlərini şişirtməsi…
Digərlərindən daha yaxşı olduğuna inanması...
Güc, müvəffəqiyyət, sevgi və gözəlliklə bağlı xəyallar qurması
Xüsusi və tayı bərabəri olmayan biri olduğuna və onu ancaq başqa,xüsusi ya da üstün kəslərin, anlayacağına və onlarla yoldaşlıq edə biləcəyinə inanması ...
Çox bəyənilmək istəyi...
Hər şeyə haqqının olduğunu düşünməsi ...
Əlaqələri mənfəətləri üçün istifadə etməsi...
Başqalarının duyğu və istəklərini anlamaq mövzusunda istəksizliyi...
Davamlı olaraq tərif və təqdir gözləməsi…
Sağlam bir əlaqə icra edə bilməməsi…
Özünə inam problemi…
Xüsusi olduğuna inanması və digər kəslərin duyğularını əhəmiyyətsiz hesab etməsi…
Başqalarını qısqanması və özünü qısqandığını düşünməsi...və s. Bu xüsusiyyətlərin sayı getdikcə artır.
O zaman demək ətrafınızda narsisistik şəxsiyyət pozuqluğu olan bəzi insanlar vardır. Çünki bu xüsusiyyətlər psixiatriyada şəxsiyyət pozuqluqları adı altında yer alan xəstəliklərdən biri olan narsisistik şəxsiyyət pozuqluğuna aiddir.
Adamın özünü qiymətli, bənzərsiz, əhəmiyyətli, üstün, fərqli bir adam olaraq hiss etməsi, prixoloji doyum yaradan həyatlardır. İnsanın özünü sevməsi bütün insanlara xarici olmayan bir duyğudur. Ancaq adamdan adama özünü sevmə formanının böyük fərqliliklər göstərdiyi gündəlik həyatda asanca fərq edilə bilən bir vəziyyətdir.
Bir az özünü bəyənməyin, hələ bu bəyənməyi tələb edəcək xüsusiyyətlər varsa heç qorxusu yoxdur. Hətta bu özünü dəyərsiz hiss etməkdən, əhəmiyyətsiz sanmaqdan daha çox yaxşıdır. İnsan özünü sevməli, özünə dəyər verməlidir. Lakin bu, ifrat dərəcədə özünə vurğunluq yaratmamalıdır. Amma iş yalnız özünü sevib, digərlərini sevə bilməməyə gəlincə problem olar. Narsisistik insanlar yalnız öz gücü, müvəffəqiyyətləri, gözəlliyi ilə maraqlanar. Digər insanları isə yalnız öz mənfəətləri üçün istifadə edərlər. Əslində digər insanları əhəmiyyətsiz hesab etməsinin tək səbəbi, özü haqqındakı mühakimələri,müsbət düşüncələri və özünün heç bir mənfi xüsusiyyətinin olmadığına, özünün qüsursuz olduğuna inanmasıdır.

Narsisistik adamlar, özünü hər bir şeydə üstün görüb müvəffəqiyyətə bağlı fantaziyalarla məşğul olarlar. Amma əslində onların daxilində özündən şübhə edən, kövrək, tənqidlərə dözümsüz, dəyərsiz hiss edən bir gizli yanları vardır. Onlar insanlarla səthi əlaqələr qurub, davamlı tərif istəyən, başqalarına güvənməyən, dözə bilməyən, onların zamanlarına dəyər verməyən, sərhədlərinə əhəmiyyət verməyən biridir. Onlar ictimai sahədə ümumiyyətlə, müvəffəqiyyətlidir. Onların çoxlu maraq sahəsi vardır, amma hamısı səthidir. Çətin, sağlam olmayan və təqlidçi dəyərlərə malikdirlər. Onlar bir tərəfdən yalan danışaraq maddiyyətə söykənən, nüfuza hörmətsiz bir həyat sürərkən,cəmiyyətdə özünü dürüst, həddindən artıq əxlaqlı və pula əhəmiyyət verməyən biri kimi göstərər. Belə insanların evlilikləri nizamsızdır, evlilik xarici əlaqə yaşarlar. Çünki həyat yoldaşını ayrı bir varlıq olaraq görə bilməz və sevə bilməz. Çox yaxşı danışan, qərarlı biri kimi görünərlər,lakin bildikləri məlumatlar yalnız başlıqları ehtiva edən səthi məlumatlardır, detalları unudarlar. Belə insanlar üçün, dil və danışma özünə etibarını təzələmənin bir yoludur.

Getdikcə ətrafımızdakı insanlardan, tanışlardan narazılığımız, şikayətlərimiz artır. "Yalnız özünü düşünür, öz mənfəəti üçün hər şeyi edər, hər şeyə layiq olduğunu sanır, kimsəni bəyənmir" kimi şikayətlərimiz artır. Bunun səbəbi nədir?Yoxsa edilən səhv bir şeylər səbəbiylə dövrümüz narsisistik insanlarmı yetişdirir? Narahatlığın səbəbi tam olaraq bilinməməkdədir. Buna qarşılıq uşaqlıqda yetərincə diqqət, maraq görə bilməyən, ailevi problemləri olan uşaqlarda narahatlıq daha çox müşahidə edilməkdədir.
Evdə ''övlad'' yetişdirəcəyik iddasında olan və uşağa ayıracaq vaxt belə tapa bilməyən ana-ataların yetişdirdiyi uşaqlar özlərini daha çox göstərmə ehtiyacı duyarkən, bir tərəfdən də tək qalmanın və ''çox fərd'' olmanın nəticəsi, artan nisbətlər də narsisistik xüsusiyyətlərdə şəxslərin yarandığını göstərir ola bilər.

Bəs, sizlər necə ətrafınızda narsisistik xüsusiyyətlər daşıyan adamlar görürsünüzmü?Belə insanlarla rastlaşmısınızmı?
XƏBƏR LENTİ
Qeyri-adi binalar
NASA-dan dünyanı həyəcanlandıran kəşf
Yadplanetlilər Azərbaycan sərhədlərinə gəldi
Sürücülər, mütləq oxuyun: yeni qaydalar gəlir də gətirəcək
Zakir Qaralovdan kadr dəyişikliyi
Avropanın gerçəkləşən arzusu
Dənizə getmək üçün son iki gün - VİDEO
Valideynsiniz? Övladınız üçün oxuyun
HAVA necə olacaq?- 6 APREL
Hindistanda üçüncü cinsin nümayəndələri - FOTOSESSİYA
"Google" Krımı Rusiyaya verdi
Bu da İŞİD-in qırıcıları
Hande Erçel izləyicilərini sevindirdi-FOTO
İmtahan verəcək şagirdlərin nəzərinə!
Günün qoroskopu: bu əməli unutmayacaqlar
Məşhur aktrisaya 2milyonluq TƏKLİF
2020-nin ən yaxşı çantaları
"Çukur"a yeni aktyor gəlir?
İdman zalında çəkilən qəribə şəkillər
Fiziki və hüquqi şəxslərin hesablarına nəzarət gücləndirilir
112 yaşlı britaniyalı Ginnesin rekordlar kitabına düşdü -VİDEO
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
Yumşaq tort keksi (foto resept)
Hamilə "kişi" ana oldu- FOTO
Koronavirusun müalicəsində İNQİLABİ ÜSUL: Seroloji testlərin üstünlükləri
Dikdaban ayaqqabıdan imtina üçün 5 səbəb
Bülent Ersoy estetik klinikada 10 saat keçirtdi
Rəhbərlik etmək arzusu insanı həlak edər
Düşmən orduda ağır itki
Yevlax dünya şəhərləri siyahısına düşdü
Görünməyən güzgülər
Asan salat (foto resept)
Günün qoroskopu: orijinal ideyalarınız yaranacaq
Xəzərdə zəlzələ olub
Pakistan Senatının komitə sədri: "İlham Əliyev Azərbaycanın həyatında böyük dəyişikliklərə imza atan liderlərdəndir"
Azərbaycanda Kürdən tilovla tutulan balıq hamını mat qoyub - FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-24
Sılyala Ahmetin arasında YENİ QALMAQAL
Təbiət bunu da göstərdi: qışın ortasında ağaclar çiçək açdı
Baxışlar və gözlər
Toylarla bağlı qərar verildi 30-40 nəfərdən çox olmamaqla...
Dünyanın qızıl nisbət nöqtəsi Məkkədir
Zaman heç nəyin dərmanı deyil!
İŞİD Qafqaza hücum hazırlayır
Pelin Karahan yenidən rəsm çəkir-FOTO
Cavidin "İblis" pyesi İstanbulda
Dırnaq əti üçün maska
Dünyada ilk elastik smartfon yaradıldı - VİDEO
Abituriyentlər imtahana bəyannamə ilə buraxılacaq - RƏSMİ
Sınaq imtahanları aprel ayından başlayacaq















- ŞƏRHLƏR