Yəgin ki, "qısqanır – deməli sevir" ifadəsi hamıya bəllidir. Gəlin təhlil edək, bu ifadə nə dərəcədə doğrudur. Qısqanclığı tez-tez büruzə verilməməsi müəyyən mənada xoş ola bilər, qarşılıqlı hisləri bir az da gücləndirə bilər və bu da siz həmin kişiyə qarşı biganə olmadığınızı göstərər. Səbəbli yaxud səbəbsiz olaraq insan qısqanclıq hissini büruzə verərkən qəzəb doğurur və bu da qıcıqlanma yaradır. Bu cür şəraitdə nə etməli?! Qısqanc kişiylə necə mübarizə aparmalı?
Qısqanclığı yarada biləcək bir çox səbəblər var və buna səbəb yalnız başqa kişi amili olmaya da bilər. Həmçinin, uşaqlara, karyerada qazanılmış uğura, başqa insanların şan-şöhrətinə qarşı da qısqanclıq yarana bilər. Müxtəlif səbəblərdən qısqanclıq yarana bilər. Kimisi öz iradlarını sakit tərzdə bildirir, kimisi isə hiss və emosiyaların əsiri altında, sağlam düşüncədən kənar şəkildə bildirir. Belə vəziyyətdə kişilər düşünülməmiş addımlar atırlar ki, bu da sonda peşman olmalarına gətirib çıxarır. Qısqanclıq yaradan səbəbin əhəmiyyətsiz olduğu və yaxud heç bir səbəbin olmadığı məqamlarda qadınlar nə hiss edir?! Buna görə də məxsusluq hissinin yaranması zamanı mübarizə aparmaq lazımdır.
Qısqanc kişinin öhdəsindən gəlməyə cəhd etməzdən əvvəl, qısqanclığı yaradan səbəbləri müəyyən etməyə cəhd edin. Ola bilsin ki, siz ona daha çox diqqət yetirməlisiniz. Ola bilər, siz vaxtın çox hissəsi işə, uşağa ayırırsınız, ona isə az vaxt ayırırsınız. Bu halda uşaqları nənəsigilə və ya dayənin himayəsinə qoyun və özünüz restorana, kinoya gedin və valehedici romantik axşam təşkil edin. Həyat yoldaşınızın gündəlik həyatı, öz həyatı barədə maraqlanın. Onu bir an belə olsun unutmayın. Siz tədricən görəcəksiniz ki, ailə həyatınızda olan söz-söhbətlər, dava-dalaşlar, qısqanclıqlar yox olmağa başlayır, çünki bunu yaradan səbəbləri aradan qaldırmısınız.
Əgər həyat yoldaşınız sizi başqa kişilərə qısqanırsa, o zaman öz davranışlarınızı kənardan qiymətləndirməyə çalışın. Ola bilsin ki, siz özünüz də bilmədən sevdiyiniz insana qısqanclıq səbəbi verirsiniz. Öz tanışlarınıza qarşı səmimi bir təbəssümünüz özü-özlüyündə heç bir pis niyyətli anlam daşımır, lakin ola bilər ki, həyat yoldaşınız sizin bu hərəkətinizi tamamilə başqa yöndə anlayır və bunu flirt kimi qiymətləndirir. Ola bilər ki, siz açıq-saçıq geyinirsiniz, bu da həmçinin qısqanclıq üçün səbəb ola bilər. Belə olan halda qısqanclıqla mübarizənin bir üsulu var: Öz tərəf müqabilinizi qısqanclığa təhrik etməmək. Özünü daha təmkinli aparın, qarderobunuzu dəyişin. Hər ikinizin fikirlərində ortaq məxrəcə gələrək güzəştə getməyə çalışın.
Qısqanclığın səbəblərindən biri da həyat yoldaşınızın özünə inamsızlığı ola bilər. Buna görə siz ona özünüqiymətləndirmədə kömək etməlisiniz ki, onun özünə inamı artsın. Bunun üçün onu tərifləyin, onun təqdirəlayiq bütün hərəkətlərini yüksək qiymətləndirin, həvəsləndirin. Ona valeh olduğunuzu hiss etdirin, göstərin ki, siz ona ehtiyac duyursunuz. Yalnız bu cəhdlərinizi ifrat dərəcədə edib, onun sizə yüksəkdən aşağı baxmasına imkan verməyin ki, sonra siz onun özünəinamını normallaşdırmaqla mübarizə aparmalı olasınız.
Bəzən kişilər özləri günahkar olduqlarına görə qısqanır. Bu zaman siz bu məsələni həll etmək istəyinizin olub olmaması barədə qərar verməlisiniz. Hər şeydən asanı ayrılmaqdır – lakin bu çıxış yolunun sizə xoşbəxtlik gətirib-gətirməyəcəyi əsas məqam kimi düşünülməlidir. Ən yaxşısı budur ki, siz elə edin ki, həyat yoldaşınız sizi qısqanacaq heç bir səbəb görməsin və özü də sağa-sola baxmasın.
Müəllif: Tərcüməçi/ Jurnalist Faiq Mahmudov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR