Dünyanın hər yerində ailələrin çoxu dağılmaq təhlükəsi ilə üzləşir. Boşanma, işlə əlaqədar narahatlıq, ata və ya ananın tənha uşaq böyütmə qorxusu,-bütün bunlar böhranın yaranmasına səbəb olur. Bu gün ailələr nə üçün belə ciddi problemlərə məruz qalırlar? Bu suallara cavab almaq üçün, biz nigahın və ailənin meydana gəlməsini hikmətini bilməliyik. Şübhəsiz bunu da bilməliyik ki, "Allahın birləşdirdiyini insan ayırmamalıdır" .
Bəli Allah ilk insanları yaratdı ki, onlar xoşbəxt ailə olsun. Allah ilk kişi ilə qadını nigahda birləşdirdi və dedi ki, "kişi arvadına bağlanacaq və bir bədən olacaqlar". Əyər bütün bunlara riayət edilsəydi bu günkü ailə problemləri də olmazdı. Bildiyimiz kimi müasir dünya insanları xudbinliyə və özündən razılığa cəhd edirlər. Lakin var-dövlət dalınca qaçmaqla bir şey əldə edə bilməzsiz. Əslində varlanmaq meyli ailə həyatının ən güclü təhlükələrindən biridir. Çünki o insanlar arasındakı münasibəti pozur və onların vaxtlarını alır. Buna zidd olaraq yalnız iki məsələni, xoşbəxtlik üçün nəyin vacib olduğuna diqqət yetirək:
"Sevgi olan yerdə göyərti yemək, düşmənliklə yeyilən bəslənmiş öküzdən yaxşıdir" ." Əmin-amanliqla bir tikə quru çörək, dava-dalaşla dolu ziyafətdən yaxşıdir". Çox əhəmiyyətli məsələdir, elə deyilmi? Təsəvvür edin: əgər hər ailə yuxarıdakı sözlərə üstünlük versəydi dünya tamam başqa olardı.

Kişilərə deyilən: " həyat yoldaşinizi öz bədəniniz kimi sevin" - fikri sadə, amma faydalı bir məsləhətdir. Ərlərə, "həyat yoldaşınıza hörmət edin." məsləhəti o deməkdir ki, Ər burada nəciblik, anlayış və etibarı göstərməklə həyat yoldaşına diqqət yetirməlidir. O həm də həyat yoldaşının fikrini qiymətləndirib onu dinləməlidir. Əgər ər qayğıkeşliklə həyat yoldaşına münasibət göstərirsə , bunun hər bir ailəyə fayda verdiyini görmüş olarıq.
Qadinlara deyilən: "ərinizə hörmət edin." fikri onu nəzərdə tutur ki, Qadının ərinin ağır vəzifəsini yerinə yetirməsinə kömək edərək, ailənin xoşbəxtliyinə imkan yaradır. Nəzərdə tutulan elə budur. Çünki Allah qadını kişi üçün" uyğun bir köməkçi" onum tamamlayıcısı kimi yaradıb. Qadın həyat yoldaşının qərarlarına tabe olub, ailənin uğurlarinda onunla əməkdaşlıq edib hörmət göstərdiyi zaman, bunun ailə həyatı üçün necə xeyir-dua olduğunu görərik.
Ər-arvada deyilən: "ərla arvad bir-birinə sədaqətli olmalıdırlar". fikri isə onlar bir-birlərinə sədaqətli olduqda, ailə həyatınin mütləq fayda tapmasından xəbər verir. Əksər hallarda zinakarlıq ailələri dağıdır. Vaxtınızı evinizə, ailənizə və həyat yoldaşınıza sərf edin. bu xoşbəxtliyi kənarda axtarmayın.

Əziz xanımlar, bunu mən bir kitabdan oxumuşam və sizlərlə bölüşdüm. Buyurub öz fikirlərinizi yaza bilərsiniz.
Sonda hər birinizə xoşbəxtlik arzulayıram!!!

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR