Psixoloq özünəinamı artırmaq üçün 7 üsul təklif edir.
1. MƏQSƏDINIZI DƏQIQ TƏYIN EDIN.
Iki yolla gedə bilərsiniz:
A) Asan yolla başqalarının mənfi xüsusiyyətlərini tapıb, üzə çıxartmaqla öz sadə nailiyyatlərinizlə fəxr etmək.
B) Çətin, amma dəyərli, düzgün yolla daim bilik və bacarıqlarınızı artırmaqla - mənfi cəhətlərinizi tapıb, onları aradan qaldırmaq. Bu yol özünüqiymətləndirmənin səviyyəsini mütləq artıracaq.
2. TƏBİİ, ZƏRURI HADISƏLƏRƏ HAZIR OLUN!
Hər bir insan həyatı boyu müxtəlif krizis dövrləri keçirir. Bu mərhələlərdə o, yaşadığı dövr ərzində özü-özünə hesabat verir. Qarşısında yeni məqsədlər qoyur, mənəvi dəyərləri daha da genişləndirir. 30 və 40 yaş ən vacib, çətin krizis mərhələləridir. Bu yaş dövrünə hazır olmaq lazımdır. Depressiyaya düşməmək üçün bu yolda ən uğurlu nailiyyətlərinizi yadınıza salın.
Kişilərin özünüqiymətləndirmə səviyyəsi, orta hesabla, qadınlardan aşağı olur. Mütəxəssislər hesab edir ki, bu fakt kişilər arasında erkən ölüm hadisələrini doğruldur və bundan başqa onların daha çox spirtli içkilərə meyli olduğunada səbəb ola bilər.
3. ÖZ FƏRDI MÜDAFIƏ SISTEMINIZI SEÇIN. Özünüqiymətləndirmə hər zaman ətrafdan taziqlə üzləşir. Biz cəmiyyətdə özünüqiymətləndirmənin bir neçə növ müdafiə sistemi ilə rastlaşa bilərik. Məsələn, biri əl çatmayan, amma çox arzusunda olan hadisəni dəyərsizləşdirir. Başqası, əksinə, başına gələn xoşagəlməz əhvalatı yaşayarkən gülümsəyir, özünü laqeyd apamağa çalışır.
4. UNUTMAYIN: SIZ TƏNHA DEYILSIZ!
Özünə inamı az və yaxud zəif olan insan daha çox ətrafdan rəğbət, təsəlli gözləyir. Söhbət zamanı o, çalışır ki, həmsöhbətinin problemlərini qeyd etsin və bununla özünün problemlər içində tək olmadığını bir az unutsun.
5. MÜTƏXƏSSISƏ MÜRACIƏT ETMƏKDƏN ÇƏKINMƏYIN. Əsaslandırılmış yüksək özünüqiymətləndirmə insana heyatda uğur gətirir. Bəzən biz özümüzü kənardan düzgün-hərtərəfli görə bilmirik. Bu zaman mütəxəssis məsləhəti bir çox məsələlərə aydınlıq gətirə bilər.
O, Sizə qərəzsiz, obyektiv özünüqiymətləndirmədə yardımçı olar.
6. DOSTLARINIZIN MƏSLƏHƏTLƏRINDƏN ISTIFADƏ EDIN. Ətrafdakıların fikirlərinə həssaslıqla yanaşma özünüqiymətləndirmə üçün çox yaxşı üsuldur. Siz hətta eksperiment keçirə bilərsiz. Etibar etdiyiniz bir neçə adam seçin və onlara Sizdə olan bu xüsusiyyətləri nə dərəcədə inkişaf etdiyinin qiymətləndirməsini təklif edin: məs'uliyyətli olmağınızı, özünətənqidi, həmsöhbətə qulaq asmaq bacarığını, özünənəzarəti, inadkarlığı. On ballıq şkaladan istifadə edin. Hər cəhət üçün alınan nəticələri toplayın - bu rəqəmlər Sizə özünüz haqqinda o qədər yeni məlumat deyecək ki!
7. ÖZÜNÜZÜ SEVIN!
Özünüqiymətləndirməni aclıq hissi ilə müqayisə etmək olar. Bir müddət tələbatın ödənilir, amma az sonra yenə boşluq-aclıq əmələ gəlir və bu Sizə narahatçılıq gətirir. Necə ki, sevənlər daim sevildikləri haqqında soruşmaqdan yorulmurlar, o cür də bizim özümüzüqiymətləndirməyimiz daim diqqət tələb edir. Dünyaya pozitiv yanaşın çalışın mənfi hadisələrdə müsbət cəhətləri nəzərə alasınız. Hər gün elədiyiniz 5 iş üçün özünüzü tərifləməyi unutmayın.
Özünüzün ən yaxın, yaxşı dostu olun. Heç kimlə özünüzü müqaisə etməyin hər kəs unikaldır! Heyatda öz üslubunuzu tapın. Hər səhər yadınıza salın ki, Siz bu həyatda unikalsız və dünyada xüsusi yeriniz var.
Səhvlərinizi bağışlayın, özünüzü bağışlamağı öyrənin. Əgər bunu bacarsanız, onda qəlb rahatlığı, sakitlik Sizi tapacaq.
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR