Ürəkdən gələn ağlamaq hissi təbiidir və heç də ayıb deyil. Çox sevinərkən və yaxud yas yerində, harda ki, ağlayıb qəlbi boşaltmaq bir yüngüllük sayılır-ağlamaq lazımdır.
Qadınları və uşaqları ağladan vəziyyətlər, kişilərdə eyni reaksiyanı doğurmur. Bəlkə də qadınlar buna inanmayacaqlar,ancaq kişilər üçün ağlamaq çox mənasız bir işdi. Qadının bir dərdi olduqda,ağlayaraq ürəyini boşaldıb yüngülləşirsə, kişilərdə belə deyil. Onların dərdini göz yaşları yüngülləşdirmir. Kişilik dünyasında göz yaşları arzuolunmazdır. Əksinə özlərinə, kişilik ləyaqətinə sığışdırmırlar bunu. Onların aləmində bu, zəiflik əlamətidir. Çünki, təbiət onları daha güclü yaratmışdır.
Göz yaşları-çox vaxt vərdişdən də doğur. Əlbəttə ki, əgər uşaqlıqdan ağlamağa vərdiş edilibsə, belələri hər adi iş üçün göz yaşı tökərlər. Onlar üçün ağlamaq təbii və qaçılmaz bir işdir.
Kişilər üçün ağlamağın, belə demək mümkündürsə, lazım olduğu yeganə bir hal var ki, o da dözülməz qəlb ağrısı, dözülməz sıxıntıdı. Hərdən insan elə bir vəziyyətə düşür ki, qəlbi partlamaq dərəcəsinə gəlir, belə vəziyyətdə ağlamamaq nəinki düzgün deyil, hətta ağılsızlıqdır.
Su isidən sobaları təsəvvür edin, su çox qızanda əmələ gələn buxarın çıxmağa yeri olmadıqda nə baş verər? Qoruyucu qapağı açıb buxarın çıxmasına şərait yaratmasaq partlayış olar (Əgər soba zəif materialdan hazırlanıbsa bu daha çox gözləniləndir). Yuxarıdakı hal da buna bir misaldır. Bu halda göz yaşları-həmin qoruyucu qapaqdır.
Nümunə üçün bunu misal göstərmək olar: ata gəlin köçən qızına xeyir-dua vermək üçün ona yaxınlaşır. Hamımızın tez-tez rastlaşdığı hadisələrdəndir. Atanın üzündəki ifadəni təsəvvür edin. Sevimli qızına gülümsəyir, üzdə təbəssüm var. Özünü tox tutmağa çalışır, ancaq içəri axan göz yaşlarını görməmək mümkün deyil. Bunu ən çox hiss edən də qızı olur. Ona görə də ata ilə görüş səhnəsi həmişə ürəkdağladıcı olur. Qız bu anda ağlasa da, ata göz yaşı axıtmır. Özünü təmkinli apararaq , titrək səslə qızına xeyir-dua verən atanın təkliyə çəkilərək gizlində ağlayıb ürəyini boşaltması nə qədər təbiidir.
Çox vaxt qadınlar təəssüflə qeyd edirlər ki, oğlan uşaqlarının tərbiyəsində kişilərin rolu az olur, bunun da nəticəsi olaraq kişilərdə xalis kişi keyfiyyətləri özünü göstərmir. Bu bir həqiqətdir. Lakin biz qadınlar bu həqiqəti qəbul edərək, ağır kişi tərbiyəsinin sərt qaydalarına riayət edib həqiqi kişi yetişdirə bilirikmi?
Kişi ağlamaz - bu, kişi tərbiyəsi üsulunun ən mühüm və ən vacib hissələrindəndir. Çox düzgün bir fikirdir, lakin bunu da ağılla və düşüncə ilə aşılamaq lazımdır.
Çətin vəziyyətlərdə ağlamağı deyil, çıxış yolu tapmaq üçün hərəkət etməyi öyrədilən oğlanlar nadir hallarda göz yaşı axıdır. Ağlayanlar ən çox nə etmək lazım gəldiyini bilməyənlərdir. Ağlamaqla ətrafakıların onlara rəhm etməsini, yardım etməsini gözləyirlər.
Oğlan uşağı yıxılıb dizini əzir. Nənə qollarını açıb: "Can ay bala, nənən qurban, çox ağrıdır? Gəl qucağıma" - deyib uşağı qucağına alır. Təbii ki, uşaq bu nəvazişdən kövrəlib ağlayır. Kimsə sənin ağrını hiss edib, qayğı göstərəndə ağlamaq istəyirsən.
Qadınlar uşaqlara, köməksizlərə, bədbəxtlərə daha çox qayğı və mərhəmət göstərməyi sevirlər. Lakin belə tərbiyə metodu qızlar üçün daha əlverişlidir, oğlanlar üçün yox.
Meydançada topla oynayan uşaqları müşahidə edin, yanında anası və ya nənəsi olan oğlan uşaqları daha çox ağlayırlar. Tək olan uşaqlar isə yıxılanda tez ayağa durub üstünü təmizləyir və heç nə olmamış kimi topun dalınca qaçırlar. Çünki onlar çox vaxt ağrıdan deyil, böyüklərin onlara mərhəmət göstərməsi, halına acımaları üçün ağlamağı sevirlər. Belələri böyüyəndən sonra da ağlamağa davam edərlər. Təbii ki, artıq böyüklərin yanında deyil, tək olanda ağlayırlar - özlərinə acıdıqları üçün, özlərini köməksiz hiss etdikləri üçün.
Gözlənilməz vəziyyətə düşüb ağlamağı çıxış yolu kimi görən oğulun göz yaşlarına şahid olan ata nə etməlidir? Səssizcə ağlayan oğlunun çiynini qucaqlamalıdır. Oğlan birdən-birə kişiləşmir, ondan çox şeyi eyni anda tələb etmək olmaz. Hər şey üçün zaman lazımdır. Lakin bir şey yaddan çıxmamalıdır. O da doğru istiqamətdir: "Ağlamaq olmaz. Kişi ağlamalı, ah-zar etməməlidir. O,çıxış yolu axtarıb tapmaq üçün hərəkət etməlidir. Kişi güclü olmalıdır".
Eyni zamanda oğul nəvəsini tərbiyə edən nənədən bunu tələb etmək də inandırıcı olmaz. Ağlayaraq imdad istəyən, yazıq gözlərlə nənəsinə baxan sevimli nəvəsinə: "Ağlama! Sən ki, qız deyilsən!" - deməyə nənənin heç vaxt ürəyi gəlməz. Lakin tərbiyə ilə ata məşğul olarsa, bu, artıq başqa məsələdir və bu işdə onu mütləq dəstəkləmək lazımdır. Çox inanmaq istərdik ki, qadınlarımız elə kişilərlə ailə qurublar ki, tam arxayınlıqla onların tərbiyəsinə etibar edirlər. Sevindirici hal olar ki, hər uşağın atası yanında olsun. Sözün əsl mənasında əsl ata. Uşağı üçün nümunə olan əsl kişi.
Qadın ağlayar, çünki yanında onu anlayan, onu müdafiə edib arxa-dayağı olan kişi var. Təsəvvür edin ki, ən ağır vəziyyətdə kömək olmaq əvəzinə kişi özü ağlayır. Belə olduqda qadın köməksiz, arxasız qalır. Ona görə də kişi güclü olmalıdır ki, qadını arxasız, köməksiz qalıb bədbəxt olmasın. Qadını xoşbəxt etməyə qadir olsun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yayda sağlam qidalanma üçün tövsiyələr
İdmandan sonra nə yeməli?
HAVA necə olacaq?
Azərbaycanlı məktəbli ermənini yerə sərdi - FOTO
Moskva küçələrində “Tesla Cybertruck” peyda oldu – VİDEO
İranda qadınlar stadiona buraxıldı - FOTO
Ticarət mərkəzinə hücum: 15 ölü
Günün ulduz falı
Manatın ucuzlaşmasından kimlər itirəcək?
Azərbaycanlı iştirakçı “O Səs Türkiyə”ni gözəlliyi ilə FƏTH ETDİ - VİDEO
Düşmənin canlı qüvvəsi məhv edilib - VİDEO
Gözəl qarına sahib olaq
“Papito” ilə tanınan Seeya Bakıda klip çəkdi-VİDEO
Dünyada "Atalar günü"...
Azərbaycanda geni dəyişdirilmiş bitki və bitki materiallarının istifadəsi qadağan edilir
Lotereyada 20 min uddu biletini yandırdı-SƏBƏB/VİDEO
Fərqli lampalar
Biz - insanlar...
“WhatsApp”da yeniliklər edildi
Azərbaycana qarşı terroru kim və niyə dəstəkləyir?
Adını Günəşə yazdıran aktrisa
Füzuli və Cəbrayıl rayonlarının Ermənistan ordusu tərəfindən işğalından 21 il ötür
Merilin Monronun son fotoları satılacaq
Millimiz "cırtdanlar"la bu stadionda oynayacaq
Almalı çuğundur salatı (foto resept)
Dana ciyəri kababı (foto-resept)
Oxatan bürcü qadını
Helikopterlər cəbhədə
Hava haqqında
Sement kisələrindən gəlinlik tikdi FOTO
Putin İslamı dünyanın ən böyük dini adlandırdı
Fərqli plov (foto resept)
Dünya bazarında neftin qiyməti
Ərdoğandan sərt açıqlama: "Övladlıqdan rədd edərəm"
Azərbaycan hərbçiləri bu dəfə də düşməni susdurdular
Qadınlıq haqqında 10 mif (2)
Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında şəhidin kredit borcu ilə bağlı məsələ həll olundu
Mobil operatorların xidmətlərinin keyfiyyəti yenidən yoxlanılacaq
Su çəkini tənzimləyir
Yağış qayıdır
Azərbaycanda aptekdə çalışmaq istəyənlər üçün yenilik
Hava haqqında - 29.12.2013
Torpaqların qanunsuz istifadəsinə qarşı monitorinqlər intensivləşib
Böyük bədən gəlinlik modelləri
"Blondie Brownie" (foto-resept)
İlham Əliyev Gürcüstana traktor bağışladı
Qadın.netlilərin ləqəbləri
Koronavirus barədə ilk dəfə məlumat vermiş mərhum həkimin övladı dünyaya gəldi
Putin: "Rusiya terrorla mübarizədə sıx beynəlxalq əməkdaşlığa hazırdır"
Berk Oktay
- ŞƏRHLƏR