Əliaçıqlıq- israfçılıqla xəsislik arasında olan ortadır. Bu hisslərin artıb- əksilməsi pula, var-dövlətə aiddir. O adam israfçıldır ki, lazım olmayan bir şeyə, lazım olduğundan çox, həm də lazım olmayan zaman pul xərcləyir. Xəsis, əksinə, harda lazımdır, nə qədər lazımdır və haçan lazımdır xərcləmir. Hər ikisi məzəmmət olunmağa layiqdir: biri-əksiyə, digəri-artığa görə. Əliaçıq, madam ki, o təqdirə layiqdir, bunların arasında orta bir şey olmalıdır. O kimdir? O adam ki, o harda lazımdır, nə qədər lazımdır və haçan lazımdır pul xərcləyir.
Nəciblik- lovğalıqla məzlumluğun arasında olan ortadır. İş burada şərəf və şərəfsizliyə aiddir- o şərəf ki, o, kütlə tərəfindən deyil, ləyaqətli adamlar tərəfindən verilir, həm də məhz belə şərəf hər şeydən artıqdır. Axı ləyaqətli adamlar düzgün başa düşdükdən və ətraflı düşündükdən sonra hörmətə layiq görürlər, nəcib adam isə, kim onun layiq olduğunu bilirsə, onların da onu şərəfləndirməsinə üstünlük verir. Haçan ki, hörmətlə anılan yaxşı şeyin özüdür, həm də eləsi ki, o yaxşı şeylərin arasında əsas yeri tutur, onda nəcibliyin hər cür şərəfə deyil, ən yüksək şərəfə aidiyyatı olacaq. Özlərini dahi sayıb, onlara müvafiq surətdə hörmət göstərilməsini fikirləşən aciz və axmaq adamlar-lovğadır. Özünü layiq olduğundan daha az ləyaqətli sayan adamlar-məzlumdur. Deməli, bunların arasında o adam durur ki, o layiq olduğundan nə az, nə də çox şərəfi özünə layiq bilmir, həm də hər cürə hörməti özünə yaraşdırmır. Nəcib adam belədir. Beləliklə, aydındır ki, nəciblik-lovğalıqla məzlumluğun arasında olan ortadır.
Hiddət- həsədlə bədxahlıq arasında olan ortadır. Həm bu, həm də o biri hiss məzəmmət olunmağa, hiddət isə təqdirəlayiqdir. Hiddət-bu, xüsusda olan kədərdir ki, yaxşı şeylər ləyaqətsiz adama mənsubdur; hiddətli-o adamdır ki, onu belə şeylər məyus edir. O kiminsə haqsıs olaraq əzab çəkdiyini gördükdə də məyus olur. Hiddət və hiddətli belədir. Paxıl isə özünü bunun əksinə olaraq aparır. Onu hər adamın, o kəs buna layiqdirmi, yoxsa yox, xoşbəxt və firavan həyatı məyus edir. Bədxah da həmçinin hər adamın, o, buna layiq olsa da, olmasa da bədbəxtçiliyinə sevinir. Hiddətli isə belə deyil, o bir növ bunlar arasında olan bir ortadır.
Heysiyyat-inadçıllıqla yaltaqlığın arasında olan ortadır. Bu,adamların qarşılıqlı münasibəti zamanı özünü göstərir. İnadcıl elə adamdır ki, O, heç kəslə nə ünsiyyətdə olmağı bacarmır, nə də danışmağı. Adın özü, görünür ki, onun xarakterini göstərir: inadcıl-bu, bir növ öz-özünü bəyənən və öz-özündən razı olandır. Yaltaq isə-hamı ilə,hər cürə, hər yerdə ünsiyyətdə olmağı bacarandır. Nə bu, nə də o biri tərifəlayiq deyil. Tərifəlayiq o adamdır ki, onun heysiyyatı var; onların arasında olan orta kimi, o, ləyaqətlilərdən başqa heç kəslə, onları sonalamadan, ünsiyyətsə olmur, hamıdan aralı gəzməsə də, ancaq ləyaqətlilərlə əlaqə saxlayır.
Bəs siz xanımlar bu xüsusiyyətlərdən hansını özünüzdə daha çox müşahidə edirsiniz?

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR