Aşiq oğlanlar uşaq kimi olur, qadınlar isə nəhəngləşər.
”Eşqimin Bədən Dili” adlı yeni kitabında ikili əlaqələrin şifrələrini izah edən Aşkım Kapışmak: Bir kişi aşiqkən uşaqlaşır və sevgilisini seyr edər. Aşiq qadının isə gözlərinin içi gülər və sevgilisinin yanında sanki nəhəngləşər.
Davranış elmləri və ünsiyyət mütəxəssisi Aşkım Kapışmağın; "Eşqimin Bədən Dili" adlı yeni kitabı Dəstək Nəşriyyatdan çıxdı. Kitabında sevdiyiniz adamın bədən dilinə baxaraq əlaqənizi şərh etmənin ipuclarını verən Aşkım Kapışmak; cütlərə təklifləri də var. Kapışmaq kitabını belə izah etdi:
Aşiq birinin bədən dili necə olar?
Eşq xoşbəxt insanın işi deyil. Özümüzdə gizlədiyimiz əskiklik duyğusunu eqomuzla bağlayarıq. Sonra elə biri qarşımıza çıxar ki; saxladığımız o yanlarımızı fərq etdirər və onu bizi tamamlayacaq bir qurtarıcı kimi görüb aşiq olarıq. Aşiq olunca "seretonin" və "dopamin" deyilən hormonlar ifraz olunmağa başlayır. Əslində bir zənndir eşq. Aşiq adam öz iç dünyasında bir qəhrəman yaradır və realdakı adamın xəyal etdiyi qəhrəmanla uyğunlaşmasını istəyir. Bu sürətli dəyişmə, müsbət duyğuları maksimum səviyyəyə çıxardır.
Bir qadın aşiq olduğunu necə göstərər?
Çiyin üzərindən təbəssümlü baxışlar sərgiləyər. Əlləri tez-tez saçlarına gedər. Gözlərinin içi gülər və daha rəngli geyinməyə başlayar. Əli davamlı aşiq olduğu adamın üzərindədir. Sevgilisini dinlərkən davamlı başını önə əyib gözləriylə yuxarıya doğru baxar. Çoxu aşiq qadının dodaqları təbii olaraq qırmızılaşır. Aşiq qadın nəhəngləşər.
Kişi aşiq olduğunda necə davranar?
Kişinin bir qadında ən çox diqqət yetirdiyi gözəllik və gənclikdir. Buna görə aşiq kişi partnyorunun bütün bədənini süzər və yalnız o varmış hissi yaradar. Normalda olmayacağı qədər uşaqlaşa bilir. Davamlı qucaqlaşma ehtiyacı hiss edər. Bəzi mühitlərdə bunu edə bilmədiyində səssizcə qadını seyr edərlər. Sevgilisini öpərkən dərin-dərin qoxulayar. Aşiq olunca aclıq hissi azalar və çəki azalmağa başlayar. Ətrafda gördüyü şeyləri alıb sevgilisinə verər, çiçək bağışlayar.
Qarşımızdakını bədən diliylə təsir etmək üçün nələr etməliyik?
Hər şeydən əvvəl təmiz və baxımlı olmaq lazımdır. Paltar seçkisində şişirtməyə qaçmamaq lazımdır. Dik dayanmaq, başı əyməmək və qarşımızdakı adam ilə ən az bir metr məsafə buraxmaq lazımdır. İlk danışan qarşımızdakı olmalıdır. Onu dinlərkən yüngülcə önə əyilməli, biz danışarkən isə tam arxaya söykənib dik dayanmalıyıq. Çünki biz danışarkən o dinləməyə və bizi seyr etməyə başlayacaqdır.
Ayaqlarına diqqət yetirin
Sevgilimizin bədən dilində nələrə diqqət yetirməliyik?
Sevdiyinizin bədən dilini araşdırın; danışarkən ayaqları sizə dönükdürmü? Bu çox əhəmiyyətlidir. Sizinlə danışarkən ayaqları sizə dönükdürsə, sizinlə maraqlanır və xoşbəxtdir. Birlikdə vaxt keçirərkən saatın necə keçdiyini anlamamaq da xoşbəxt olduğunuzu və kef aldığınızı göstərər. Birlikdə ikən tez-tez səssizlik olur və zaman heç cür keçmirsə, bu əlaqəni nəzərdən keçirmək lazımdır. Uyğun cütlər fərqində olmadan eyni hərəkəti edər. Ona bir şeylər izah edərkən gözlərinə baxın; əgər gözlərinin içinə baxırsa, bu sizdən təsirləndiyini göstərər. Xoşbəxt əlaqədə cütlərin gözləri həmişə sevdiyi adamdadır.
Aldadan qadın necə aydın olar?
Başqa bir kişidən həzz alan qadının enerjisi yüksələr və davamlı gülməyə başlayar. Həyat yoldaşını çöldə olmağa, yoldaşlarıyla gəzməyə getməyə məcbur edər. Evi ilə daha çox maraqlanar çünki evdə bir əskiklik olsun istəməz. Həyat yoldaşı ilə daha az mübahisə edər. Telefonunu gizlətməz; əksinə evdə həmişə ortalıqda olur. Bu vəziyyət həyat yoldaşını şübhələndirməz. Köhnə nizamın davam etdiyi hissini vermək üçün ara-sıra mübahisə çıxarar.
Ünsiyyətdə sevgi və etibarı artırma məşqi
İnsanın kürək bölgəsi, güvən ehtiyacının olduğu hissədir. Kürəyini hara yaslayırsansa, oranın möhkəm olması lazımdır. Problemlərimizi çox vaxt üz-üzə həll edə bilmərik. Bunun səbəbi bir-birimizə baxarkən eqolarımızın dövrəyə girməsidir.
Bir divanın, ya da yatağın tam ortasına, hətta yerdə xalçanın üstünə kürək kürəyə gələcək şəkildə oturun. Qıçlarınızı qatlayın və həyat yoldaşınızın kürəyinə söykənin. Onun da eyni şəkildə, eyni bədən duruşunda olmasını təmin edin.
Səssiz bir şəkildə heç danışmadan bir-birinizin kürəyini hiss etməyə çalışın.
Kürək – kürəyə ikən zehininizdə yalnız müsbət duyğuları tutmağa çalışın.
Həftədə üç dəfə tətbiq edin.
Bu məşqi həftədə üç dəfə 10 dəqiqə müddətlə edin. Cəmi 21 dəfə bunu təkrarlayın. Təsirlərini üçüncü səfərdən sonra görəcəksiniz.
Şüur ölçüsündə kürək kürəyə verdikcə, güvən və sevgi bərkiyəcək. Şüurun çıxardığı və sözlərlə çirklətmədiyi bu duyğular, şüur xaricindəki mənfilikləri yox edəcək.
10 dəqiqəlik işdən sonra bir-birinizə baxmadan nə hiss etdiyinizi bir iki cümləylə söyləyin. Əvvəlcə siz həyat yoldaşınıza, sonra da o sizə nə hiss etdiyini izah etsin.
Eşqdə rənglərin dilinə qulaq asın.
Ağ
Qadın: Bir qadın həyatında ağ rəngi çox istifadə edirsə, ürəyi saf və təmiz duyğularla yüklüdür.
Kişi: Qorxaq və ya utancaq bir quruluşda olmadığını, tərsinə zalım və soyuqqanlı olduğunu göstərər.
Qara
Qadın: Hüznün və kədərin qadınlarıdır. Həyatları, xəyal qırıqları ilə və aldanmalarla keçər.
Kişi: Azad düşüncəli və yumşaq quruluşlu kəslərdir.
Qırmızı
Qadın: Şən və həyatdan zövq almasını bilən, karyera sahibi kəslərdir. Bəzən balanssız olarlar. Tez əsəbiləşə bilərlər.
Kişi: Çox cəsur və ictimai olan bu kəslər, klassik bir kişi modelidir. Daim öz bildikləri ən doğru olandır. İctimai vərdişlər, onları heç maraqlandırmaz.
Mavi
Qadın: Dərin duyğulara malikdir. Bir şeyə sevindiklərində bunu çox şişirdərlər. Eyni şəkildə kədərlərini də şişirdilmiş bir şəkildə göstərərlər.
Kişi: Sakit və balanslı olarlar. Həyatlarını necə qazanacaqlarının şüurundadırlar.
Boz
Qadın: İş həyatında müvəffəqiyyətli olarlar. İtələyici və soyuq görünərlər. İçindəkiləri çölə vurmadıqları üçün belə bir duyğu oyandırarlar.
Kişi: Zəka səviyyələri yüksəkdir. Qüvvətlidirlər ancaq əl bacarıqları çox azdır.
XƏBƏR LENTİ
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür!
Neslihan Kadirə olan sevgisindən danışdı
"Bizdə əlil olmaq evə məhkum olmaq deməkdir"
2019-un ən çox qazanan ifaçıları
Bir günlük gündəlik
“Mucize Doktor”da yeni aktyor - FOTO
Yeni dərman - banan
İnstaqram və reallıq
BÜRCLƏR bizə nə vəd edir? - 13 fevral
Çobanyastığı maskası
Pnar Altuğ 13 sonra ETİRAF etdi
Arxeoloqlar Nizami Gəncəviyə hədiyyə edilmiş kəndi aşkarladılar
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Tərcümə edən qulaqcıqlar-FOTO
Saç rəngini təbii yolla açan üsul
Ağıllı telefonlardan əvvəl də "selfie" var idi - FOTO
Şəhzadə Diananın gəlinləri onun tərzində
Azərbaycanın "Robinzon"u: "Bu adada beş qəbir olacaq, beşinci mənim..."
Bu qadağalar hələ də qüvvədədir
Rəhbərlik bunları sevmir
Meyvəli dondurma (foto resept)
Ərəblərin brilyant təyyarəsi: sirr açıldı - FOTO
Öd kisəsi daşı haqqında bilmədiklərimiz
Almanın qabıqları şəfa mənbəyidir
iWatch oktyabrda satılacaq
Hakerlər Azərbaycanın qaz kəmərinə hücum edib?
Bakıda belə yollar da varmış
Turpun faydaları
Emin 4 gün Amerikada anşlaq etdi
Çörək çəkini artırırmı?
Hansı bürc hansı peşədə daha uğurlu olur?
Türkiyənin ən varlı qadını boşanır
Yeni il üçün manikür modelləri
Özcan Dənizin serialdakı qızı ilə - İlk FOTOsu
Leksika (son)
"Timsah göz yaşları"
Aciz ölmək istəməyən qadın gülümsəyərək getdi
Qeyri-adi saç düzümləri
Canlı ürək hazırladılar!
Alimlərdən koronavirusla bağlı şok iddia: D vitamini...
Arıqladan zeytun yarpağı çayı
Məişət texnikası da bahalaşdı
Bu günün hava proqnozu - 06.11.2013
Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ+VİDEO
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Bakıdan Ohanyanın müharibə iddiasına cavab
Bıçaq sümüyə dirənəndə və ya şəhərimizin üz qaraları
Azərbaycanda beş vУ™ beşdУ™n artıq uşağı olan analara xoş xəbər
Əgər şedevrlərin qəhrəmanları hipsterlər olsaydılar
Çağatay bu dəfə zibil daşıyan olacaq















- ŞƏRHLƏR