Hər gün hər birimiz əlimizdə olan tək yaşama şansımızı, tək həyatımızı yaşayırıq. Amma bu həyatın dadını çıxara-çıxaramı, yoxsa həyat bizim canımızı çıxara-çıxaramı yaşayırıq?! Bu mübahisə olunacaq mövzudur. Deyəsən əsas məsələ də elə budur, həyatı sakit və həyatın çətilikləri altında əzilmədən yaşamaq...
Həyatın çətinlikləri atlında əzilməmək ciddi bir bacarıq tələb edir, asan deyil. Bəs həyatın çətinlikləri altında əzilmədən, dadını çıxararaq yaşamaq necə olacaq?
Əminəm ki, hər birinizin həyatında pis hadisələr, sizi incidən, sarsıdan insanlar vardır. Bəs bunlarla savaşmanın, qurtulmanın bir yolu, bir açarı yoxdurmu? Əlbəttə var. Bu açarın adı qəbul etməkdir. Məncə, qəbul etmək çox çətin bir xüsusiyyətdir. Həzm etməsi çətin, lakin həzm edincə hər dərdə dərman olan bir xüsusiyyətdir. "Qəbul etmək" kəlməsinin altında çox şeylər gizlənir. Məsələn: yaşı qəbul etmək, yaş keçdikcə bunu bir çoxları qəbul edə bilmir, ən əsası da biz qadınlar. Çox zaman yaşımızı inkar edirik. Zamanı qəbul etmək, ən əsası bədəni (orqanizmi) qəbul etmək - "boyum qısa, qulaqlarım şəlpə, sinəm kiçik, ayaqlarım əyri, gözlərim yaşıl deyil" və s. Bəxtini qəbul etmək... "Dünyaya oğlan kimi gəlməliydim", "Bəxtim olsa, varlı bir ailədə doğulardım", "İnsanda gərək bəxt olsun" kimi cümlələri tez-tez işlədirik. Elə deyilmi?
Biz yaxşı şeylər qəbul etmək yerinə çox zaman "Mən etdim", "Mən qazandım", "Mən bacardım" deyirik. Əslində onlar da qəbul etməyin bir növüdür. Bir hadisəni bir dəfə qəbul etsək, artıq o hadisə bizi narahat etməz. Təbii ki, qəbul etmək zaman işidir, buna səy göstərmək lazımdır. Bu o qədər də asan deyil. Biz başımıza gələn şeylərə "qismət" deyirik, amma qəbul etməyimiz mümkün olmur. Bunun üçün bizə bəzən çox zaman lazım olur. Qədərimizdə, qismətimizdə qarşımıza çıxan pis hadisələri unutmağa çalışırıq. Unutmaq həll yolu deyil. Amma bu hadisəni unutmaq yerinə qəbul etsək, daha gözəl ruh sağlığına nail ola bilərik.
Qəbul etmək - ağlın həll edə bilmədiyi bir hadisəyə ruhumuzla və könlümüzlə bir möhür vurmaq deməkdir. Yəni o hadisəyə ruhu və könlü qarışdırıb düşünməkdir. "Niyə belə, niyə elə, nə üçün belə davrandı, niyə bunu dedi" kimi beynimizlə düşündüyümüz şeylərə bir də könül gözüylə baxa bilmək, ruhumuzla qucaqlamaq, qəbul etmək insanı rahatladır. Bizi eqolarımız idarə etdiyi üçün qəbul etməyimiz o qədər çətindir ki...
Həyatda hər şeyin sizin istədiyiniz kimi olmayacağına çox gec olmadan özünüzü alışdırın. Hava günəşli də olsa, leysan yağış yağsa da hər iki halda havanı olduğu kimi qəbul edin. Şikayətlənmədiyiniz şeylərin çox gözəl keçəcəyinin şahidi olacaqsınız. Həyata tutunmaq və əzilmək yerinə tam yaşayacaqsınız.
Gəlin özümüzə bir söz verək. Heç olmasa sadəcə 2 gün xoşumuza gəlməyən, bizi gərginləşdirən, dəyişdirmək üçün əlimizdən bir şeyin gəlmədiyi vaxtlarda "Mən özümə söz verdim, bu hadisəni belə qəbul edirəm" deyək. "Qaynanamın məni incidən sözlərini qəbul edirəm", "Yoldaşımın mənə istədiyim kimi davranmamasını qəbul edirəm", "Küçədə anidən yağış yağmasını qəbul edirəm" deyək və o anı olduğu kimi yaşayaq. Dərin bir nəfəs alıb, halımızı olduğu kimi qəbul edək. Nə deyirsiniz, sadəcə 2 gün sınamağa dəyməzmi?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR