Xəyanət-odlu silahdan açılan bir güllədir. Fərq ondadır ki, açılan güllə canlını öldürər, amma qarşılaşdığımız xəyanət-illərlə içimizdə yaşayıb bizi dəlik-deşik edər, qəlb yandırar, əzab verər, amma öldürməz. Xəyanətlə qarşılaşmısınızsa, amma onu sizə yaşadanı sevirsiniz və ayrılmaq istəmirsinizsə, aşağıdakılara diqqət edin.
1. Hər şeydən əvvəl, çalışın təmkininizi pozmayasınız. Hirs və qəzəbinizin şüurunuza üstün gəlməyinə yol verməyin. Acığınızı tökməkdən utanmayın, lakin yaxşı olar ki, bunu təklikdə, yaxud psixoloqun iştirakı ilə edəsiniz. Balışı döyəcləyin, təsəvvür edin ki, o sizin vəfasız yoldaşınız və ya sevgilinizdir. Onu ən tünd təhqirlərə qərq edin. Bu zaman sakitləşərsiniz və hər ikiniz üçün çətin olan söhbətə başlamaq üçün hazır olarsınız.
2. Çalışın ki, imkan daxilində sakit, açıq danışıq zamanı, ümumiyyətlə xəyanətin olub-olmadığını aydınlaşdırasınız. Bəlkə bu sizin təxəyyülünüz, şübhənizin bəhrəsidir? Əgər həqiqətən xəyanət baş veribsə, ''daha məni sevmir'' kimi fikirdən uzaq olun. Bunu düşünmək çox təhlükəli və böyük şüursuzluqdur.
Əvvəla, kişinin başqa qadınla bir dəfə yaxınlığı heç də tam xəyanət demək deyil. Ola bilsin ki, yoldaşınız yaxud sevgiliniz gənc və qəşəng qıza meyl göstərsin, amma qəlbini sizə bağlasın. Bəlkə də onu bu cür hərəkətə, intim ideyaları sövq edib. Bəlkə də şəxsi münasibətinizdə onu qane etməyən rəqibinizin ''intim bacarığı''dır. Axı bir çox xanım var ki, özünün sərt xasiyyəti ilə sevgidə çox soyuq olur. Belələri sevişməni arxa plana atıb, bunun ''ət tökən'' bir iş olduğunu deyirlər. Hələ bu təsəvvürün həyatınızı kasıblaşdırıb, ailə münasibətlərinin pisləşdiyini, həyat yoldaşınızın soyumasına necə təsir etdiyini qeyd etmirəm...
3. Xəyanət gördünüzsə dərhal əlaqələri kəsməyi tələb etməyin. Bunu heç bir kişi özünə sığışdırmaz. Əlbəttə, sizin mənəvi cəhətdən onu ittiham etmək hüququnuz var, amma dönüb bir özünüzə də baxın. Ola bilsin ki, burada siz günahkarsınız. Həyatınızın intim tərəfinə etinasız və soyuqqanlıqla yanaşmanız bu cür halın baş verməsinə gətirib çıxarıb. İndi sizin qarşınızda yoldaşınızın ürəyini fəth etmək kimi vəzifə durur. Çalışın ona əvvəlki sevgili, ehtiraslı günləri yaşadasınız. Axı yaşadıqlarınız izsiz-tozsuz bir anda yox olub gedə bilməz. Xoş hisslərinizi mənfi emosiyalara qarşı qoyun. Bu böyük zəhmət, təmkin və dözüm tələb edir. Amma inanın buna dəyər. Əgər həqiqətən itirmək istəmirsinizsə...
4. Ən təsiredici taktika-onun gözlədiyinin əksinə hərəkət etməkdir. O, dava-dalaş, nifrət dolu baxış gözlədiyi halda, siz qayğıkeş olun.
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR