Ön söz
Yazı yazmaq yolçuluq etmək deməkdir. Daim yollarda olmaq, başqa yüz illərə, başqa qitələrə, başqa həyatlara uzanan bir seyrisəfərdir. Xəyallar və hekayələr aləmində sonsuz gəzintilərə çıxmaq kimidir. Roman yazmaq, yolunu, yönünü, özünü itirmək kimidir. Əsas olan getmək deyil, sadəcə və sadəcə gedə bilməkdir ...
Yol boyu çınqıl, daşlar, toplar kimi kəlmə toplayıram, cibimdə çoxaldıram onları , hərfləri, hərflərin sirrini...Bəlkə də hər kitabda özümü axtarıram.Hər kitabda özümdən bir parça daha uzaqlaşdığımı bilə-bilə... Deyərkən o yolçuluqda bir an gəlir, durub geriyə baxmaq ehtiyacı duyuram. Keçdiyim yolları, dayandığım dayanacaqları, yol boyunca qarşılaşdığımı xatırlayıram. Bu kitab dünəndən bu günə yazdıqlarımdan kiçik bir parçadır. Bu sitat kitabı, qarın doydursun deyə deyil, dadılmaq niyyətinədir... Kağız üzərinə qonmuş bir neçə dadlı kəlamdır ... Kağız halvadır.
Əlif Şəfəq (Elif Şafak)
Eşq (Aşk)
Özümdəki dəyişikliyi seyr edirəm. Aşiq olmağın bir möcüzəyə inanmağa bənzədiyini düşünməyə başladım. Eşq də gözlənti və inanclarla əlaqədardır. İnsan özü üçün hələ qurtuluş ümidi olduğuna və günün birində xüsusi bir insanın bunu mümkün edəcəyinə inanır. Bu bir möcüzə həsrəti deyilmi? Bu dünyadan artıq bir şey gözləməmək lazım olduğunu bilsən də içindəki bir şey vadar edər...ümid etməyə ... sevdiyin adamın bir gün səni sevəcəyinə...
Əraf (Araf)
Hər həqiqi eşq hekayəsi umulmayan nəticələrə yol açar. Eşq bir milad deməkdir. Əgər “eşqdən əvvəl” və “eşqdən sonra” eyni insan olaraq qalmısansa, yetərincə sevməmisən deməkdir. Birini sevirsənsə onun üçün edə biləcəyin ən mənalı şey dəyişməkdir.
Eşq (Aşk)
Ona niyə və necə aşiq olduğunu soruşarlar. Cavab verə bilməzsən. Səbəbini tapa bilməzsən. Səbəbi olduğundan bəri eşq dedikləri solub, qurumağa məhkumdur.
Məhrəm (Mahrem)
Bir insana aşıq olmaq, onu kütlənin içindən çəkib çıxarmaq, çoxluğun içində tək bilmək və sonra eyni sürətlə təklik içindəki çoxluğu kəşf etməkdir. Əvvəlcə üzlər arasında, bir tək üzə aşiq oluruq; sonra sevgilimizin yeni üzlərini kəşf edərik ürpənişlə. Hər yeni kəşflə onu ilk gördüyümüz halından bir az daha uzaqlaşırıq. Sevdiyimiz adamın üzünün çoxluluğu içimizdə rahatsız edər bizi, bu səbəbdəndir yəqin, onlar dərin yuxudaykən uzun-uzadı seyr edərik sevdiklərimizi. Ruhlarının yeddi qat dərinliyinə açılan qapının arxasında gizlənmiş olduğunu hiss etdiyimizi üçün, gün boyu bizdən gizlədikləri üzlərini görmək, gördüklərimizin sirrinə çatmaq üçündür.
Məd-Cəzir (Med-Cezir)
Bəlkə eşq sevgilini qazanmaq deyil, özünü onda itirməyi lazım bilir. Özünü itirdiyində və eqo qalanı yıxdığında, qarşılığında sevilmisən, sevilməmisən nə fərq edər?
Əraf (Araf)
Aşiq olmayana eşq quru bir kəlmədən ibarət, yarı uydurma, yarı cəfəngiyyat, aşiq olmayan bunu anlaya bilməz, olansa izah edə bilməz. Elə isə necə izah edilir eşq, kəlmələr hökmünü itirdiyi yerdəmi?
Eşq (Aşk)
Eşqin olduğu yerdə, gec ya da tez ayrılıq vardır. Almaz bir gözdür ürək, cızıldısa bir daha artıq sədəf yırtıqla, baxacaqdır aləmə.
Məhrəm (Mahrem)
Ağıl mənfəətçidir, asanlıqla yıxılmaz. Eşq isə hey özünü köhnəldər, zay edər. Halbuki, xəzinələr və dəfinələr söküntülər arasında olar hər zaman. Nə varsa qırıq qəlbdə var!
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
Mobil nömrələrlə bağlı yenilik
"Barselona" "qızıl dubl"a imza atdı
Ölkədə 12 obyekt bağlandı
İmtahanla bağlı yenilik
Kişilər qadınlardan daha sürətli arıqlayır
Günəş tutulması baş verəcək
“Sen çal kapımı” serialı reytinqdə birinci yerə çıxdı
Qısa boğazlı çəkmələr
Nişanlanma xəbərləri yalan çıxdı-FOTO
Öləndə molla istəməyən yazıçımız
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər
Azərbaycanda qadınların təxminən 1/3-də piylənmə müşahidə olunur
Günün qoroskopu: Mübahisə etməyin!
200 illik tarixi məzarlıq
Mart ayında HAVA necə olacaq?
Üzən şəhər tikiləcək
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
“Koronavirusun sonu yaxında deyil” - ÜST-ün rəhbəri
Kim deyir ki, qadın zəif məxluqdur?
Keratinin faydaları və zərərləri
Badamın inanılmaz faydaları
Körpələr üçün yataq otağı modelləri
Hava haqqında
Günün qoroskopu - 06.11.2013
3D şəkillər
1 milyon avronu 3 saniyəyə qazanan qız
Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (2)
Türkiyədən ermənilərə "qırmızı işıq"
Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar - FOTO
Unikal enerjili avtomobil
Cemli burma (foto resept)
Aslılıq yaradan qidalar
NASA kosmosa ilk dəfə qadınlardan ibarət qrup yollayacaq
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"
Dollarda növbəti bahalaşma
Serenay Sarıkaya kökəldi-FOTO
Film festivalında jüri olacaq - FOTO
Əl işim olan xonçalar
Jurnalist olmaq istəyənlərin imtahanı başladı
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Azərbaycanın daha yeddi kəndi azad olundu
"Baku Fires" Qazaxıstan komandasına qalib gəldi
Kibritdən hazırlanan əşyalar
Saçda kölgələr















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]