Qadin.NET / Kağız halva (1)

Kağız halva (1)

Ön söz

Yazı yazmaq yolçuluq etmək deməkdir. Daim yollarda olmaq, başqa yüz illərə, başqa qitələrə, başqa həyatlara uzanan bir seyrisəfərdir. Xəyallar və hekayələr aləmində sonsuz gəzintilərə çıxmaq kimidir. Roman yazmaq, yolunu, yönünü, özünü itirmək kimidir. Əsas olan getmək deyil, sadəcə və sadəcə gedə bilməkdir ...

Yol boyu çınqıl, daşlar, toplar  kimi kəlmə toplayıram, cibimdə çoxaldıram onları , hərfləri, hərflərin sirrini...Bəlkə də hər kitabda özümü axtarıram.Hər kitabda özümdən bir parça daha  uzaqlaşdığımı bilə-bilə...  Deyərkən o yolçuluqda bir an gəlir, durub geriyə baxmaq ehtiyacı duyuram. Keçdiyim yolları, dayandığım dayanacaqları, yol boyunca qarşılaşdığımı xatırlayıram. Bu kitab dünəndən bu günə yazdıqlarımdan kiçik bir parçadır. Bu sitat kitabı, qarın doydursun deyə deyil, dadılmaq niyyətinədir... Kağız üzərinə qonmuş bir neçə dadlı kəlamdır ... Kağız halvadır. 

Kağız halva (1)

  Əlif Şəfəq (Elif Şafak) 

Eşq (Aşk)

Özümdəki dəyişikliyi seyr edirəm. Aşiq olmağın bir möcüzəyə inanmağa bənzədiyini düşünməyə başladım. Eşq də gözlənti və inanclarla əlaqədardır. İnsan özü  üçün hələ qurtuluş ümidi olduğuna və günün birində xüsusi bir insanın bunu mümkün edəcəyinə inanır. Bu bir möcüzə həsrəti  deyilmi? Bu dünyadan artıq bir şey gözləməmək lazım olduğunu bilsən də içindəki bir şey vadar edər...ümid etməyə  ... sevdiyin adamın bir gün səni sevəcəyinə... 

Kağız halva (1)

Əraf (Araf)

Hər həqiqi eşq hekayəsi umulmayan nəticələrə yol açar. Eşq bir milad deməkdir. Əgər “eşqdən əvvəl” və “eşqdən sonra” eyni insan olaraq qalmısansa, yetərincə sevməmisən deməkdir. Birini sevirsənsə onun üçün edə biləcəyin ən mənalı şey dəyişməkdir.

 Eşq (Aşk)

Ona niyə və necə aşiq olduğunu soruşarlar. Cavab verə bilməzsən. Səbəbini tapa bilməzsən. Səbəbi olduğundan bəri eşq dedikləri solub, qurumağa məhkumdur.

Məhrəm (Mahrem)

Bir insana aşıq olmaq, onu kütlənin içindən çəkib çıxarmaq, çoxluğun içində tək bilmək və sonra eyni sürətlə təklik içindəki çoxluğu kəşf etməkdir. Əvvəlcə üzlər arasında, bir tək üzə aşiq oluruq; sonra sevgilimizin yeni üzlərini  kəşf edərik ürpənişlə. Hər yeni kəşflə onu ilk gördüyümüz halından bir az daha uzaqlaşırıq. Sevdiyimiz adamın üzünün çoxluluğu içimizdə rahatsız edər bizi, bu səbəbdəndir yəqin, onlar dərin yuxudaykən uzun-uzadı seyr edərik sevdiklərimizi. Ruhlarının yeddi qat dərinliyinə açılan qapının arxasında gizlənmiş olduğunu hiss etdiyimizi üçün, gün boyu bizdən gizlədikləri üzlərini görmək, gördüklərimizin sirrinə çatmaq üçündür.

Kağız halva (1)

Məd-Cəzir (Med-Cezir)

Bəlkə eşq sevgilini qazanmaq deyil, özünü onda itirməyi lazım bilir. Özünü itirdiyində və eqo qalanı yıxdığında, qarşılığında sevilmisən, sevilməmisən nə fərq edər?

Əraf (Araf)

Aşiq olmayana eşq quru bir kəlmədən ibarət, yarı uydurma, yarı cəfəngiyyat, aşiq olmayan bunu anlaya bilməz, olansa izah edə bilməz. Elə isə necə izah edilir eşq, kəlmələr hökmünü itirdiyi yerdəmi?

Eşq (Aşk)

Eşqin olduğu yerdə, gec ya da tez ayrılıq vardır. Almaz bir gözdür ürək, cızıldısa bir daha artıq sədəf yırtıqla, baxacaqdır aləmə.

Məhrəm (Mahrem)

Ağıl mənfəətçidir, asanlıqla yıxılmaz. Eşq isə hey özünü köhnəldər, zay edər. Halbuki, xəzinələr və dəfinələr söküntülər arasında olar hər zaman. Nə varsa qırıq qəlbdə var!

11 avqust 2014
GO BACK