Mən Fuksiyanı zərifliyi, gözəlliyi,norijinallığına görə çox sevirəm. Ona baxmaq kifayətdir ki, insanın əhvalı açılsın. Fuksiya digər evdə yetişdirdiyimiz dekorativ bitkilər kimi faydalı xüsusiyyətlərə malikdir. Bioenergetiklərin dediyinə görə Fuksiya - daima darıxan, həyata marağını itirən insanlara və ümümiyyətlə hər kəsə müsbət təsir göstərir. Onun evdə olması əhvalı yaxşılaşdırır ev sakinləri arasındakı münasıbətlərə belə gözəl təsir göstərir. İnsana yaradıcılıq həvəsi və həyat eşki bəxş edir. Deyilənlərə görə Fuksiya körpə uşaq olan evlərdə uşaqla dil tapmaqda valideyin və dayələrə köməkçi olur.
Vətəni Mərkəzi və Cənubi Amerikadır. Yeni Zellandiya da bitkinin vətəni hesab olunur. Yabanı halda 100-ə qədər növü məlumdur. Ev şəraitində dekorativ bitki kimi becərilir.
Fuksiya Fransız alimi, bir sıra elmi kitabların müəllifi, rəssam, yazıçı, Katolik kilsəsinin Rahibi Çarlis Plyumer tərəfindən kəşv olunub. Ona müasir biologiyanın "Kralı" da deyirlər. Özünün amerikaya yeni dərman bitkiləri tamaq məqsədilə 3-cü ekspedisiyası zamanı Santa-Dominqo şəhəri yaxınlığında bu bitkini tapır. O, bu bitkini Alman həkim və bioloqu Lionard -fon- Fuksun şərəfinə "Fuksiya" adlandırır. Bitkinin Latın dilində bütöv adı Fuchsiya Triphulla Flore Coccinea-dır.
Fuksiya ağac və kol bitkisidir. Yarpaqları yaşıl və yüngül qırmızı rəngli lentşəkilli və ya oval olur, kənarları hamar, bəzən bir qədər dişli olur. Yaz və payız aylarında çiçək açır. Güllər bitki üzərində uzun müddət qalır. Güllər çox müxtəlif rənglərdə olur - qar kimi ag, çəhrayı ,qırmızı, bənövşəyi .
Çiçəklər iki hissədən ibarətdir - çiçək kasasının mərkəzində qısa ləçəklər və kənarlarda daha tünd rəngli uzun ləçəklər. Çiçəkləri sadə, zərif məxməri və məxməri olur. Bitki işığı çox sevir onun üçün ən münasib yer evin cənub-qərb pəncərəsidir. Optimal temperatur +10-18 dərəcədir +20 dərəcə bitki üçün öldürücü ola bilər. Fuksiya suyu da çox sevir. Çiçəkləmə dövründə gübrələmək lazımdır.
Fuksiyanın bir sıra cinslərini sizə təqdim etmək istəyirəm.
Fuchia Boliviana-Boliviya fuksiya
Bir-birinden gözəl çiçəkləri ilə füsünkar görünüşə sahib Fuksiya Boliviya Alba
Tam açılmasa da çiçəklər gözəl görünür
Fuksiyanı sevməmək mümkün deyil-açılmış çiçəkləri sanki balerinanın paltarıdır
Fuchsia coccinea-Parlaq qırmızı fuksiya
Qırmızı və bənövşəyinin kombinasiyası möhtəşəm görünüş yaradıb
Çox fusunkardır! Kim belə bir çiçəyi evində görmək istəməz ki?
Gülə düzgün qulluq olunarsa onun çiçəkləri evinizi daha çox bəzəmiş olacaq
Fuchsia fulgens - Parlaq fuksiya
Bu bitkinin yarpaqları məxməri olduğundan çiçəkləri daha parlaq görünür
Parlaqlıq və şuxluq bu bitkinin özəlliyidir
Çiçəklər açıldıqca daha da gözəl görünüş alır
Fuchsia gracilis-Qəşəng fuksiya
Fuksiyanın yarpaqlarını südlə isladılmış dəsmalla silsəz o daha parlaq olar
Fksiyaya su verərkən onun içinə bir az şəkər də qatın və nəticəni görəcəksiz
Fuksiyaya hər dəfə baxanda ona aşiq olmamaq mümkün deyil
Fuchsia magellenica-Magellen fuksiyasa
Üzəri çiçəklərlə dolu olan fuksiya kolu
Qönçələnmiş Fuksiya çiçəklləri
Çiçəklər açıldıqca möhtəşəm görünüş alır
Fuchsia microphylla-Kiçik yaraqlı fuksiya
Bu Fuksiya cinsinin digərlərindən fərqi çiçək ləçəklərinin kiçik olmasıdır
Nar çiçəklərinə çox oxşatdım mən bu çiçəkləri
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yer kürəsinə Atlas kometi yaxınlaşır - AMEA
Koronavirus 51 illik cütlüyü 6 dəqiqə fərqlə öldürdü
Ləzzətli toyuq (foto resept)
Sellülitdən aspirinlə xilas olun
Ekran yorğunluğunun qarşısını almaq üçün 3 üsul
Hande və Murat EVLƏNİR-FOTO
Bu gün güclü külək əsəcək
Ölüm dedikləri bir vüsal imiş
Peşələr
Yer kürəsinin tarixi fotosu
Veneraya ekskursiya...-NASA-dan yeni layihə
Saçlara qulluq
Pensiyalar nə qədər artırıldı? - RƏSMİ
Ad günü
Ağacı fikirləşərək
Ölümün bir addımlığında: Beyin travması
Məşhur müğənni intihar etdi-SƏBƏB
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
Ləng reaksiya - tez ölüm
Sinan Akçıl BOŞANDI
Erməni tarixçilərinin etirafları
Gözəl həyata sahib olmaq üçün nə etməli?
Bu günün hava proqnozu - 05.11.2013
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ
Daha baxımlı və dolğun kirpiklərə sahib olmaq üçün...
Deniz Çakır hicablı qadınlara sataşdı
Toy adətlərimiz
Kiçik döşlərə əlvida
Hava müjdəsi
Qadin.Netin sevimli simaları (2)
Ayrıldıqdan sonra 45 kilo arıqladı
General Zakir Həsənov: "Şəhidlərin qisası birə on qat alınıb"
Skype-la pul göndərmək mümkündür
Yağ yandırmağa kömək edən çaylar
Həcc ziyarətini 1000 kamera izləyəcək
Təbii üsullarla ayaq qoxusuna son verin!
Azərbaycan boksçusu dünya birinciliyinin bürünc medalı ilə kifayətləndi
Son 50 ildə görünməmiş həddə qar yağıb
Eurovision-2016-nın bütün finalçıları bəllidir
Dünyada ucuzlaşır, Azərbaycanda isə bahalaşır
"Barselona" Messinin satış qiymətini açıqladı - Fantastik məbləğ
Dodaq boyası çəkərkən yol verilən səhvlər
Britaniyanın səhiyyə naziri canlı yayımda göz yaşlarını saxlaya bilmədi - VİDEO
Nazirlikdən dünya şöhrətli fransalı məşhurların erməni separatizminə dəstəyinə SƏRT REAKSİYA
Azərbaycanda karantin rejiminin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
Koronavirus insan sağlamlığını necə dəyişir? - Sonsuzluq və...
Nanə çayının faydaları
Məktəbi bitirməyənlərə fürsət
Müdrik fikirlər
Qısaboğazlı çəkmələr
- ŞƏRHLƏR