Qarabağ toylarında oğlan ilə qız bir-birlərini toy günü görərdi. Qızı papaqla vurardılar, əgər qız tərpənmirdisə, hesab edirdilər ki, onu ərə vermək olar. Bu "papaq atmanı" kənd ağsaqqalı edərdi.
Ağdamda bir dəfə elçi gəlməklə qız vermirdilər. Əvvəlcə bir "kəşfiyyatçı" göndərirdilər ki, görsünlər qız tərəfi nə deyir. Ağızlarını arayırdılar. Sonra oğlanın xalası, anası, ya da bacısı qız tərəfin xalası, yaxud bibisi, daha sonra isə qızın anası ilə danışardı. Anası isə qızın atasına deyirdi, ata da "Baxarıq" deyirdi. Bir müddət belə keçirdi... Qaçdı-qovdu ilə qız vermirdilər. Böyük-kiçik hamı yığışar, məsləhətləşərdilər. Qız verən ata nə qədər ağsaqqal olsa da, deyərdi ki, "Mən tək deyiləm, böyüyüm-kiçiyim var". Qızın dayısını, əmisini və kənd ağsaqqallarını çağırırdılar. Məclisdə onlar mütləq olmalı idi. Elçi üç dəfədən çox gəldikdən sonra razılıq olduqda "həri" verilərdi. Bu "həri"də isə oğlan evi özü ilə qənd gətirərdi. Qız evi çay süzərdi. Çay elə süzülərdi ki, suyu ilə dəmi qarışmazdı. "Hə”dən sonra çay qarışdırılıb gətirilmiş qəndlə içilərdi. Bu isə Рѕ deməkdir ki, daha qohum kimi qaynayıb-qarışdıq.
Sonra nişan mərasimi olardı. Oğlan və qız evindən adamlar yığışardı. Oğlan evindən xonçalı adamlar gələrdi. Qızın barmağına "barmaxçıl" - üzük taxardılar, bu isə rəsmi nişanlanma sayılırdı. Əgər toya qədər bayramlar olardısa, oğlan evi qız evini hər dəfə şirniyyatlar və parçalarla bəzədilmiş xonçalarla yad edərdi. Qızın gəlinlik libası qırmızı, yaxud ağ rəngdə olardı, belinə qızıl kəmər taxılardı, başına "qızıl beşlik”lərlə bəzədilmiş duvaq qoyulardı. Nişandan sonra qız toyu olardı. Buna bəzi yerlərdə "şərbət", yaxud "paltarbiçdi" deyərdilər. Qız toyu üçün oğlan evi "başlıq" verərdi.
Bu məclisə yaxşı nitq sahibi olan qadın seçərdilər. Рћ da hündür bir yerdə dayanaraq oğlan evindən gələn çamadanları bir-bir açaraq hamıya göstərərdi və deyərdi: "Bu gəlinin ayaqqabısı", "Bu gəlinin şalı" və s. Beləliklə, hamısını göstərdikcə уегdən hər kəs "Allah xeyir versin" deyərdi. Bundan başqa, qızın ata-anasına, bacı-qardaşına və ən yaxınlarına xüsusi parçalar, "xələt'lər gətirilərdi.
Ümumiyyətlə, toy 3 gün-3 gecə keçirilərdi. Qız toyunda ancaq çadır olardı. Toyda "nəmər”lər (içində noğul, konfet və peçenye olan dördkünc paketlər) olardı. Pul yazılan hər kəsə bu "nəmər"lərdən verərdilər ki, evində uşaqlarına paylasın.
Qız toyundan sonra oğlan toyunu ləngitməzdilər. Toydan əvvəl isə "xınayaxdı” olurdu. Oğlan və qız evindən yaxın qohum və qonşular çağırılırdı, oğlan evi xına gətirirdi və qız evi isə xına düzəldərək gəlinlə birlikdə məclisdə iştirak edənlərin əlinə çəkilərdi. Xüsusilə, gəlinin ovcunda bəyin adının baş hərfi yazılırdı. Oğlan evinə göndərilmiş xınayla isə bəy ovcunda qızın adını yazardı.
Oğlan toyundan bir gün əvvəl kənddəki çapar xəbər yayardı. Bu xüsusi çaparı görəndə artıq hər kəs toy mərasimi olacağını bilirdi. Çapar isə kənddəki bütür qapıları döyüb, hamını toya dəvət edərdi. Toy axşamı bütün qohum-əqrəba, qohum-qonşu bir yerə yığılaraq məsləhət-məşvərət qurardı. Heyvanlar kəsilərdi, “ciyər axşamı” təşkil olunardı. Toydan bir gün əvvəl toyun azuqəsi alınardı, mağar qurulardı, gəlinin evi bəzənmiş olardı. Gəlin cehizini gətirmək üçün oğlan evi nəqliyyat vasitəsi göndərərdi. Qız evindən isə qızın yaxın qohumlarından, rəfiqəsi və bacısı “ev bəzəməyə” gələrdilər. Oğlan evi isə gələnlərə “xələt” verərdi. Cehizdə yorğan-döşək və qab-qacaq mütləq olmalı idi. Hər bir ana qızına sandıq verərdi. Toydan bir gün əvvəl qız evində aş bişirərdilər. Buna “ayrılıq aşı” deyərdilər. Hamı masa ətrafında yığılaraq bu aşdan yeyirdi. Qızı ata evindən gətirərkən onun belini qırmızı lentlə üç dəfə düyün vurub-açardılar, bunu oğlanın qardaşı edərdi. Bu zaman deyilərdi:
Anam-bacım, qız-gəlin,
Əl-ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin.
Sonra gəlini otuzdurub, qucağına oğlan uşağı verərdilər və “Qucağı uşaqlı olsun” deyərdilər. Oğlan evi isə qızın anasına “süd pulu” verərdi, bunun mənası isə o idi ki, anadan halallıq alardılar. Daha sonra gəlinin əlinin birinə qızın qardaşı, digərinə isə oğlanın qardaşı dəsmalla pul bağlayırdı. Bu pul toy gecəsi açılaraq balışın altına qoyulur ki, bu da yengəyə çatardı. Atası isə qızını üç dəfə yanan çırağın ətrafına fırladaraq ona xeyir-dua verərdi. Bu o demək idi ki, gəlinin ocağı nurlu olsun, heç zaman sönməsin. Qız evdən çıxarkən ona duz-çörək verərdilər ki, evinə ruzi-bərəkət aparsın. Qapıdan çıxarkən isə üzərlik yandırılar, müqddəs kitabımızın altından keçərdilər. Qız üçün “Gəlin atlandı” havası çalınardı, faytonda yaxud at belində aparılardı.
Toy günü əsasən günortadan sonra başlayardı. Günortaya qədər çaylar qaynadılır, yeməklər bişirilirdi. Yemək zamanı gələndə isə aşbaz deyərdi ki, “Qazan açılmır”, çayçı isə deyərdi ki, “Samovar süzmür”. Hər kəs “xələt”ini aldıqdan sonra “qazan açdı” olardı. Qız evində toyda da “qazan açdı” üçün “xələt”i oğlan evi verərdi. Məclisdə əsasən plov, dolma, kabab və məşhur “Qarabağ souzu” verilərdi. Hamı yeyib-yığışandan sonra çalıb-oynamaq başlayardı. Toyda mütləq “qara zurna” çalınardı. Zurnaçılar toy başlayanda evin damına çıxıb oradan, hamı toplaşdıqdan sonra isə mağaradan ifa edərdilər. Mağar isə xalı, gəbə və kilimlərlə bəzədilərdi. Qız-gəlin toya mütləq təzə allı-güllü libas geyinərdi.
Gəlin həyətə girəndə qurban kəsilərdi, qanından isə gəlin və bəyin alnına çəkilərdi. Şirniyyatı yarı bölərək yarısını gəlinə, yarısını isə qaynanaya verərdilər ki, mehriban olsunlar. Evin kandarında gəlin ayağı altına qoyulmuş boşqabı sındırardı, su və buğdanı isə evə səpərdi. Bu isə özü ilə ruzi-bərəkət gətirməsinə işarə idi. Gəlin oğlan evində onun üçün xüsusi bəzədilmiş “gərdəyə” gətirilərdi. Gəlin oturmamışdan əvvəl “xələt” istəyirdi. Oğlanın valideynləri isə ona nəsə boyun olurdu. Sonra gəlin əyləşərdi.
Oğlan toyunda toyun “şahı” və “fərraşı” olardı. Onlar məclisdə sakitlik yaradaraq onun maraqlı keçməsini təmin edərdilər. “Fərraş” toyun “şahı” tərəfindən buyrulardı. Məsələn, filankəsi gətir ortaya. Əllərində nar çubuğu olardı. Durmaq istəməyəni zarafatla yavaşca vuraraq ortaya gətirərdi. Nə qədər utancaq adam olur-olsun, oynamalı idi. Toyu elə idarə edirdilər ki, məclisdə dava-dalaş düşməzdi. Məclisdə “sözbaxmayan”ı isə toyun şahı cəzalandırardı.
Toyun sonunda “bəy tərifi” olardı. Bəy sağdişi və soldişi ilə birgə mağara gələrdi. Toydan sonra isə “üçgünlük”, “üzəçıxdı” olardı. Qız evi plov, fətir və şirniyyat dolu xonçalarla oğlan evinə gələrdi. Gəlin üzə çıxaraq ailə ilə birlikdə oturardı. Qızın anası, xalası və yaxınları ona “qızıl beşliklər”, saat, üzük, sırğa və digər qızıl məmulatları bəxşiş verərdi.
Bir müddət sonra qız evi yeni ailəni qonaq çağırardı, bu isə “ayaqaçdı” adlanardı. Gələn qonaqların hər birinə “xələt” verərdilər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
- ŞƏRHLƏR