Dünyada heç bir canlı balası insan balası qədər baxıma möhtac deyil. Körpənin ətrafının və xüsusilə anasının müsbət və mənfi davranışları onun üzərində həyat boyu qalıcı izlər buraxa bilər. Araşdırmalar insan şəxsiyyətinin bir qisminin varislik faktoru ilə meydana gəldiyini söyləsə də bunların yalnız bir qisminin belə olduğu deyilməkdədir. Bu meyllərin hansı şəxsiyyət xüsusiyyətlərinə çevriləcəyi fərdin ətraf əlaqəsi ilə müəyyən edilir.
Şəxsiyyət inkişafında ən əhəmiyyətli dövr 0-6 yaşdır. Uşağın şəxsiyyətinin təməlləri ilk 0-6 yaşda atılır, daha sonra şüurlu, ya da şüursuz olaraq bu dövrün qalıqları yaşanır. O dövrdə yaşanan zədələr, hər hansı bir ayrılıq, itki, yaxud o dövrdə yaşanan mənfi xatirələr adamın bütün həyatını dəyişə, zədələyə və həyat ritminin pozulmasına səbəb ola bilər.
Yeni doğulmuş bir körpənin bütün əlaqəsi anası ilədir. Ana əvvəlcə körpənin fizioloji ehtiyaclarını qarşılasa da daha sonra uşağın ətrafına qarşı inkişaf etdirdiyi güvən, ya da etibarsızlığın təməlini atacaq olan insandır həm də. Ana uşağa içdən bir şəkildə mehriban olmazsa, uşaq bunu hissiyatıyla duyar, bu vəziyyətdə güvən duyğusunda problemlər yaradar. Burada əhəmiyyətli olan ananın uşağa nə söylədiyi deyil, nə hiss etdiyidir. Çünki bu duyğular hər zaman uşağa keçməkdədir. Uşağın bütün dünyası sanki ananın gözləridir və ananın gözləri nə söyləsə, uşaq ona inanar. Əgər ana uşağa həqiqətən sevgi dolu və içdən bir şəkildə baxsa, uşaq özünü qiymətli hiss edəcək, bunun "meyvələrini" də bütün həyatı boyunca "yeməkdə olacaq". Ətraf mühitə güvənildiyini eşitmək, əslində özünə güvən bəsləməkdir və bu duyğu körpəykən meydana gələr. Əgər körpəlikdə meydana gəlməzsə, böyüdükcə digər insanlardan qorxar, səbəbsiz hirslənər, aqressiv reaksiyalar göstərər, başqaları ilə isti bir əlaqə qura bilməz. Bu vəziyyət ancaq psixoterapiya müalicələri ilə düzələ bilər.
Körpədə güvən duyğusunun yaranmasında maneə törədən amillərdən biri səhlənkar və sevgisiz anadır, digəri isə narahat anadır. Körpə ilk doğulduğunda özünün anasından ayrı bir adam kimi dərk edə bilmir və anasını özü ilə eyni adam zənn edir. Ananın narahat olmasıkörpənin də narahat olmasına gətirib çıxardar. Bu vəziyyət ona gələcəkdə bəzi problemlər yaşada bilər, onun davamlı narahat və çaxnaşma bir adam olmasına gətirib çıxara bilər. Uşaq böyüdükcə xasiyyətində bəzi mənfiliklər olacaq: həmişə pis şeylər, hadisələr olacaqmış kimi hiss edəcək, təhlükələrə qarşı əvvəlcədən tədbir görmək istəyəcək, əvvəldən bütün təhlükələri düşünəcək, hətta enerjisinin böyük bir hissəsini buna xərcləyəcək. Bu düşüncələr də bir müddət sonra adamı yorar və hirs, stress kimi simptomların meydana gəlməsinə yol aça bilər. Bundan başqa ananın tutarlı olub-olmaması da körpənin güvən duyğusu üçün əhəmiyyətlidir. Ananın bir görünüb bir itməsi uşağın yetkinlik dövründə həddindən artıq həssas bir insan olmasına səbəb olar. Bağlandığı kəslərin tutarlı olub-olmaması, ən əhəmiyyətlisi bağlandığı kəslərin onu tərk edib-etməməsi mövzusunda olduqca həssas davranacaq. Şüursuz olaraq əsassız kəslərdən xoşu gələcək, onları bəyənəcək, lakin davamlı olaraq da bundan şikayət edəcək. Əslində, ətrafımızdakı insanların şikayətlərinə baxsaq, çoxusunun ən narahat olduğu şəxsiyyət tipləri ilə yaxın əlaqə qurduqlarını görərik. Bunun səbəbi: başqasıyla əlaqə yaratmanın təməllərinin də 0-6 yaşda atılmış olmasıdır. Əgər uşağın sevgisiz bir valideynləri varsa, həmin uşaq yetkinlik dövründə özünə yoldaş, ya da dost kimi belə kəsləri şüursuzcasına seçir, səbəbi belə kəslərlə əlaqə yaratmağı öyrənmiş olmasındandır .
Uşaqlarda yaranan psixoloji problemlərin təməli böyük nisbətdə ana və atanın payına düşür. Bunun üçün təkcə uşağın deyil, bütün ailənin, ailədəki fərdlərin də psixoloji dəstəyə, psixoloq məsləhətinə ehtiyacı vardır. Özlərinə və ətraflarına uyğunlaşmış ana və atalar uşaqlarının şəxsiyyətlərini inkişaf etdirərlər və avtonom varlıqlar olaraq yaşayarlar. Öz çatışmazlıqları səbəbindən həddindən artıq rədd cavabı verən və ya qoruyucu tədbirlər görən ana və ataların uşaqları isə özlərinə ayrı bir varlıq olaraq dəyər verilmədiyindən şəxsiyyətlərində yaranmış bəzi problemləri düzəldə bilməzlər və bütünləşdirə bilməzlər. Yetkinliyə çatanda isə uşaqkən qarşılanmamış ehtiyaclarını qarşılamaq üçün naəlaclıqdan ümidsizcəsinə çalışırlar.
Başqalarından davamlı bir şeylər gözləyən və istəyən insanlar da vardır. Bu vəziyyət qürur incidici bir vəziyyət olsa da bu insanlar üçün əhəmiyyətli olan, digər insanlar üçün özlərinə görə bir şeylər etməsidir. Bu kəslərə bir şey verəndə və kömək etdiyiniz müddətdə sizdən ayrılmazlar. Bəzi insanlar da ancaq müvəffəqiyyətə çatanda və tərifləndiyində özünü yaxşı hiss edərlər. Bu kəslərdə dünyaya qarşı heç vaxt sonu gəlməyən bir hirs və hirslilik duyğuları vardır. Ya da bəzi insanlar vardır ki, başqaları ilə aralarına davamlı olaraq görünməz bir maneə qoyarlar. Onlarla yaxın romantik əlaqələr qura bilməzlər. Belə kəslərin əlaqələrində sanki görünməz bir divar vardır. Əlaqələrini həmişə müəyyən bir məsafə qoyarlar və bu məsafə pozulsa, o əlaqədən uzaqlaşarlar.
Bütün bunların səbəbi, qaynağı sevgisizlik, yaxud sevginin doğru olmayan yollarla köçürülməsi nəticəsində meydana gəlib. Ana-atalar uşağı özünə xas bir dünyası olduğunu qəbul etmədikcə, uşaqlarına şüurdan xaric sevgisizlik, dəyərsizlik, rədd edilmə və etibarsızlıq duyğularını verərlər. Uşağın özünə xas bir dünyası olduğunu qəbul etmək əslində çox da asan bir şey deyil. Bunu qəbul edə bilmək üçün əvvəlcə adamın etibarlı bir əlaqə yaşamış olması lazımlıdır. Həm başqaları ilə sağlam əlaqələr qurarkən, həm də tək başına qala bilmə (yaşamaq) xüsusiyyətinə sahib ola bilməlidir. Tək başına qalanda təklik, boşluq, dəyərsizlik kimi duyğuları yaşayan insanlar, belə yaşamaq istəməyəcək və təklikdən qaçacaqlar. Başqalarıyla da qurduğu əlaqənin təməlində öz ehtiyaclarını qarşılamalı olacaq. Bu tip valideynlər uşağı ilə də belə bir əlaqə qurar və onun ayrı bir şəxs olduğunu qəbul etmək istəməz, bu vəziyyətdə uşağını da bu şəkildə bir əlaqənin içinə sürükləyər. Validenlərdən bəziləri uşağının tərbiyəsinə məsuliyyətlə yanaşmaz və onların ayrı bir şəxs olduğunu, dünyaya baxış formasının fərqli olduğunu qəbul etməz və ya çətinliklə bunu başa düşərlər. Özünə dəyər verməyən bir insan, başqalarının romantik ehtiyaclarını da qəbul edə bilməz. Bunların baş verməməsi üçün ata-ana olmazdan əvvəl öz fərdi problemlərini həll etmək lazımdır və bu da uşağın psixologiyası baxımından son dərəcə əhəmiyyətlidir.
Erkən yaşda ana-ata olmaq uşaqların təribiyəsində və şəxsiyyətinin formalaşmasında bəzi problemlər yarada bilər, bu problemlər, çətinliklər həyat boyu bir dövr içərisində davam edər. Eyni zamanda bu səbəbə görə yetkinlik dövründə bəzi psixoloji problemlər də meydana gələ bilər. Bunlar "nüfuz fiqurları"ndan qorxub çəkinmək, seçim etməkdə çətinlik çəkmək və qərarsız qalmaq, başqalarını məmnun etmək uğrunda öz fərdi ehtiyaclarımızdan imtina etmək, həddindən artıq hirsli olmaq, başqaları ilə dostluq və istilik içərisində irəliləyən bir münasibət qura bilməmək, özünə və başqalarına qarşı etibarsız olmaq kimi nəticələrə gətirib çıxara bilər.
Bu nəticələrin düzəlməsi psixoterapiya müalicələri ilə mümkündür. Müalicə yanaşmasında, ümumiyyətlə dinamik psixoterapiya təsirli və faydalı nəticələr verir. Müalicənin nəticəsində insanın həyat keyfiyyətini yüksəltməkdə, həyatını daha funksional və coşqun bir şəkildə davam etdirməyinə kömək olur.
XƏBƏR LENTİ
Günün qoroskopu: münasibətlərdə ciddi problem yarana bilər
Günün ulduz falı
Azərbaycan tarixindən yüz şəxsiyyət-84
Fransanın Vien şəhərinin meri erməni işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edib
Bu robot evdar xanımların işini asanlaşdıracaq
Arıqlamağın ən asan yolu: gülmək
Mənsum İbrahimov və Təyyar Bayramov Ağdamda “Qarabağ” mahnısını oxudular - VİDEO
Firon Tutanhamonun oğurlanmış heykəli – Satışa çıxarılır
Azərbaycan nefti yenə ucuzlaşdı
Sürücülərə verilən vaxt bazar ertəsi bitir - 50 manat cərimə TƏHLÜKƏSİ
Ayaqlardakı şişkinliyi aradan qaldıran üsullar
Dünyada ilk dəfə: insan başı köçürüləcək
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Məşhur modalar evi "ağıllı" saat buraxdı - 2800 DOLLARA
İndoneziyada bir gündə iki güclü zəlzələ baş verib
Yay üçün şort seçimi
Gözəllik salonlarının iş qrafiki ilə bağlı DİN-dən açıqlama
60 min qərbli qadın İŞİD sıralarında
Xaşxaşlı biskvit (foto resept)
Pakistan Senatının komitə sədri: "İlham Əliyev Azərbaycanın həyatında böyük dəyişikliklərə imza atan liderlərdəndir"
HƏKİM XƏBƏRDARLIДћI: "Uşaqlara yedirtməyin!"
Yeməkdən sonra isti çay içənlərin NƏZƏRİNƏ
Qadın.Net-lilərin fobiyaları (2-ci hissə)
Günlük vərdişlər xarakterinizi göstərir
Gecənin səma yolları
Xanımlar üçün üzüklər
Sandra Bullock kimi yaşlanmağa qalib gəlin
Bakıda 4 gün davam edən Hindistan toyu - FOTO
Tornado onlarla turistə xəsarət yetirdi - VİDEO
Müəllimlərin maaşı artırılıb, amma hamının yox...
Ananaslı keks (foto-resept)
Microsoft planşetləri ucuzlaşır
İmtahan proqramından bu mövzular çıxarılacaq- Rəsmi
Ərdoğan: “İlham Əliyevlə danışdım, zəfərə yaxınlaşırıq” - VİDEO
Zövqlü xanımlar üçün ayaqqabılar
Birinci qadın öləcək...
Ağciyərləri təmizləyən ərzaqlar
Üçtərəfli görüş başa çatdı
Dərmanla əzələ "şişirdən"lər -FOTO
Cennifer Lopez 3 milyonluq Toy edəcək
Hande Erçeldən Gözlənilməz Qərar
Nəhəng BUZ DAДћI QOPDU: mütəxəssislər həyəcan içindədir
İtaliyada gün ərzində koronavirusdan 793 nəfər öldü
Məşhur aktyor hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Nə ucuzlaşıb, nə bahalaşıb?
Ərdoğan Azərbaycandan danışdı-video
Marui Michinin ərzaq illustrasiyaları
Son vaxtlar “donan” Xəzər dənizində daha bir narahatedici vəziyyət - Nazirlikdən AÇIQLAMA
Milli mətbəximiz
Atların adamlardan çox olduğu yer
- ŞƏRHLƏR