Qadına qarşı zorakılıq elə keçmişdəki qədərdir. Bunun kökündə qadınlara verməli olduğumuz önəmi anlamaq və oxuduqca həm qadınların, həm də kişilərin doğrunu öyrənməsi yatır. Amma zorakılığı sadəcə kobud qüvvə ilə ifadə edə bilmərik. Psixoloji zorakılıq anlayışı, ya da buna bənzər anlayışlardan zamanımızda olduqca çox istifadə edilir. Başını örtdüyü üçün dini inancına, mini ətək geydiyi üçün yaşam tərzinə, kişilər kimi düşünmədiyi üçün düşüncəsinə, ağladığı üçün duyğularına, ağlamadığı üçün mətanətinə, danışdığı üçün dilinə, danışmayanda dilsizliyinə və s. xüsusiyyətlərə görə lap keçmiş zamanlardan bu günkü günə qədər qadınlar təzyiqə məruz qalıb. Nəyə görə?.. Çünki qorumaq məcburiyyətində olduğun namusun və sevməyə qadağa qoyan mentalitetin vardır.
Soyuq olmaq məcburiyyətindədir, hiss etməməlidir, yaxşı görünməlidir. Amma elə də çox iddialı olmamalıdır. Kişinin yanınında yerini bilməlidir. Bu həyatda qadın olmaq günahdır, sevərsən "dəli" deyərlər, sevməzsən "pisdir" deyərlər. Susarsan "bir şey bilmir" deyərlər, danışarsan "dili uzundur" deyərlər. Kişi olmaq doğuşdan bir gücdür, qadın olmaq isə gücsüzlük. Qadın olmaq ətəyini uzun saxlamaqdır, başqalarının günahlarının cəzasını çəkməkdir. Qadın uşaqlıqdan bunlarla böyüdülür...
Qadın uşaq olar - gülməyinə, oynamağına, ora-bura qaçmağına pis baxarlar. Qadağalar "Qız qismi ağır başlı olmalıdır" sözünü öyrədər. Susar! Qadın məktəbə gedər - oxumaq, yazmaq öyrənənə qədər. "Oxuyub nə olacaqsan, oxuyandan ev qadını olmaz" sözünü öyrənər. Susar!
Qadın gənc qız olar - gəzməyi, getməyi, gəlməyi haqda danışılar. Söz olmasın deyə pəncərədən çölə baxmaz. "Pis qadın" nə deməkdir?" bunu öyrənər. Susar!
Qadın ailə quracaq yaşa çatar - ər seçməz, seçilər. "Qız xeylağını buraxsan ya nağaraçıya gedər, ya da zurnaçıya" sözünü öyrənər. Susar! Qadın sözü dinləməz, yumruq yeyər, "Ərimin vurduğu yerdə gül bitər" sözünü öyrənər. Susar!
Qadın ana olar - ərinin uşağının anası olar. Oğlan doğmamış nə analığını, nə də qadınlığını sübut edə bilər. Oğlan doğar - ilk dəfə ər tərifi eşidər. "Kişi adamın kişi oğlu olar" sözünü öyrənər. Susar!
Qadın yaşlanıb ana olar - hörməti o yaşında görər. Danışmaq istəyər... artıq gecdir. Bu dünyadan köçüb gedər...
Qadın doğar, böyüdər, yaşadar, sonda dünyadan köçər... Susar!!!
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR