
APA-nın məlumatına görə, yeni Qaydanın təsdiqlənməsi ilə əlaqədar “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nın təsdiqlənməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2001-ci il 8 noyabr tarixli 18-2 nömrəli qərarı ləğv edilib.
Yeni Qaydalar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müəyyən kateqoriyalara aid edilən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olan büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan avtomobil sürücülərinə onların peşəkarlıq səriştəsi və işgüzar keyfiyyətləri nəzərə alınmaqla ixtisas sinfinin verilməsi qaydasını müəyyən edir.
Avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq 1-ci və 2-ci ixtisas sinfi verilir. Avtomobil sürücüsünün peşəkarlıq səriştəsi müvafiq kateqoriyalardan olan nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinə və sürücülük stajına malik olması ilə müəyyən edilir. Avtomobil sürücüsünün işgüzar keyfiyyətləri yol hərəkəti qaydalarına riayət etməsi və əmək funksiyasını vicdanla yerinə yetirməsi ilə müəyyənləşdirilir. 2-ci ixtisas sinfi 3 il fasiləsiz sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan “B”, “C”, “D”, “BE” və “CE” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir. İndiyə qədər qüvvədə olan Qaydaya əsasən, “BE” və “CE” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə 2-ci ixtisas sinfi verilməyib. 1-ci ixtisas sinfi isə 2 ildən az olmayaraq 2-ci ixtisas sinfində fasiləsiz sürücülük stajına və yaxud 5 ildən az olmayaraq sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə veriləcək. Öncəki Qaydaya əsasən, “CE” və “DE” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə 1-ci ixtisas sinfi verilməyib.
Bu Qaydalarla müəyyən edilən peşəkarlıq səriştəsinə və işgüzar keyfiyyətlərə malik olan avtomobil sürücülərinə ixtisas sinfinin verilməsinə işəgötürən tərəfindən yaradılmış “Sürücülərin ixtisas sinfi üzrə komissiya” tərəfindən baxılır. Komissiyanın qərarı komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir və işəgötürənin əmri ilə rəsmiləşdirilir. Komissiyanın tərkibinə işəgötürənin təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik olan işçilərindən 5 nəfərdən çox olmayaraq tək sayda üzvlər seçilir. İşəgötürəndə həmkarlar ittifaqı təşkilatı mövcud olduqda komissiyanın bir üzvü onun nümayəndəsi olmalıdır. Komissiyanın sədri onun üzvləri tərəfindən səs çoxluğu ilə seçilir. Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi vasitəsilə 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücülər sistem tərəfindən müəyyənləşdirilərək bu barədə işəgötürən tərəfindən məlumatlandırılırlar. Sürücülərin bu Qaydalarla müəyyən edilmiş 1-ci və ya 2-ci ixtisas sinfi üçün peşəkarlıq səriştəsi və ya işgüzar keyfiyyətləri pisləşdikdə (o cümlədən yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edildikdə) işəgötürən sürücünün müvafiq ixtisas sinfindən məhrum edilməsi üçün komissiyaya rəsmi müraciət edir. Bu halda komissiya 3 təqvim günü müddətində məsələni araşdıraraq müəyyən edilmiş peşəkarlıq səriştəsinin və ya işgüzar keyfiyyətlərin pisləşdiyi halda sürücünün müvafiq ixtisas sinfindən məhrum edilməsi barədə qərar qəbul edir və dərhal işəgötürənə rəsmi məlumat verir. 1-ci ixtisas sinfi avtomobil sürücüsünə tarif (vəzifə) maaşının 25%-i, 2-ci ixtisas sinfi avtomobil sürücüsünə isə tarif (vəzifə) maaşının 10%-i miqdarında əlavə haqq ödənilir. Bu Qaydalar qüvvəyə minən tarixədək müvafiq ixtisas sinfi almış sürücülər nəqliyyat vasitələrinin kateqoriyalarına qoyulan tələblər baxımından komissiya tərəfindən ixtisas sinfindən məhrum edilə bilməzlər.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Avropalı bayrama nə qədər xərcləyir?
Putin azərbaycanlıya orden verdi
Qubaya güclü qar yağıb
Adel 45 kq arıqladıqdan sonra ilk dəfə-FOTO
Google Glass başağrısı yaradır
Tibb işçiləri həftə sonları işə necə gəlməlidir? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda sərnişindaşıma fəaliyyəti dayandırıldı - RƏSMİ
Namazın vaxtı dəyişə bilər
Göyərçinləri yemləyənlər cərimələnəcək
McLaren yeni sirr açır
Yağış qayıdır
Kəsmikli-bezeli güllər (foto resept)
Məşhur müğənni koronavirusa yoluxdu-FOTO
Hava çirklənməsindən qorunmağın yolları
Bildirçin əti və yumurtası nəyə dərmandır?
Günün ulduz falı
Üz dərisini təmizləmək üçün 4 təbii üsul
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Günün qoroskopu: dözümlü və səbrli olun
"Hər bir kəs ləyaqət, ədəb-ərkan, vətənpərvərlik hissini özü ilə irəli aparmalıdır"
Bakıda ev tikərkən sənəd, yoxsa "uçastkovunun payı"?
Sabahın hava proqnozu
O dünyanın ən gönüqalın rəssamıdır
Çavuşoğlu Lavrovun sualına sualla cavab verdi
İş tapmaq asanlaşacaq - Azərbaycan və Türkiyə bu sahədə müzakirəyə hazırlaşır
"Eurovision 2019"un qalibi bəlli oldu
Hava haqqında
Nikolas Keyc bu dəfə onunla görüntüləndi - FOTO
Evdə saç boyayarkən nəyə diqqət etməli?
Operativ Qərargah xəbərdarlıq etdi
Hava haqqında
"Facebook"u bağlayan ölkələr
Məşhur tennisçini tənqid etdilər-SƏBƏB
Düşmən taborunun yarısı məhv edildi - RƏSMİ
Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 22 il ötür
"Neftçi" ilə heç-heçə "Qəbələ"nin işinə yaradı
Aleyna Rihannanı, Şakiranı geridə qoydu-(KLİP)
Səfirimizdən ermənilərə cavab
Robotlar insanları hansı peşələrdə əvəz edəcək?
Azərbaycan idmanının gözəli ana oldu
Azərbaycanda ən çox qar hardadır?
"Günəş" börəyi (foto resept)
Təhsillə bağlı yeni sərəncam imzalandı
Çinli ananın fəryadı: “Nə olar, qızımı aparın...” - VİDEO
Azadlıq heykəli (Nyu-York)
Bu dəfəki "Batman"ı bəyənmədilər-VİDEO
Qırışlar üçün maskalar
Birinci xanım xəstə uşağın müalicəsini öz üzərinə götürdü
“Instagram”da 200 milyon izləyicisi olan ilk qadın - FOTO
Arıqlamağa kömək edən salat















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]