Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Oruc bəy Bayat
(1567-1605)
Oruc bəy Bayat Azərbaycanın məşhur bayat tayfasındandır, 1567-ci ildə anadan olub. Atası Sultanəli bəy tayfanın başçılarından biri olmuş və Azərbaycan Səfəvilər dövlətinin görkəmli sərkərdələrindən sayılmışdır. Səfəvilər dövlətinin böyük hissəsi osmanlılar tərəfindən işğal edilmiş, ölkə daxilində iri feodalların qiyamları baş vermişdi. Buna baxmayaraq qızılbaş əmirləri silahı yerə qoymur, mübarizə aparırdılar. Oruc bəy çox keçmir ki, atasının başçılığı ilə döyüşlərə qatılır.
1585-ci ildə Təbriz uğrunda gedən döyüşlərdə Sultanəli bəy həlak olur. Oruc bəy qoşun komandanının əmri ilə bayat tayfasının döyüşçülərindən ibarət dəstəyə başçı təyin edilir. Hərb meydanında mərdliklə vuruşan Oruc bəy dəfələrlə təltif olunur. 1589-cu ildə I Şah Abbasın orta asiyalılara qarşı yürüşü zamanı Oruc bəy Herat uğrunda döyüşdə fərqlənir və Səfəvi qoşunlarının rəhbərləri sırasına daxil edilir.
I Şah Abbas osmanlılara qarşı yürüşə hazırlaşmağa başlayır və Avropa dövlətləri ilə ittifaq yaratmaq qərarına gəlir. Bu məqsədlə Avropa ölkələrinə səfirlik göndərilməli idi və şah səfirliyin tərkibinə Oruc bəyi də daxil edir.
Avropaya göndərilən səfirliyə Hüseynəli bəy başçı, Oruc bəy isə birinci katib təyin edilir. İngilis diplomatı Entoni Şerli səfirliyin bələdçisi olur. 1599-cu il iyulun 9-da onlar İsfahandan yola düşürlər. Səfirlik Almaniya, İtaliya (Roma və Venesiya), İspaniya, Fransa, Polşa, İngiltərə və Şotlandiyada olmalı idi. Əvvəlcə səfirlik Xəzər dənizi ilə Həştərxana yollanır. Burada onlar 2-ci Səfəvi səfirliyi ilə qarşılaşırlar. Başında Pirqulu bəyin olduğu bu səfirliyin yolu Moskvaya qədər idi və iki səfirlik birgə hərəkət etməyə başlayır. Volqa çayının donması səbəbindən xizəklərlə Çeboksan-Nijni Novqorod-Murom-Vladimir marşrutu ilə gedir və noyabrın əvvəlində Moskvaya çatırlar. Pirqulu bəy Moskvada daimi səfirlik təşkil edir, Hüseynəli bəy isə qışı Moskvada keçirdikdən sonra yoluna davam edir.
Səfirlik Arxangelskə çatır, dəniz yolu ilə Elba çayının mənsəbinə gələrək alman torpaqlarına ayaq basır. Emba, Kassel, Veymar, Qalle, Leypsiq şəhərlərini keçdikdən sonra 1600-cü ildə Praqada alman imperatoru Rudolf səfirliyi qəbul edir və onlar qışı burada qalırlar. 1601-ci ilin yayında səfirlik Bavariyada, daha sonra İtaliyanın Mantuya şəhərində təntənə ilə qəbul edilir. Siyena şəhərində olarkən səfirlik işçiləri Entoni Şerlini oğurluq edərkən yaxalayır və onu qovurlar.
Səfirlik Romadan dəniz yolu ilə İspaniyaya, oradan quru yolla Genuyaya, sonra dəniz yolu ilə Savonaya gəlir və oradan Cənubi Fransaya yönəlir. Avinyon şəhərində papanın nümayəndəsi ilə görüşdən sonra səfirlik Pireney dağlarını aşıb, İspaniyaya gəlir. Barselona, Saraqosa, Valyadolid də olan səfirlər kral III Filipplə görüşürlər, 2 ay onun yanında qalıb geri dönürlər. Baş səfirlik Lissabona yollanır. Lissabondan yola düşəndə səfirin 4 katibindən üçün Əliqulu bəy, Bünyad bəy, Oruc bəy Avropada qalıb xristianlığı qəbul edəcəklərini bildirir. Hələ Romada ikən səfirliyin daha üç üzvü xristianlığı qəbul etdiklərini bəyan etmişdi.
Belə addımın nə ilə bağlı olması indiyənədək dəqiq məlum deyil. Bəzi tədqiqatçılar yazırlar ki, bu 6 nəfər, həqiqətən də, islamdan dönüb xristianlığı qəbul etmişdir. Digər tədqiqatçıların isə fikri belədir ki, bu "dönmələr" müəyyən tapşırığı yerinə yetirirmişlər. Əgər 6 nəfər müsəlman xristianlığı qəlbən qəbul etmək istəsəydi, bunun üçün ciddi səbəblər olmalı idi: onlar ya təqiblərə məruz qalmalı, ya da elə imkansızlıqla üzləşməli idilər ki, öz dinləri və vətənlərindən üz döndərsinlər. Bu səbəblərdən heç biri bu halda mümkün deyil, çünki təqib olunan şəxsləri şah səfirliyə daxil etməzdi, üstəlik bütün səfirlik üzvləri ölkənin ən mötəbər, imkanlı, zadəgan nəsillərinin nümayəndələri idi. Onlar, doğrudan da, xristianlığı qəbul etmək istəsəydilər, bunun üçün Avropaya getmək lazım olmazdı. Səfəvi dövlətinin ərazisində katolik missionerləri maneəsiz fəaliyyət göstərir, hətta iri şəhərlərdə onların öz qəsəbələri var idi. Səfəvi şahının təqibindən qorxan səfirlik üzvü xristianlığı Rusiya, Almaniya və ya Fransada da qəbul edə bilərdi, daha Roma və ya Valyadolidə getməyə ehtiyac olmazdı. Lakin 6 nəfərdən üçü xristianlığı Romada, üçü isə Valyadoliddə qəbul etmişdir. Bu fakt onların xristianlığı xüsusi əmrlə qəbul etmələrini göstərir. Xristianlığı qəbul edib papanın əyanları tərkibinə qatılan Səfəvi bəyləri isə onun səfəvilərin o zamankı düşməni olan osmanlılara qarşı yönəldilməsinə təsir göstərməli idilər. Yerdə qalan 3 nəfər xristianlığı İspaniyanın paytaxtında qəbul etmişdi və bununla da İspaniya kralı III Filippin əyanları sırasına daxil edilmişdilər.
O zaman İspaniya dənizlərdə aparıcı rol oynayır və tədricən dünya ticarətinə nəzarəti öz əlinə alırdı. Onun güclü ticarət və hərbi donanmaya malik olması Səfəvi şahının diqqətini cəlb etməyə bilməzdi. Kralın əyanları olmuş keçmiş müsəlmanlar isə onun diqqətini məhz Şərqə tərəf yönəltməli idilər.
Oruc bəy Bayat xristianlığı qəbul edərkən kraliça Marqarita onun xaç anası olmuş və "Don Xuan (bəzi mənbələrdə Don Juan) Persidski" adını da Oruc bəyə o vermişdir. Səfəvi dövlətini ümumən "İran dövləti" adlandıran avropalılar onun vətəndaşlarına da fars kimi baxırdılar. Lakin Oruc bəy haqqında qalmış sənədlərdə onun "türk" olması xüsusi qeyd edilmişdir. Kral III Filippin əyanları sırasına daxil edilən Oruc bəy Don Xuan ən yüksək dairələrdə hörmətlə qarşılanırmış. Onun dövlət məmurları, din adamları, hərbçilər, mədəniyyət xadimləri arasında çoxlu dost və tanışları var imiş.
Avropada Səfəvi dövləti haqqında olan mənfi təsəvvürləri təkzib etmək məqsədi ilə Oruc bəy "Oruc bəyin kitabı" adlı tarixi əsər yazmışdır. Kitabda onun iştirak etdiyi səfirlik haqqında, fəaliyyətlərinin məqsədi barədə söhbət açılır, Azərbaycan və İranın ən qədim dövrlərdən başlamış tarixi qısa və parlaq formada nəql edilir, sonra isə Səfəvilər dövləti, onun tarixi, quruluşu, iqtisadiyyatı, etnik tərkibi, adət-ənənələri, ordusu haqqında geniş məlumatlar verilir. Səfəvilər dövləti barədə məlumatlar sanki xristian oxucuların gözləri ilə təsvir edilib. Bu bir daha göstərir ki, kitab xristian Avropasının oxucuları üçün nəzərdə tutulmuşdur. Avropada Azərbaycana münasibətin müsbət tərəfə dəyişilməsində bu kitabın böyük rolu olmuşdur.
Arxiv sənədlərinə istinad edən fransız şərqşünası Le-Strenc Oruc bəyin 1605-ci il mayın 15-də Valyadoliddə öldürüldüyünü bildirir. Onun qətlinin nə ilə bağlı olması məlum deyil. Kim bilir, bəlkə də ispanlar onun şahın xəfiyyəsi olması faktının üstünü açmışdılar, ona görə də öldürülmüşdü.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gözəl toy tortları
Salfetka bəzəyi
Digər ölkələrin toy adətləri
Qidanı necə həzm edirik?
Bakıda yeni SÖKÜNTÜ
Kabaklı toyuq (foto resept)
"Ginnesin Rekordlar Kitabı"na düşən qadın çox peşmandır-SƏBƏB
Ötən ilin ən yaxşı smartfonu açıqlandı
Biləsuvarda xəzinə tapıldı
Kabayeva mandatdan imtina etdi
Onların dərsi 30 dəqiqə olacaq
Bakteriyalar danışır!
Saatınızı yeniləyin
Üz üçün kivi maskası
Sonsuzluqdan əziyyət çəkən kişilər bu yazını mütləq oxusunlar
İki "dəlinin" tutqusu
Muratla Hande barışdı
Orhan Gencebayın vəziyyəti ağırlaşdı
İrina Şeyk “Formula-1” günlərində Bakıda
Dəmir əskikliyi zəka geriliyinin səbəbkarıdır
Yuxu yozmaları - T
Alpinizm yaşa baxmır
İşdən ixtisara düşmək istəmirsizsə...
Qadına uşaqlıq köçürüldü
"Qarabağ qara ləkədir"
"Neftçi"nin yeni baş məşqçisinin adı bəlli oldu
ÜST gözlənilən xəbəri verdi - COVID-19-un ilk işəyarayan müalicəsi tapıldı - VİDEO
Qarabaşaq unu ilə alma sıyığı (foto resept)
Rihanna artıq çəkiləri ilə diqqət çəkir-FOTO
Qozlu, ballı tort (foto resept)
"Öləcək" dedilər, milyarder oldu - FOTO
Riyazi məntiq - 7
HTC Desire 626 satışa çıxarıldı
12 yaşlı məktəbli elə bir cihaz hazırladı ki... - FOTOLAR
Səbrinin "Qalatasaray"dakı taleyi necə olacaq?
Qaraciyər xəstəliklərinin qarşısını almaq üçün
Ətsiz xoşbəxlik olar?
Kür çayı üzərində kanat istifadəyə verilib
Dadlı və asan tort (foto resept)
Bu gün bu yollar bağlı olacaq - məşəl Bakıya gəlir
Dünyanın ən varlı 10 baş məşqçisi
Putin İrana nadir Quran apardı
Gül kələmi kotleti (foto resept)
10 günə 7 kq saglam şəkildə arıqlayın!
İştahanı azaltmanın 6 yolu
Yeni İli məşhurlar belə qeyd edir-FOTO
Azərbaycanda yeni təşkilat yaradılır
Türkiyə tarixində ilk
Hande Erçel və Murad AYRILDI - FOTO
İpoteka götürmək üçün maaşınız bu qədər olmalıdır