Bu gün çərşənbələrdən üçüncüsü- Yel çərşənbəsidir. Yel çərşənbəsi xalq arasında Külək çərşənbəsi kimi də çağrılır. Baharın gəlişi ilə havaların dəyişməsi, durmadan həzin küləklərin və mehlərin olması insan aləminə xoş təsir bağışlayır. Təbiətdə yazın ətri duyulmağa başlayır. Sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Məhz bu çərşənbə günü bütün evlərdə təmizlik işlərinə başlanılır. Xüsusən qadınlar, qızlar evdə tam mənada təmizliyə riayət etməyə başlayırlar. Hər bir xanım evindəki yorğan, döşəyi havaya atır və onun təzə gələn bahar nəfəsilə yenilənməsini, çıxan günəşin təsiri altında daha da təmizlənməsini istəyir. Həmçinin evlərdə hər tərəf silinib, təmizlənir, palazlar, xalçalar çırpılır, şüşələr, pəncərələr silinməyə başlanılır. Xanımlar artıq bayramın özü üçün tədarüklər etməyə başlayırlar. Onlar bişirəcəkləri şirniyyatlara lazım olan məmulatları indidən hazırlayırlar. Evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdır. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur. Məhz bu səbəbdən insanlar süfrədə şirin məmulatlardan ibarət xonca hazırlayırlar. Bu çərşənbədə də digərlərində olduğu kimi hamının qapısında, həyətində tonqallar qalanır.
Əziz Qadın.Netin dəyərli istifadəçiləri, çərşənbənizi təbrik edir, sizə uğurlar arzu edirəm.
XƏBƏR LENTİ
Onlar bir zamanlar sinələrdə parlardı...
Allahın qulu Teymur
Tanınmış müğənni hava limanında qalmaqala səbəb oldu
Boşanma səbəbi məlum oldu-FOTO
Azərbaycanlılar batan gəmidə
Putin "erməni qərarı"nı verdi
Koronavirusla bağlı SON STATİSTİKA
Çəhrayı göllər
Türkiyədə arxeoloqlar 1700 yaşı olan heykəl aşkar ediblər
Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb - FOTO
Möhtəşəm gəlinliklər
Zövqlü ayaqqabı modelləri
Gələcəyin maşını
ABŞ-dan çox önəmli peyvənd açıqlaması
Asiyasayağı qızardılmış peraşki (foto resept)
Monika Beluççi və qızı Deva Kassel rəqabəti- FOTO
Atatürkü məşhur aktyor canlandıracaq-FOTO
Meyvələrdən üç meyvə var...
Hulusi Akardan Naxçıvan və Laçın dəhlizi ilə bağlı danışıqlar barədə VACİB AÇIQLAMA
Krem əvəzinə idman edin
Qızcığazlar və gəlinciklər
Bakıda sürücülərə xoş sürpriz
Maraqlı mətbəx ləvazimatları
Samsung-dan Galaxy Trend 3
Uşaqlar üçün otaq dekorasiyaları
Dünyada koronavirusla bağlı son STATİSTİKA
İngilis dili-Ww
İdman etdikdən sonra əzələ ağrısı çəkməmək üçün...
Havada payız qoxusu var
- Akula... - Ay can?!..
Fazil Mustafa dərslərin sentyabrın 1-də başlamasını təklif edir
Sərxoşluqdan əziyyət çəkən məşhurlar - SİYAHI
Əhvalımızı necə qaldıraq?
Hande Erçel makiyajsız FOTOsunu paylaşdı
Medvedev: "Gəlmələr qaydalarına riayət etməlidirlər"
“Barselona” Messiyə maaş verməkdən imtina edir
Bulvarda yeniliklər
Ev üsulu toyuq dönəri (foto resept)
İlham Əliyev və Dmitri Medvedev arasında məhdud tərkibdə görüşü olub
Vintaj üslubunda donlar
Zəlzələ və vulkanlar
Bakının göydələnləri: gözəllik, yoxsa əsəb?
"Almayın, yeməyin, başdan-ayağa təhlükəli yeməkdir"
Ev işlərindəki problemlərin həlli
Pınar Altuğun paylaşımı hər kəsi ayağa qaldırdı
Britaniyalılar Fransa və Niderlandı tərk edirlər
Rusiyanı Cənubi Qafqazla birləşdirən yol bağlanıb
"Facebook" və "Instagram"da problem yarandı
Lider TV bütün əməkdaşlarını işdən çıxardı
Aşura günü Bakıda hərəkət məhdudlaşdırılacaq















- ŞƏRHLƏR