
Yəqin ki, bəylərimizin əksəriyyəti qadının göz yaşları qarşısında özünü olduqca aciz hiss edir. Lakin bir qadını ağlayarkən sakitləşdirib, onun qəlbini ələ almaq heç də çətin deyil. Sadəcə, bəzi nüansları bilmək kifayətdir.
Niyə kişilər biganə qalmırlar?
Qadının göz yaşları fərqli deyil: o da sudan, duzdan və zülaldan ibarətdir. Buna baxmayaraq, heç bir kişi qadının göz yaşlarına biganə qala bilmir. Bunun səbəblərini isə Milli.Az-a psixoloqlar Dəyanət Rzayev və Sevinc Allahyarova açıqladılar.
"Hər bir kişi qadın göz yaşları qarşısında özünü aciz hiss edir. Bəzən kişilər qadının ağladığını görüb qorxurlar. Bu isə onunla bağlıdır ki, onlar ağlayan bir qadını necə sakitləşdirməyin yolunu bilmirlər. Əslində, kişilər göründükləri qədər güclü deyillər. Hər bir kişinin içində uşaq var", - bu, psixoloq Sevinc Allahyarovanın fikridir.
Sual verməyin!
Psixoloq Dəyanət Rzayev deyir ki, qadın ağlayarkən ona çox sual verməyin. Çünki əks halda qadının göz yaşları daha da şiddətlənir. Və o artıq onun göz yaşlarının səbəbkarı kimi sizi görür. Sadəcə, sakit bir şəkildə ondan göz yaşlarının səbəbini soruşmağa cəhd edin. "Özünü ələ al" kimi sözləri, çalışın, ümumiyyətlə dilə gətirməyəsiniz. Çünki daha da çox əsəbləşə bilər. Və siz bərk dava edə bilərsiz.Sadəcə, onu sakitləşdirməyə çalışın. Bunun üçünsə qadını qucaqlayıb, ona yaxşı sözlər demək kifayətdir.
Bəzən bəylərimiz qadının ağladığını görüb onu sakitləşdirmək üçün zarafat etməyə başlayırlar. Əslində, bu, sakitləşdirmək məqsədilə edilsə də, hər qadın bunu düzgün başa düşməyə bilər. Və nəticədə onun qəzəbini daha da şiddətləndirə bilərsiz.
Seriallara baxıb ağlayan qadın...
Yəqin ki, çoxunuza seriala baxıb ağlayan qadın səhnəsi məlumdur? Bu, bir çoxumuz üçün gülməli olsa da, dünyada elə bir qadın tapılmaz ki, kinoya baxarkən ən azı bir dəfə də olsun, ağlamasın.
"Bu səbəbdən də bu cür göz yaşlarını tam normal qəbul etmək lazımdır. Çünki bu xüsusiyyət hər bir qadına məxsusdur. Qadını sakitləşdirə biləcək ən yaxşı cəhd, onun kədərilə dərindən maraqlanmaqdır. O sizin həqiqi marağınızı hiss etsə, sakitləşəcək. Çalışın, qadın ağlayarkən onu necə çox sevdiyinizi deyəsiniz. Əgər siz çoxdandır, sevdiyiniz qadına yetərincə vaxt ayırmırsınızsa, çalışın, onunla daha çox vaxt keçirəsiniz. Çünki ola bilər ki, onun göz yaşları sizin diqqətinizi çəkmək üçün bir vasitədir", - D.Rzayev dedi.
Qadın ağlayanda nə etmək lazım deyil?
"İlk növbədə çox sual verməyin. Və günahkar axtarmayın. Əks halda, söhbətin sonunda günahkar siz ola bilərsiz. Nəsə deməmişdən öncə yaxşı fikirləşin. Çünki o an hər bir sözün mənası var. Qadını ağlayarkən sakitləşdirmək istəyirsinizsə, ona çoxlu vədlər verməyin. Hələ edə bilməyəcəkləriniz vədlərdirsə, ümumiyyətlə heç nə deməməyiniz məsləhətdir. Çünki sonra bu söhbət ikiniz üçün də xoşagəlməz bir halda qurtara bilər.
"Ağlağansan" kimi ifadələr işlədib, onu nədəsə günahlandırmayın. Bu həm mənasızdır, həm də qadının daha da çox ağlamasına səbəb ola bilər. Elə vaxt ola bilər ki, qadın sadəcə ürəyini boşaltmaq istəyir. Bu səbəbdən də ağlamağına mane olmayın. Qoy ürəyini boşaltsın. Unutmayın ki, qadın ancaq özünə yaxın bildiyi şəxsin yanında ürəklə ağlaya bilər...
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Uşaqlara vaxt tapılmırsa...
"Dovşan" tortu (foto resept)
Zövqlü çantalar
Ümummilli lider Heydər Əliyevin ad günüdür
Məşhur neyrocərrahdan inanılmaz açıqlamalar
Saç dərisini dəyişdirmək istəyən qıza həkimlər "YOX" dedilər-SƏBƏB
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
Qasırğa Beyləqanı viran qoydu
Uşaqlarını peyvənddən yayındıran valideynlər izahat verəcəklər
Diqqət! Sentyabrdan etibarən "Whatsapp"... - FOTO
Milyarderdən İNANILMAZ AÇIQLAMA: “Gələcəkdə insanlar 12 saat...”
Yağ yandırmağa kömək edən detoks
Xoşbəxtliyin açarı axtarılır
Məşhur küçəyə logerlər buraxılmayacaq-SƏBƏB
Bella Hadidin makiyaj sirləri
Dünyanın ən nəzakətli oğrusu - VİDEO
Bank necə gəlir əldə edir? - AÇIQLAMA
Barselonada dünyanın ən böyük məscidi tikilir
Toxumağı öyrənək. Dərs - 1
Daha iki güləşçimiz Avropa çempionu oldu
Nazirlikdə boş iş yeri var
Ataları ilə tək qalan uşaqlar
Bel bölgəsindəki piylər infarkta səbəb olur
Toylara qadağa qoyulmalıdırmı?
Avropa Olimpiya Komitəsi Mehriban Əliyevanı "Xidmətlərə görə orden" ilə təltif edib
Sevil Əliyevanın doğum günüdür
Bakı Metropoliteninin hərəkət qrafiki dəyişdi
Uşaqlara ən çox bu adlar qoyuldu
İdmançımız erməni rəqibini “sürüdü”
Çinli cərrah meyvələri əməliyyat etdi - VİDEO
Məktəblərdə tətil günləri açıqlandı
Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir
Meymunlara da planşetlər veriləcək
Qırış yaradan 4 səbəb
Ayrılığın yaratdığı fiziki ağrılar
Azərbaycan əhalisinin sayı açıqlandı
Türkiyəli aktyorların məşhur bacı və qardaşları
Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları da artırıldı
Misirdə məscidləri bağlayacaqlar
Azərbaycanda hərbi liseylərə sənəd qəbulu başladı
Kəlbəcərin Çıraq kəndindən görüntülər - VİDEO
Gözəlliyin karyerada rolu
Antarktida buzlaqlarında sirli gəmi aşkar edilib - VİDEO
İlk görüş üçün məsləhətlər
Nikolas Keyc yenidən evlənir-FOTO
Bu qidaları əsla yeməyin!
Hamiləlikdə qəbizlik
Lənkəran ləvəngisi və toyuq budlu ləvəngi
Azərbaycanda daha dörd rayonun işi ASANlaşacaq
Azərbaycanda koronavirusa yoluxanların sayı 700-dən aşağı düşdü















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]