Diqqətinizi iki məktuba cəlb edirik. Diqqətlə oxuyun və müzakirə edin:
1. Keçmiş arvadın məktubu: “Ailə dünyadır” deməkdə heç də haqlı deyilsiniz. Ailəni özünə dünya sananlar ya idbardır, ya da kor. Ömür bir dəfə verilibsə, nə üçün mən onu istədiyim kimi yaşamamalıyam? Nədən ötrü ömrümü kiməsə qurban verməliyəm, onu mənə qaytaran olacaqmı? Ali təhsilliyəm. Atam, anam, müxtəlif rəhbər vəzifələrdə işləyən qardaşlarım, evdə və ərdə olan bacılarım var. Yaxşı evimiz, maşınımız, dolanışığımız. İki il əvvəl el adəti ilə ailə qurdum. Ərim məni çox istəyirdi, mənim üçün hər şey etməyə hazır idi. Nə olsun? Mən ona qadın olmalıydım, xidmət etməliydim, uşaq doğmalıydım... Bütün bunlar dözülməzdir. Başa düşdüm ki, ərə getməkdə yanılmışam.
Ailə, ər, ana... Bütün bunlar ilk baxışda təmtəraqlı görünür, amma işgəncədir, əzabdır, öz-özünü məhv etməkdir. Boşandım. O yazıq çox çalışdı ki, mən boşanmayım (elə indi də ardımca sürünür. Nə etsin, sevir də...). Amma indi sərbəstəm. İstədiyim kimi yeyirəm, içirəm, geyinirəm, gəzirəm. İstədiyim, xoşladığım adamlarla ünsiyyətdə oluram. Müxtəlif adamlarla ünsiyyət daha maraqlıdır. Kiminsə qadını olmaq, ona xidmət etmək, hər gün eyni işləri görmək, eyni adamlarla qarşılaşmaq... Bu necə də yorucudur. G.Babayeva”.
2. Keçmiş ərin məktubu: “G.Babayeva mənim həyat yoldaşım olub, daha doğrusu, onunla bir il üç ay birgə yaşamışıq. Deyirlər, insan cismən məhv olmamışdan əvvəl ağlını itirir. G.Babayeva tutduğu əməlin, getdiyi yolun dəhşətini anlamır, başa düşmür – onun bədbəxtliyi də bundadır. Başa düşsəydi, bütün bunları özünə dərd sanardı... İki il əvvəl gördüm. Təyinatla qonşu məktəbdə işləməyə gəlmişdi. Sevdim. Ailə qurduq. İnsan aya bənzəyərmiş – onun da görünməyən tərəfi varmış. Dörd ay keçdikdən sonra qəlbində yatırtdığı murdar niyyətlərini açıb-ağartmağa başladı: “Mən ali təhsil almışam, istəyirəm ki, sərbəst yaşayam, özümün evim-eşiyim, özümün qazancım olsun”.
Buna görə mən atamı, anamı (artıq onlar yaşa dolublar), məni özlərinə yeganə arxa, ümid bilən bacılarımı atmalıydım. Onlar məni böyüdüblər, oxudublar. Damarlarımdan anamın südü, laylaları axır, atamın çörəyi, bacılarımın nəvazişi ilə böyümüşəm. “Mən sərbəst adamam, kimlə gəzirəm, nə edirəm – özüm yaxşı bilirəm. Mənə ər lazım deyil” – diplomu özünə ailə də, ər də sayan nankor qadın həya, namus kimi ülvi hisslərdən məhrum idi. Onunla beş günlük yaşamaq haqqında müqavilə bağlamamışdım. Ailə qurmuşduq, ömür-gün sürəcəkdik. Onu amalından döndərməliydim, düşəcəyi bataqlığa aparan yoldan qaytarmalıydım. Bütün pedaqoji ustalığımı... tətbiq etdim. Ətrafımdakıları köməyə çağırdım, - atam, anam, qohumlarım, çalışdığım kollektiv, dost-tanış - mümkün olmadı. Boşandıq. Təəccüblü orasıdır ki, böyüdüyü, tərbiyə aldığı ailə də onu müdafiə etdi. Dedilər ki, ali təhsili var, pula ehtiyacı yox, yeməyi var, paltarı var, daha əri neyləyir? Qoy sərbəst yaşasın, öz əlindədir, nə vaxt istəyər – daha yaxşısına, pullusuna, vəzifəlisinə, tək oğlana gedər.. Kimsə məni zəiflikdə, ailəni qoruya bilməməkdə qınaya bilər. Nə deyim? Bəlkə də haqlıdırlar. Amma bir şeyi bilirəm ki, G. Babayevanın tərbiyəsində ailəsi, ilk növbədə isə anası günahkardır. Anası iki dəfə ailə dağıdıb, üçüncü əri ilə yaşayır. Görünür, balası da onun yolunu keçməlidir. Atalar nahaqdan deməyiblər: "Anasına bax, qızını al"... Hörmətlə: M.Məmməd”.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Beyonsun heykəli hazırlandı-FOTO
Ledi Qaqa yenə geyimi ilə təəccübləndirdi-FOTO
Maaşın nə günahı?
Fitoterapiya nədir?
Mikellanın Səsverməsinə bu qədər xərclədilər
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Rusiya növbəti təyyarələrini İrəvana göndərdi
Ziyafət geyimləri
"iPone-7" üçün 23 gün küçədə yaşadı
Bu günün hava proqnozu
Pərdə - plyonka "sezonu" bitir
Dəvə sümüyündən velosiped -FOTO
Qızarmış ciyər (foto-resept)
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Qış aylarında dəri baxımı
Şərqdə ilk opera bəstələyən azərbaycanlı xanımın doğum günüdür
Qadın siyasəti
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Beyazın yeni işi TƏƏCCÜBLƏNDİRDİ
Lotereyada 20 min uddu biletini yandırdı-SƏBƏB/VİDEO
Qızıl və gümüş ucuzlaşıb
Paşinyanın gizləndiyi yer məlum oldu
Təlqinlə bədəni gücləndirin
Hamiləlikdə dəri dəyişkənliyi
Sabah məktəblərdə ilk dərs nəyə həsr olunacaq?
Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Koronavirusla bağlı bildiyimiz HƏR ŞEY YANLIŞ İMİŞ-16 fakt
Növbəti əfv siyahısı hazırlanır
Balıq yedikdən sonra süd içmək olarmı?
"İşğal olunmuş torpaqların geri qaytarılmasına ümidlər artıb"
İlin adamı seçildi
Bakının kənar küçələri də "sevinəcək"
Azərbaycanda zəlzələ oldu
Hava haqqında
Astroloq 2020-ci illə bağlı proqnoz verdi
Cins şalvarlar
Armud şirəsinin faydaları
Günün qoroskopu: özünüzə vaxt ayırın
Hisə verilmiş ətdən salat (foto resept)
İki məşhur sevgili oldu
Körpə ilə tətilə çıxmaq
Pendirli qızartma (foto-resept)
Messidən möhtəşəm dönüş
İndoneziya qorxuya düşdü
Nepalda yenidən güclü zəlzələ oldu
BÜRCLƏR bizə nə vəd edir? -26 MAY
Nazim Hikmətin şeirindən ilhamlanan kolleksiya
Qoyun ili üçün "Quzu tortu"(foto resept)
Evdə limon bitkisinin becərilməsi qaydaları
İlham Əliyevlə Serj Sarkisyanın görüşü gözlənilir
- ŞƏRHLƏR