Məhrəm
Unutmaq: Göz təmizliyi...
Şəhərin aynaları
Kitabların dünyası təhlükəli idi, xüsusilə romanların. O qondarma yol çox asanlıqla xəyallar evinə apara bilirdi, hər şeyin axıcı və mümkün olduğu o sehrli kainata... İnsan nə olduğunu anlamadan elə tutulub gedər ki, bu aləmin həqiqətləri ilə olan bağı tamamilə qopardı.
Ata və bic
İrəliləmə deyə bir şey yoxdur. Yazdıqca asanlaşmır yazı, yazdıqca ustalaşmır yazıçı; ustalaşdığına inanırsa, mexanikləşir deməkdir. Hər kitabda özünü təkrar edən bir narahatlıq dövrü var. Yaratmanın o biri ucu yox olmaqdır. Sonra öz küllərində yenidən dirilmək xəyal gücünün yelkəninə sarılaraq təkrar və təkrar ...
Məd-Cəzir
Uçurumun kənarında durub düşünərkən yazacağın kəlmə ilə atacağın addımı və özündən soruşarkən yazmadığın təqdirdə aşağı düşməyin necə qorxunc olduğunu, yazı tutub lap pisini təqdim edər: Uçurumu udarsan yazdıqca ...
Xatırlamaq üçün xəyal qurmağa xəyal qurmaq üçün də xatırlamağa möhtacıq. Hekayə dediyin də məhz budur, bu andır. İçində keçmiş və gələcək, hafizə və xəyal yer alır. Hər hekayə əzəli, əvvəli olmayan, ala bilənə hududsuz bir andır. Nə başda, nə sonda, tam ortadadır.
***
Yaşlı dedi “Qadın inci kimidir” . “Bəzən illərcə, bəzən də bir ömür boyu bir istridyə içində özünü gizləyər. Fəqət bir dəfə gün işığı gördümü həmin an unudur keçmişini, keçmişdə nə qədər saxlanmışsa, o qədər seyr etmək istər; nə qədər qapalı qalmışsa, o qədər açıqlığa çıxmaq istəyər. Həmin an çıxıb gəldiyi zaman ona kimsə mane ola bilməz, özü belə ...“
Qara süd
Daha neçə qadın tanımalıydı ki, yetəricə qadın tanımış olmaq üçün? Neçə kitab oxuyunca alim, neçə diyar gəzincə səyyah, neçə xidmətdən sonra bezgin olurdu insan? Neçə olunca çox, neçədə qalınca azdı rəqəmlər?
Bir yetərdi ona. Biri minə bölərdi. Onsuz da o rəqəmlərdən "Bir"-i çox gözəl tapardı.
Məhrəm
İnsanın fiziki olaraq ayrılıdığı birinə hələ də zehni və ruhi olaraq bağlı qalması çox qorxunc hissdir. Bəs nə deyə çıxarıb atmırdı keçmiş yoldaşını mənliyindən?
Ata və bic
Kişilərin bir tək imzası olur. Bir dəfə o imzanı yazdıqdan sonra dəyişdirmək ehtiyacı hiss etmədən bir ömür boyu onunla keçinərlər. Qadınlarınsa, bir “köhnə imza”–ları var, bir də sonradan yiyələndikləri “yeni imza”... Gənc qızlıq imzaları, evli qadın imzaları, dul qadın imzaları... Qadınlar ad köçkünüdür. İmza köçkünüdür.
Məd-Cəzir
Bəzi qadınların sifəti üzərinə dəri keçirilmiş bir maqnitdir. Kimliklərinin bütün girişi-çıxışı, enişi-qalxışı, özü, xülasəsi orada toplanır. Onlar sifətləri ilə düşünür, sifətlərilə danışır, acır, sevinir, sevər ya da sevilir. Bu səbəbdən heç bir zaman saxlaya bilməzlər duyğularını, hər nə hiss edərlərsə, həmin anda əks olur simalarında.
***
Evli bir qadının başına gələ biləcək ən qorxulu talehsizliklərdən biri onun qoyduğu qaydaları və qadağaları çeynəmənin yollarını axtardığı ərəfədə həyatın ərinin qarşısına bir başqa qadını çıxarmasıdır.
Bit Palas
Bitən bir münasibətdən sonra özünə gəlmək baxımından iki cins arasında böyük fərq olduğunu düşünürsən? Qadınlar bərbad bir evlilik və ya münasibətdən sonra, ümumiyyətlə, uzun bir zaman yeni sevdadan qaçarlar. Kişilər üçünsə bunun tam əksi keçərlidir; bir fəlakətdən qurtular-qurtulmaz dərhal yenisini axtarmağa başlayarlar. Kişilər tək yaşaya bilmir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Liftdən istifadə koronavirusa yoluxma ilə nəticələnə bilər
Tanınmış futbolçu Azərbaycan klubuna gəlir
Süd qaymağının dəriyə faydası
Dünyanın ən gözəl qadını
İkiqat qohumluğa ehtiyac varmı?
Qızardılmış kartof ruleti(foto resept)
Modern çilçıraq modelləri
İnsan bədəni qüsursuzdur
XİN rəsmisi: “Azərbaycanı müharibəyə Ermənistan təhrik edib”
Ermənistanda güclü zəlzələ
İlham Əliyev: “Ermənistan öz məğlubiyyətini etiraf edib”
HAVA necə olacaq?
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar (3)
Aslı Enverin tək qaşlı üzüyü diqqət çəkdi-FOTO
Yaşlarını təxmin edə bilməyəcəksiniz
Toxunma əl işləri
Dodaq ətrafı qırışları necə yox etməli?
Yeganə boşanmadığını belə sübut etdi
"WhatsApp"da gözlənilən yeniliklər işə düşdü
Zehni pəhriz nədir?
Xaçmazlı rəssam evini muzeyə çevirdi - VİDEO
Dünyada nüvə müharibəsinin anonsu verildi
Bu tapıntı alimləri heyran qoydu
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Yağış yağacaq
Zəlzələyə qarşı alınacaq tədbirlər nələrdir?
Koronavirusla bağlı son STATİSTİKA
Platforma ayaqqabılar
Ofis işçilərinin xəstəliyi
Şumaxer ayıldı və xəstəxanadan çıxdı
“Wi-Fi” şüası zərərlidirmi?
Dünyanın ən gözəl polisi İnstagram ulduzuna çevrildi
Hər 40 saniyədə bir nəfər intihar edir
Payız və qış gəlinləri üçün saç modelləri
Arzular şəhəri "London"
Kişilərin "paxmel"i: nə etməli?
Firon Tutanhamonun oğurlanmış heykəli – Satışa çıxarılır
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlandı
Rusiyaya qarşı yeni sanksiyalar
Rəcəb Tayyib Ərdoğan İzmirdə baş vermiş zəlzələ ilə bağlı vətəndaşlara səsləndi
Kakaolu şirniyyat (foto-resept)
İşçilərin hüquqlarını pozan sahibkarlar həbs olunacaqlar
Madonna özündən 35 yaş kiçik rəqqasla sevgilidir - FOTO
Heydər Əliyev tərxis olundu - FOTO
Bakı sürücülərinin nəzərinə: pul verməyənləri biabır edəcəklər
Ana qarğışı
Banan maskası
Orqanizmdə vitamin C çatışmazlığı nə "vəd" edir?
Saduların dəhşətli vərdişləri
- ŞƏRHLƏR