Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Bildirilir ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi, eləcə də Los-Ancelesdə fəaliyyət göstərən, tanınmış kardioloqların toplaşdığı "Bir Ürək Xilas Et" Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə mayın 15-də keçirilmiş premyera faşizm üzərində qələbənin 71 illiyinə həsr olunub. Tədbirdə çoxsaylı qonaqlar, o cümlədən, kimya üzrə Nobel mükafatı laureatı Arie Uorşel (Arieh Warshel), müxtəlif ölkələrin baş konsulları və konsulluq əməkdaşları, Azərbaycan, yəhudi və digər icmaların fəalları, alimlər, eləcə də yerli KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində "Bir Ürək Xilas Et" Xeyriyyə Cəmiyyətinin sədri, tanınmış kardioloq həkim İzhar Xaruzi (Yzhar Charuzi) çıxış edib. O qeyd edib ki, belə yüksək keyfiyyətli filmin istehsalı əlamətdar hadisə olmaqla yanaşı, tarixi-ictimai yaddaşın qorunması, İkinci Dünya Müharibəsinin geniş ictimaiyyətə məlum olmayan tərəflərinin işıqlandırılması baxımından da önəmlidir.
Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev İkinci Dünya Müharibəsində ədalətin zəfər çalmasında Azərbaycan və azərbaycanlıların həm ön, həm də arxa cəbhədə misilsiz xidmətlərinin olduğunu vurğulayıb. Müharibəyə gedən 700 min azərbaycanlıdan 400 mininin geri qayıtmadığını bildirən baş konsul, Azərbaycanın bu müharibədəki qurbanlarının sayının təxminən ABŞ-ın qurbanlarının sayına bərabər olduğunu qeyd edərək, bunun o vaxtkı Azərbaycan əhalisinin 10 faizini təşkil etdiyini söyləyib. Müharibənin qələbə ilə nəticələnməsində Azərbaycan xalqının rəşadəti və Bakı neftinin strateji rol oynadığını qeyd edən diplomat bütün bunlardan bəhs edən filmin Heydər Əliyev Fondunun mühüm dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi sayəsində ərsəyə gəldiyini diqqətə çatdırıb. O bildirib ki, filmin yaradılmasında məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəsilə və dünya ictimaiyyətinə çatdırmaqdır. N.Ağayev, həmçinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətindən danışaraq, Qarabağ müharibəsində Ermənistan ordusunun azərbaycanlılara qarşı törətdiyi cinayətlərin nasistlərin cinayətlərindən o qədər də fərqlənmədiyini, bəzi hallarda daha da dəhşətli olduğunu vurğulayıb.
Çıxışlardan sonra filmin nümayişi keçirilib. Film tamaşaçıların gurultulu alqışları və rəğbətilə qarşılanıb. Daha sonra isə baş konsul qonaqları maraqlandıran sualları cavablandırıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq