Qanuni sultan Süleymanın hökmdar olduğu dövrü əhatə edən, Türkiyədə ərsəyə gəlmiş "Möhtəşəm yüz il" serialı tamaşaçılar tərəfindən bir mənalı qarşılanmadı. Filmin reallıqdan uzaq olması xüsusilə Türk xalqını dillənməyə məcbur etdi. Bəs həqiqət nədir?
Xəbəri hazırlamaqda məqsədim sizi Osmanlının tarixi ilə tanış etmək deyil. Təsadüf deyə bilmədiyim bir hadisə nəticəsində üç qitəyə hökm etmiş bu imperatorluğun gücünün sirrini öyrəndim; arxalarında İlahi güc dayanırdı bu hökmdarlığın. Öyrəndikcə məni valeh edən İlahi ədalət ilə edilən idarəçilik və xüsusilə də Osmanlı sultanlarının dinə bağlılığı ilə sizi tanış etmək istəyirəm. Nəticədə Allahın qanunları ilə idarə olunan dövlət və bu qanunlar olmadan (yəni iblisin qanunları ilə, çünki üçüncü variant yoxdur) mövcud olan hazırki dövlətlər arasında müqayisə apararsız...
Osmanlı İmperatorluğu (Dövlət-i Aliyyəsi) 1299-1923 illər arasında hökmranlıq etmiş Türk dövlətidir. Şərqi Avropa, Cənub-Qərbi Asiya və Şimali Afrikaya qədər torpaqlarını genişləndirmişdir və 16-cı əsrdə dünyanın ən güclü imperatorluğu halını almışdır. Dövlətin qurucusu və Osmanlı Xanədanının atası olan Osman Qazi Oğuzların Bozok qolunun Kayı boyundandır. Son xəlifə isə Əbdülməcid idi.
Dövlət altı əsr boyunca Şərq dünyası ilə Qərb dünyası arasında bir körpü funksiyası daşımışdır. Ümumiyyətlə din, dil və irq ayrıseçkiliyindən uzaq dayandığı üçün əsrlərlə bir çox dövləti və milləti hakimiyyəti altında tutmağı bacarmışdır. Osmanlı İmperatorluğu, köhnə Türk adət-ənənələrinin və İslam mədəniyyətinin öhdəçiliklərinin istiqamətində bir rəhbərlik şəkli təyin etmişdir.
Osmanlıda höküməti idarə edən sultanlar yalnız Allaha və yerinə yetirməsi lazım olan Allahın qanunlarına (İslamdakı şəriətə) məsul idi. Onun ilahi vəzifəsi "Allahın yer üzündəki kölgəsi" (zill Allah fil-aləm) və "yer üzünün xəlifəsi" (xəlifəs-i rui- zəmin) olmaq idi.
Qanuni Sultan Süleyman qırx altı il səltənət sürmüşdür. Onun hökmdarlığı dövründə Osmanlı dünyanın ən böyük dövləti olaraq üç qitəyə hökm etmişdir. Qanuninin ölümündən sonra Osmanlının çiçəklənməsi dövrü də bitmişdir. Səbəbi saraydan ayrılan mürşidlərin (Allaha çatdıran yolda əvəzsiz müəllim) yerini cindar xocalar və cadugərlərin tutması, astronomiya və fal oxları ilə məşğul olmaları idi. Çünki onların illüminati deyilən elmi saraya gətirmələri səbəbi ilə Allahın Rəhməti və yardımı da kəsilmişdi. Bununla bağlı olaraq xalq da Allahdan uzaqlaşmağa başladı.
İndi isə Osmanlının önəmli şəxsiyyətlərinin həyatlarında "Həqiqətən bu İlahi qüvvədir" söylədəcək bəzi məqamları ilə tanış olaq...
Altı əsr boyunca yaşamış Osmanlının yaranmasının müjdəsini Allah yuxu vasitəsilə dövlətin qurucusu olan Osman bəyə vermişdi.
Osman bəyin yuxusu
Osman Bəy bir gün Şeyx Edebalinin evində qonaq olmuşdu. Gecə-vaxt xeyli irəliləyincə istirahət etmək üçün otağına çəkilmişdi. Lakin yatmaq üzrə olarkən rəfdə gözünə ilişən Qurani-Kərimə hörmətindən dolayı yata bilmədi. Quranı götürüb oxumağa başladı.
O gecə səhərə qədər Quran oxudu. Tam altı saat. İlahinin hikməti, Osman Qazi Xanın Qurana olan bu hörmətindən ötəri hər oxuduğu saata bir əsr lütf edilmiş, xanədanı altı əsr hökmdar olmuşdur yeddi dünyaya.
Vaxt səhər azanına yaxınlaşanda, yorğunluq və yuxu da bir tərəfdən, Quran əlində, söykəndiyi yerdə şirin bir yuxuya getdi Sultan Osman Xan.
Yatarkən bir yuxu gördü. Yuxusunda özü Şeyx Edebalinin yanında yatırdı. Edebalinin sinəsindən bir aypara doğuldu. Aypara bir az yüksəldikdən sonra böyüdü, böyüdü və bütöv ay halına gəlincə özünün sinəsinə girdi. Daha sonra sinəsindən bir ağac bitib böyüməyə, yüksəlməyə başladı. Bir çinar ağacı idi bu. Böyüdükcə yaşıllaşdı, gözəlləşdi. Budaqlarının kölgəsiylə bütün dünyanı örtdü, dünyanın hər tərəfindən insanlar qrup-qrup gəlib bu çinarın kölgəsinə girirdilər, çox xoşbəxt və şən idilər.
Ulu çinarın kölgəsində dağlar, dağların dibində bulaqlar gördü. Ağacın yanında isə dörd sıra dağlar gördü ki, bunlar Qafqaz, Atlas, Toros və Balkanlar idi. Ağacın köklərindən Dəclə, Fərat, Nil və Tuna çıxırdı. Bu çayda böyük-böyük gəmilər üzürdü. Tarlalar əkin ilə, ağaclar isə meyvə dolu idi. Dağların təpələri meşələrlə örtülü idi. Ruy-i Zəmin yamyaşıl, səma gömgöy idi. Vadilərdə şəhərlər vardı. Şəhərlərdə məscidlər ərzi-didar edirdi. Bunların hamısının qızıl qübbələrində bir aypara parlayır, minarələrində müəzzinlər azan oxuyurdular. Azan səsləri ağac budaqlarındakı quşların cəh-cəhinə qarışırdı. Birdən ulu çinarın yarpaqları qılınc kimi uzanmağa başladı. Bu zaman bir külək çıxıb bu yarpaqları İstanbula doğru çevirdi. Şəhər iki dənizin və iki qurunun birləşdiyi yerdə iki gömgöy firuzə ilə iki yamyaşıl zümrüd arasına otuzdurulmuş tərtəmiz bir almaz kimi idi. Sanki bütün dünyanı əhatə edən geniş bir ölkə kimi halqalanan bir üzüyün qiymətli daşını xatırladırdı İstanbul. Və nəhayət Osman Qazi Xan bu üzüyü barmağına taxarkən oyanır.
Osman Qazi yuxusunu Şeyx Edebaliyə ərz edir. Edebali Həzrətləri qısa bir təfəkkürün ardından "Ey oğul, sənə müjdələr olsun!" deyir, "Sinəmdən çıxan nur qızım (Bala Xatun), Səni əhatə etməsi evlənəcəyinizə işarədir...Ağaca gəlincə; Sən böyük bir dövlət quracaqsan. Övladların ədalətlə hökm edəcəklər. Allahu-təala səni və nəslini insanların İslamla şərəflənməsinə vəsilə edəcək..."
Qanuni Sultan süleyman, Əbu Suud Əfəndi Və Qarışqanın Haqqı
İstanbulda günəşli bir günün səhərində Topqapı Sarayının həyətində olan Xas Otağının qapısı açıldı. Hündür boylu gənc bir adam arxa bağçaya doğru irəliləyirdi. Bu adam Avropanı titrədən, böyük Aralıq dənizini hakimiyyət altına alan Osmanlı Dövlətinin qüdrətli hökmdarı Qanuni Sultan Süleymandan başqası deyildi. Dövlət işlərindən vaxt tapdıqca təmiz hava almaq üçün arxa bağçaya çıxar, ağacları, quşları, dənizi seyr edərdi.
O gün dəniz, ağaclar bir başqa gözəl idi, tək ağaclardan bir neçə dənəsinin yarpaqlarının büzüldüyünü gördü. Dərhal yanlarına yaxınlaşdı və əliylə tutub araşdırmağa başladı. Bir az sonra ağacların niyə büzüldüklərini anlamışdı. Qarışqalar basmışdı o gözəl budaqlarını. Ağlına bir həll yolu gəldi. Ağacları dərmanlatsın. Beləcə ağaclar qarışqalardan xilas olacaq və rahat bir nəfəs alacaqdılar. Lakin bir neçə dəqiqə daha düşününcə bu fikrin o qədər də yaxşı olmadığını anladı. Qarışqalar da can daşıyırdı, ağacları dərmanlatsa onlar ölə bilərdi.
Qanuni təkrar müəlliminin otağına gəldi. Müəllimi yenə yerində yox idi, amma sualını yazmış olduğu kağızın üzərinə nəyinsə yazılmış olduğunu gördü. Maraqla kağızı əlinə aldı və oxumağa başladı. Yazını oxuyunca üzündə bir təbəssüm meydana çıxdı. Kağızın üst qisimində Qanuninin müəlliminə yazdığı sual vardı. Qanuni belə deyirdi müəlliminə:
Meyvə ağaclarını sarınca karınca (qarışqa)
Günah varmı karıncanı (qarışqanı) qırınca?
Müəllimi Ebussuud sualı belə cavablandırırdı:
Sabah Haqqın divanına varınca,
Süleymandan haqqın alır karınca (qarışqa).
Qanuni Sultan Süleymanın süd qardaşı Yəhya əfəndinin kəramətləri
O, özünü tanıtdı
Qanuni bir gün qayıqla Boğazda gəzməyə çıxmışdı. Ortaköy xəttinə çatanda sahilə çatıb bir adam göndərərək Yəhya Əfəndini çağırtdı. O da yanında bir dostu ilə gəlib qayığa mindilər. Yəhya Əfəndinin dostu davamlı olaraq Qanuninin barmağında olan çox qiymətli bir üzüyə baxır və bu baxış diqqəti çəkirdi. Qanuni bu halı anlayanda barmağındakı o qiymətli üzüyü çıxarıb: "Buyurun, daha yaxından yaxşıca baxıb araşdıra bilərsiniz." dedi.
O şəxs üzüyü götürdü. Çək-çevir etdikdən sonra, dənizə atdı. Yəhya Əfəndi xaric, qayıqda olanlar çox heyrətləndilər. Bir müddət getdikdən sonra, o şəxs enmək istədiyini bildirəndə, qayıq sahilə yanaşdı. O şəxs enəcəyi vaxt dənizdən bir ovuc su götürüb Sultana uzatdı. Ovucunda bir az əvvəl dənizə atdığı üzük vardı. Yəhya Əfəndidən başqa, qayıqda olan hər kəs yenə çox heyrətləndilər. Qanuni əlini uzadıb üzüyü aldı, o şəxs birdən-birə gözdən itdi. Qanuni Yəhya Əfəndiyə dönüb: "Böyük qardaş, nələr olur?" dedi. O da: "O gördüyünüz Xızır əleyhissalam idi." dedi. Bunu eşidən Qanuni: "O halda bizi niyə tanış etmədiniz?" dedi. Yəhya Əfəndi: "O özünü tanıtdı. Amma siz tanımaqda gecikdiniz." buyurdu.
Çoban necə müsəlman oldu
Belban adında müsəlman olmayan bir çobanın sürüsündən iki qoyun itmişdi. İtən qoyunlar, Yəhya Əfəndinin dərgahının bağçasına gəlmişdilər. Çoban qoyunlarını bütün axtarışlara baxmayaraq tapa bilmədi. Nəhayət orada olduqlarını öyrənib düz dərgaha gəldi. Yəhya Əfəndinin müsəlmanların böyük bir alimi və vəlisi olduğunu eşitmişdi. "Görəsən mənə necə münasibət göstərər, mənimlə maraqlanarmı, maraqlanmazmı? Əgər mənimlə maraqlanar, ac və yorğun olduğumu anlayıb təzə çörək, kərə yağı və bal təklif etsə, onun həqiqətən böyük bir şəxs olduğunu anlayaram." kimi düşüncələr ilə Yəhya Əfəndinin hüzur gəldi.
Yəhya Əfəndi onu görüncə, o heç ağzını açıb danışmamış: "Bu adam, qoyunlarını axtararkən, dağ-daş demədən dolanıb, çox yorulmuş və acmışdır. Buna təzə çörək, kərə yağı və bal gətirin" deyə xidmətçiyə əmr etdi. Əmr edilən yeməklər dərhal hazırlanıb gətirildi. Ortaya qoyulunca Yəhya Əfəndi Belbana: "Budur, sənə kərə yağı, şanlı bal və təzə nan (çörək). İstəsən yağa batır, istəsən bala batır." dedi və təbəssüm göstərərək yeməsi üçün işarə etdi. Belban da o yeməklərdən yedi. Könlü və ürəyi yumşaldı. Övliyanın loxması ürək xəstəliyinə şəfa olmuşdu. Bundan sonra Belban iman edərək müsəlman oldu. Bu nemətin şükrü olaraq, Allah rizası üçün, özünün olan o iki qoyunun kəsilməsini və orada olanlara təklif edilməsini istədi.
Ardı var İnşaAllah...
XƏBƏR LENTİ
Uşaq bağçaları optimallaşdırılacaq
Polis Şeyma Subaşının evinə basqın edib
Məşhur aparıcı işinə qayıtdı-FOTO
Ermənilərə Türkiyə vətəndaşlığı verilə bilər
BlackBerry batır
Yaşlı qadınların gənc kişilərə marağı
Bakıda kimlər daha yüksək maaş alırlar?
Qonşular övladlarını oddan xilas etməyə çalşan anaya kömək etdilər – ANBAAN VİDEO
Məktəbdəki kadr sıxlığı hesaba alınmadan müəllimlərin əmək müqaviləsi müddəti uzadılır - RƏSMİ
Aprelin 5-i 19 dərəcə isti olacaq
Freyd və qadınlıq
Qar və buz festivalı
Ermənistanın mülki obyektlərə qarşı fosfor silahlarından istifadəsinin sübutu - VİDEO
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Yeni virusdan tam sağalan var!-FOTO
Nostradamusun proqnozu gerçəkləşir: "İrma", "Mariya", "Harvi" haqqında inanılmaz ÖNGÖRÜ
Bu haqda danışmağa utanırsınız?
Dodaq boyasını canlı saxlamaq sirləri
Qat-qat balıq (foto resept)
Keysəriyyə doğuş sancısı çəkmək istəməyən qadınların əl atdığı vasitədir
Molla Nəsrəddinlə gülək
Azərbaycan faunasında ilk dəfə 2 yeni balıq növü aşkarlanıb
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Meyvə ətirli parfümlər
İnteryerdə incəlik
HAVA necə olacaq?
ABŞ televiziya aparıcısı yadplanetlidir? GÖZLƏRƏ DİQQƏT... - VİDEO
Türk paxlavası (video resept)
Yaddaşı gücləndirməyin yolları
İntihar etmək istəyən şəxsə necə kömək edək? – PSİXİATR YAZIR
Sərt karantinə görə üstündə dava salınan çörəklər zibil yeşiklərində - VİDEO
"Çukur"a yeni aktyor gəlir?
NASA-dan ŞOK açıqlama: “QARA DƏLİK”dən bizim kainata SİRLİ OBYEKT KEÇDİ
“Dərs vaxtı”nın 30 mart cədvəli açıqlandı
White Dreamy World
Tatlısəs vəfat etdi - FOTO
Azərbaycan əhalisinin sayı 9,5 milyonu ötüb
Başından zədə alan xanım prezidenti istirahətə göndərirlər
Dünyanın ən qəribə cərrahı: özü əlildir, amma
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
Arzu Əliyevanın "Hədəf Bakıdır" sənədli filminin Los-Ancelesdə premyerası keçirilib
“Spanç-Bob”un yaradıcısı öldü
Uşaqlarda rast gəlinən yoluxucu xəstəliklər
Yayın 6 trend rəngi
Giləmeyvəli piroq (foto resept)
Azərbaycanda problemli kreditləri olanları hansı güzəştlər gözləyir?
Roman yazanların cızma-qarası
Cemli rulet (foto resept)
Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ
Çobanın bu tapıntısı alimləri ŞOKA SALDI - FOTO
- ŞƏRHLƏR